bölmədə 5632 material var

Tarix: 08/10/13 Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasında “VikiKlub” yaradılıb

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) “VikiHərəkat” çərçivəsində Azərbaycan dilində olan kontentin və Azərbaycana dair kontentin genişləndirilməsi işinə töhfə vermək, eləcə də vikipediyaçı gəncləri şəbəkələşdirmək məqsədilə “VikiKlub” yaradılması haqda qərar qəbul edib.

Tarix: 08/10/13 “İşğal altında - Ağdam” kompüter oyununun təqdimatı keçirilib

Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə “AzDımension” gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən hazırlanan “İşğal altında - Ağdam” kompüter oyununun təqdimatı keçirilib. “İşğal altında - Ağdam” kompüter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir.

Tarix: 07/10/13 Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində növbəti təlimlər yaxın zamanda başlayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda yaxın zamanda “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlimlər keçiriləcək.

Tarix: 07/10/13 “Facebook” Avropa və Cənubi Amerika telekanalları üçün statistika toplayacaq

“Facebook” sosial şəbəkəsi Fransa, Böyük Britaniya, Almaniya və Braziliyanın nəhəng televiziya şirkətləri ilə kanallara baxış sayının statistikasını bölüşəcək.

Tarix: 07/10/13 Çin Xalq Respublikasında 2 milyon dövlət qulluqçusu internetə nəzarət edir

“Beijing News” nəşri yazır ki, Çində 2 milyon dövlət qulluqçusu internetdə vətəndaşların fəaliyyətinə nəzarət edir və populyar sosial şəbəkə və mikrobloqların təhlili vasitəsilə  ictimai rəyi araşdırırlar.

Tarix: 07/10/13 “Elektron hökumət” portalına yeni elektron xidmətlər əlavə edilib

Səhiyyə Nazirliyinin 6 yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal vasitəsilə təqdim olunan bu xidmətlərə “Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz”

Tarix: 07/10/13 Təhsil Nazirliyi dərsdən yayınıb internet-klublarda vaxt keçirənlərlə bağlı daha sistemli və davamlı iş aparılmasını məqsədəuyğun sayır

Şagirdlərin dərslərdən yayınaraq internet-klublarda vaxt keçirməsinin qarşısının alınması ilə bağlı məsələlər Təhsil Nazirliyinin hər zaman diqqətindədir.

Tarix: 05/10/13 “Vikipediya”nın Azərbaycan bölməsinin inkişafına hər kəs öz köməyini göstərməlidir

Əvvəlki illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutu virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolunu analiz edərək belə bir qənaətə gəlmişdi: bu sahədə viki-mühit yetərincə deyil, mövcud kontentlər aşağı keyfiyyətli, bəzi hallarda isə həqiqətə uyğun deyil.

Tarix: 05/10/13 AZƏRBAYCANIN NÖVBƏTİ UĞURU: Ölkəmiz genişzolaqlı internetin inkişafı sahəsində gördüyü işlər üzrə dünyanın bir sıra ölkələrini geridə qoyub

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və UNESCO-nun birgə təsis etdiyi Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiya (The Broadband Commission for Digital Development) tərəfindən hazırlanmış “State of Broadband Report”da (Dövlət Genişzolaqlı Hesabatı) Azərbaycan yenə də MDB ölkələri arasında bir sıra göstəricilərə görə aparıcı yerləri tutub.

Tarix: 05/10/13 “Siri” səs köməkçisini səsləndirən aktrisanın adı məlum olub

Aktrisa Süzan Bennett “CNN” televiziya kanalına verdiyi müsahibəsində deyib ki, “Apple” şirkətinin mobil qurğularına quraşdırılmış “Siri” səs köməkçisinin amerika variantını o səsləndirib.

Tarix: 05/10/13 “Facebook” əməkdaşları üçün yaşayış kompleksi tikəcək


Dünyanın nəhəng “Facebook” sosial şəbəkəsi əməkdaşları üçün şirkətin Kaliforniya ştatının Menlo-Park şəhərində yerləşən mənzil-qərargahının yaxınlığında yerləşəcək yaşayış kompleksi inşa edəcək. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.

Tarix: 04/10/13 Azərbaycanda bu il domen adlarının xalis artımı 1767 domen təşkil edib

Azərbaycanda bu günə kimi 18126  domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.

Tarix: 04/10/13 “Twitter” istifadəçiləri gündə təxminən 500 milyon tvit dərc edirlər

Bu ilin iyun ayının sonuna olan məlumatlara görə, “Twitter”in aylıq aktiv auditoriyası 18 milyon istifadəçini ötüb. Bu, ötən illə müqayisədə 44% çoxdur.

Tarix: 04/10/13 Diplom ala bilməyən ali məktəb məzunlarının müsabiqədə iştirakı üçün elektron qeydiyyat proseduru açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbula dair bu gün elan edilmiş müsabiqədə iştirakla bağlı daxil olan çoxsaylı müraciətlər nəzərə

Tarix: 04/10/13 “Vikipediya” real dünyanın “3D” modelinə çevrilir

“Google Küçə Görüntüsü” (Street View) ilə dünyanın virtual xəritəsinin yaradılmasında çox işlər görür. Bəs əgər kompüter proqramı bütün bunları avtomatik olaraq edərsə necə? Artıq belə bir şey mümkündür. Ehtiyac duyulan isə “Vikipediya” və “Google” şəkilləridir.








19 Mart 2024

18 03 2024