bölmədə 5632 material var

Tarix: 26/02/15 Azərbaycanda daxili internet şəbəkənin yaradılması planlaşdırılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  “Azdatakom” şəbəkəsinin  texniki resurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.

Tarix: 26/02/15 “AzScienceNet” şəbəkəsi üzərindən yeni xidmət sahələrindən istifadə genişləndiriləcək

Cari ildə “AzScienceNet” şəbəkəsi istifadəçilərinin kompüterlərinin reyestr sistemi təkmilləşdiriləcək, eyni zamanda bu il AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı ilə “AzScienceNet” şəbəkəsinə qoşulması planlaşdırılır.

Tarix: 26/02/15 Dövlət Komissiyasının elektron xidmətlərindən 1 ildə 70 minə yaxın insan istifadə edib

Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 7 elektron xidmətindən 70 minə yaxın insan yararlanıb.

Tarix: 25/02/15 “Ericsson Mobility Report”: “Dünyada trafikin böyük hissəsini beş əlavə yaradır”

Genişzolaqlı internet bazarına həsr olunan aralıq "Ericsson Mobility Report” tədqiqatına görə, ən çox trafik həcmini beş əlavə yaradır. Bu əlavələr arasında axınlı video və sosial şəbəkələr servisləri liderdir.

Tarix: 25/02/15 “Google” şirkəti “Apple Pay” ilə mübarizə aparmaq üçün startap satın alıb

“Google” şirkəti öz “Google Wallet” xidmətini gücləndirmək üçün mobil ödənişlərlə məşğul olan “Softcard” startapını satın alıb. Bu haqda şirkətin rəsmi bloqunda yazılıb

Tarix: 24/02/15 Azərbaycanda ilk: Qazandıran sosial şəbəkə!

Azərbaycanın ilk dəfə istifadəçilərin qazanmasını hədəfləyən və eyni vaxtda milli sosial şəbəkəsi olan “MyDay.az” istifadəyə verildi.

Tarix: 24/02/15 Ötən il dünyanın 1800 təyyarəsi "Wi-Fi” ilə təchiz edilib

2014-cü ildə dünyanın müxtəlif aviaşirkətinin 1800-dən çox təyyarəsi “Wi-Fi” şəbəkəsinə çıxış imkanı ilə təchiz olunub.

Tarix: 24/02/15 “Google” yeni “YouTube Kids” mobil xidmətini istifadəyə verib

“Google” şirkəti yeni “YouTube” mobil proqramını istifadəyə verib. “iOS” və “Android” platforması ilə işləyən qurğuların istifadəçiləri proqramı yükləyə bilərlər.

Tarix: 23/02/15 Mark Zukerberq qlobal layihəsi ilə bağlı müsahibə verib

“Facebook”un rəhbəri Mark Zukerberq öz “Internet.org” layihəsinə dəstək olaraq Hindistan və Cənub-Şərqi Asiyaya səyahətinin nəticələri ilə bağlı “Bloomberg”ə müsahibə verib.

Tarix: 23/02/15 “Instagram”ın gələcəyi necə olacaq?

“Cowen Group” analitik bürosu 2020-ci ildə “Instagram” xidmətindən istifadə edəcək istifadəçilərin sayı ilə bağlı proqnoz verib.

Tarix: 23/02/15 “Twitter”də yeni funksiya istifadəyə verilib

Mobil qurğunun köməyi ilə video çəkmək üçün xüsusi düyməyə sıxmaq lazımdır. Çəkiliş bitdikdə “Twitter” mikrobloqlar xidmətində dərc ediləcək.

Tarix: 21/02/15 Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 24 mini ötüb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

Tarix: 21/02/15 “Visa” onlayn və mobil tranzaksiyaların həyata keçirilməsində 16 rəqəmli kart nömrələrindən imtina edir

“Visa” beynəlxalq ödəniş sistemi onlayn və mobil tranzaksiyaların həyata keçirilməsində 16 rəqəmli kart nömrələrindən imtina etmək niyyətindədir.
 

Tarix: 21/02/15 “Ericsson” “Əşyaların interneti” sahəsində patentlərin sayına görə liderdir

Koreya Texnoloji Elektronika İnstitutu (Korea Electronics Technology Institute) “Əşyaların interneti” (Internet of Things, IoT) texnologiyaları üzrə əldə olunan patentlərin sayına görə lider olan şirkətlərin adını açıqlayıb.

Tarix: 20/02/15 “Google” uşaqlar üçün “YouTube” mobil tətbiqi yaradacaq

Fevralın 23-də “Android” mobil platforması üçün “YouTube Kids”  tətbiqi buraxılacaq.








19 Mart 2024

18 03 2024