bölmədə 5632 material var

Tarix: 06/12/13 Populyar müğənni “Blackberry” şirkətini 200 min dollara xilas etməyi təklif edib

Qalmaqallı hərəkətləri və bəyanatları ilə tanınan kanadalı ifaçı Castin Biber texnologiya nəşrlərin maraq dairəsinə düşüb.

Tarix: 06/12/13 “Bluetooth 4.1” spesifikasiyası təqdim edilib

“Bluetooth Special Interest Group” (SIG) qrupu “Bluetooth 4.1” məlumatların simsiz ötürülməsi standartının spesifikasiyasını dərc edib. “SIG” nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda bəzi şirkətlər  “Bluetooth 4.1” standartını dəstəkləyən yeni məhsullarını təqdim edəcəklər.

Tarix: 06/12/13 “Google” poçt və təqvimindən bütün məlumatları yükləməyə icazə verəcək

“Google” şirkəti, nəhayət ki, istifadəçilərin çoxdan gözlədiyi funksiyanı təqdim edib. Artıq “Gmail” poçtu və “Google Calendar” təqvimindən bütün informasiyanı sərt diskə yükləmək və ya başqa xidmətə import etmək mümkün olacaq.

Tarix: 04/12/13 İşəgötürənlərin 3/1 hissəsi internetdə əməkdaşlarını izləyir

 “Zecurion Analytics” şirkəti informasiya təhlükəsizliyi və informasiya texnologiyaları xidmətlərinin mütəxəssis və rəhbərləri, eləcə də top-menecerləri arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, şirkətlərin 30 faizinin sosial şəbəkələr və elektron poçt vasitəsilə əməkdaşlarını izləməsi müəyyən olunub.

Tarix: 02/12/13 Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşıb

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib.

Tarix: 30/11/13 2013-cü ildə britaniyalılar “Yahoo!” sistemində “kral ailəsinin körpəsi” və “iPhone” sözlərini daha çox axtarıblar

“The Telegraph” nəşri yazır ki, 2013-cü ildə britaniyalı istifadəçilər “Yahoo!” axtarış sistemində "kral ailəsinin körpəsi" ifadəsini daha çox axtarıblar. İkinci yerdə “iPhone”, üçüncüdə isə "Arsenal" futbol klubu.

Tarix: 29/11/13 “Sazz 4G İnternet”in əhatə dairəsinə Quba rayonu da qatıldı

“Sazz 4G” simsiz internet provayderi Quba şəhərini də öz əhatə dairəsinə daxil etdi. Bundan sonra qubalılar da sürəti 10 Mbit/s-ə qədər olan genişzolaqlı, simsiz internet xidmətindən faydalana biləcəklər.

Tarix: 29/11/13 “AzeriCard” “Unipos” proqram təminatının ən son versiyasının istismarına başlayıb

Azərbaycanın ilk prosessinq mərkəzi “AzeriCard” yeni proqram təminatının istismarına başlayıb.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “INPAS” şirkətinin “Unipos” proqram təminatının ən son 1.1.0.004 versiyasını tamamilə testləşdirərək istifadəyə verilib.

Tarix: 29/11/13 Azərbaycanda ilk dəfə “Vikipediya”da iş qaydalarını əyani şəkildə izah edən onlayn videodərslər hazırlanıb

Azərbaycanda ilk dəfə olaraq, “Vikipediya”da iş qaydalarını əyani şəkildə izah edən onlayn videodərslər hazırlanıb.

Tarix: 29/11/13 “Google” məlumatların mühafizəsi haqqında qanunu pozmaqda şübhəli bilinib

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, “Google” Hollandiyada məlumatların mühafizəsi haqqında yerli qanunu pozmaqda şübhəli bilinir. Araşdırma 7 ay çəkib və onu Məlumatların Mühafizəsi Xidmətinin (DPA) əməkdaşları keçiriblər.

Tarix: 29/11/13 Çində internet istifadəçilərinin sayı 600 milyonu ötüb

Bu ilin sentyabr ayına olan məlumata görə, Çində internet istifadəçilərinin sayı  604 milyon olub ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 66 milyon çoxdur. Bu haqda Çinin İnternet şəbəkəsi informasiya mərkəzinin direktor müavini Jen Syanlyan deyib.

Tarix: 28/11/13 Vyetnam bloqerlər üçün sərt cərimə tətbiq edir

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, Vyetnamda qəbul edilmiş qanun sosial şəbəkələrdə hökuməti tənqid edən şəxsə 4800 dollar məbləğində cərimə kəsməyə icazə verir. Agentliyin nümayəndələri deyiblər ki, Vyetnamın müasir kommunist hökuməti daha sərtdir.

Tarix: 28/11/13 İnternetə giriş sürətinə görə hansı ölkə birincidir?

İnternetdən məlumatların yüklənilməsi sürətini yoxlamaq və təhlil üçün interaktiv alətlər təklif edən “Speedtest.net” portalı daha sürətli genişzolaqlı internetə malik ölkələrin yenilənmiş siyahısını dərc edib.

Tarix: 27/11/13 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib

“Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

Tarix: 27/11/13 “Google Chrome” brauzerində səs axtarış sistemi istifadəyə verilib

Kompüter və noutbuklar üçün “Google Chrome” brauzerində səs axtarış sistemi istifadəyə verilib. “Google Voice Search Hotword” genişlənməsinin beta-versiyasını şirkətin rəsmi internet mağazasından yükləmək olar.








19 Mart 2024

18 03 2024