bölmədə 5632 material var

Tarix: 01/10/11 “Google” şirkəti İrlandiyada yeni data mərkəzin açılışına hazırlaşır

“Google” şirkəti İrlandiyanın Dublin şəhərində yerləşəcək yeni data mərkəzinin açılışına hazırlaşır. Yeni mərkəz Avropa istifadəçiləri üçün axtarış sistemi, “Gmail” poçt xidməti və “Google Maps” kartoqrafiya sisteminin işi üçün xidmət edəcək. Yeni data mərkəzinə qoyulacaq investisiyaların ümumi həcmi 75 milyon avro təşkil edəcək.

Tarix: 30/09/11 “Aztelekom.net” internet xidmətləri tariflərini endirdi

Azərbaycanın dövlət internet provayderi “Aztelekom.net” oktyabr ayının 1-dən etibarən internet xidmətlərində endirim tətbiq edəcək.

Tarix: 30/09/11 “Firefox 8” səyyahının beta versiyası çıxıb

“Mozilla” bir gün əvvəl “Firefox 8” səyyahının ilk beta versiyasını təqdim edib. Səyyahın 7-ci versiyasının relizi bir neçə gün əvvəl olub. “Firefox 8” səyyahının beta versiyasının çıxarılması ilə eyni anda “Firefox 7” istifadəçiləri üçün 7.0.1 versiyası da təqdim olunub.

Tarix: 30/09/11 “StatCounter”: “Google Chrome” səyyahı populyarlığa görə ilin sonuna kimi “Mozilla Firefox”u ötəcək

“StatCounter” monitorinq şirkətinin proqnozlarına əsasən, “Google Chrome” səyyahı cari ilin sonuna kimi yalnız “Microsoft İnternet Explorer”dən geri qalaraq bazar payına görə “Mozilla Firefox”u ötə və ikinci yerə çıxa bilər. İrlandiya şirkətinin hesablamalarına əsasən,

Tarix: 30/09/11 “Hansı dövlət orqanında elektron xidmətlərin səviyyəsini yüksək qiymətləndirirsiniz?”

“İCTnews.az” saytının interaktiv olaraq təşkil etdiyi növbəti sorğu başa çatıb. “Hansı dövlət orqanında elektron xidmətlərin səviyyəsini yüksək qiymətləndirirsiniz?”

Tarix: 30/09/11 Elektron poçtun yaranmasından 40 il ötür

Elektron poçt təxminən 40 il bundan əvvəl yaranıb. Tarixdə ilk poçt proqramının müəllifi və ilk elektron məktubun göndəricisi professor Rey Tomlinson ilk məlumatın göndərildiyi tarixi dəqiq xatırlaya bilmir və bəzi məlumatlara görə, bu gün şərti olaraq 2 oktyabr 1971-ci il hesab edilir.

Tarix: 29/09/11 İnternet qiymətləri növbəti dəfə endirildi

Azərbaycanın dövlət internet provayderi olan “Bakinternet” növbəti dəfə internet şəbəkəsindən istifadə üçün aylıq ödəniş tariflərini endirib.

Tarix: 30/09/11 Çində internet istifadəçilərinin sayı 500 milyonu ötüb

Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının informasiya idarəsi bu gün elan edib ki, Çində internet istifadəçilərinin sayı 500 milyonu ötüb. Ölkədə internet istifadəçilərinin sayı haqqında əvvəlki göstərici cari ilin iyun ayının sonunda dərc edilib, o zaman hakimiyyət Çində 485 milyon internet istifadəçisinin olduğunu bildirmişdi.

Tarix: 30/09/11 Google”-dakı səhvlər haqqında sayt özü xəbərdarlıq edəcək

“Google” şirkəti öz “Google Analytics” veb-analitik xidmətində real vaxt ərzində yeni statistika alətinin istifadəyə verilməsini rəsmən elan edib. İnternet-nəhəngin nümayəndələrinin sözlərinə görə, yeni alət saytda bu və ya digər materialların populyarlığını ani olaraq izləməyə imkan yaradacaq.

Tarix: 29/09/11 “Flickr” xidməti şəkillərə birgə baxış funksiyası təqdim edib

Şəkillərin internetdə nəşri üçün nəzərdə tutulmuş “Flickr” xidmətində “Photo Session” funksiyası yaradılıb. Bu barədə fotohostinqin rəsmi bloqunda məlumat verilib. Yeni funksiya istifadəçilərə istənilən açıq albomdan şəkillərə baxmağa və onları müzakirə etməyə imkan yaradacaq. Şəkillər slayd-şou rejimində göstərilir.

Tarix: 29/09/11 “Twitter”in reklam gəliri niyə sürətlə artır?

“Emarketer” marketinq şirkətinin hesablamasına əsasən, cari ildə “Twitter” şirkətinin reklamdan əldə olunan gəliri 139,5 milyon dollar olacaq. Bundan əvvəl analitiklər bildirirdilər ki, “Twitter” reklamdan 150 milyon dollar gəlir əldə edə bilərdi, lakin bir sıra xidmətlərin genişlənməsi ilə bağlı ləngimələrə görə təxminən 10 milyon dollar itirəcək.

Tarix: 29/09/11 1 ay ərzində “Opera Mini” istifadəçilərinin sayı 2 dəfə artıb

“Opera Software” şirkəti “Opera Mini” səyyahının avqust ayı üçün statistik məlumatlarını dərc edib. Press-relizdə bildirilib ki, yayın son ayında mobil veb-səyyah istifadəçilərinin sayı 128 milyon olub. Bu, keçən illə müqayisədə 92,3% çoxdur və iyul ayının göstəricisini 5.1% ötür.

Tarix: 29/09/11 Müəllif Hüquqları üzrə Online Lisenziyalaşdırma Mərkəzi yaradılır

Müəllif Hüquqları Agentliyinin (MHA) nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması üzrə Online

Tarix: 29/09/11 Onlayn reklam gəlirləri xeyli artıb

Cari ilin ilk yarımilliyində internet reklamdan əldə olunan gəlir 2010-cu ilin analoji dövrü ilə müqayisədə 23,2% artaraq 14,9 milyard dollard təşkil edib. Bu barədə “İnternet Advertising Bureau”-nun yeni hesabatında qeyd olunub. Keçən illə müqayisədə onlayn reklamdan əldə olunan gəlirlərin artım sürəti demək olar ki, ikiqat artıb.

Tarix: 28/09/11 “Microsoft” şirkəti “Marketplace” mağazasının veb- versiyasını istifadəyə verib

“Microsoft” korporasiyası “Windows Phone 7” mobil platforması üçün “Marketplace” proqramlar mağazasının veb-versiyasını istifadəyə verib. Bu barədə “wpcentral” bildirib. Lakin şirkət hələ rəsmi məlumat verməyib. Mağaza “windowsphone.com/marketplace” ünvanında yerləşir.








19 Mart 2024

18 03 2024