bölmədə 5632 material var

Tarix: 13/07/11 Rusiyada kontekst reklam satışları artıb

“İContext” agentliyinin məlumatına görə, 2011-ci ilin ilk 6 ayı ərzində Runetin kontekst reklam bazarının həcmi 12,3 milyard rubla çatıb. “İContext” agentliyinin məlumatına görə, 2011-ci ilin ilk 6 ayı ərzində Runetin kontekst reklam bazarının həcmi 12,3 milyard rubla çatıb.

Tarix: 13/07/11 “Plants vs. Zombies” və “Zuma” oyunlarının istehsalçısı dəyişib

Dünyada ən böyük oyun istehsalçılarından biri “Electronic Arts” şirkəti “PopCap Games” oyunları istehsalçısını aldığını bildirib. “PopCap Games” bazarda mobil platforma,sosial şəbəkə və kompyuter üçün layihələrlə məşhurdur.

Tarix: 13/07/11 İspan yaradıcıları yeni tip mobil şəbəkə yaradır

Onların konsepsiyasına əsasən, smartfon sahibi olan hər bir iştirakçı ətrafdakılarla yalnız istehlak deyil, həm də xidmət təklif edilməsi əsasında əlaqədə olurlar.

Tarix: 13/07/11 “Google”-un "+1" düyməsi məşhurluq üzrə “Twitter” düyməsini üstələyib

“Google” şirkəti iyun ayının sonunda “Google+” sosial şəbəkəsinin beta testinə başlayıb və 2 həftədən az müddətə bir çox şeydə “Like” (Facebook ixtirası) düyməsinə oxşar "+1" “Twitter” mikrobloqlar şəbəkəsinin “Share” və “İnstant Follow” düymələrinin birgə göstəricilərini ötərək hiss olunacaq dərəcədə məşhurlaşıb.

Tarix: 13/07/11 “Twitter” üçün qeydiyyata alınmış proqramların sayı 1 milyonu ötüb

“Twitter” üçün qeydiyyata alınmış proqramların ümumi sayı 1 milyonu ötüb. Qeyd edək ki, 1 il əvvəl proqramların sayı təxminən 150 min idi.“Twitter” komandası bildirib ki, indi bu sahədə təkmilləşdirmə işləri ilə bütün dünya üzrə 750 mindən çox developer məşğul olur və yeni proqramlar hər saniyə yarımdan bir qeyd edilir.

Tarix: 13/07/11 “Firefox” səyyahının 6-cı beta versiyasını yükləmək mümkündür

Artıq məşhur “Firefox” səyyahının son beta-versiyası – “Firefox Beta 6”-nı “Windows”, “Mac”, “Linux” və “Android” platformaları üçün yükləmək və test etmək mümkündür. Yeni qrafikinə əsasən, “Firefox” səyyahının sabit versiyaları hər 6 həftədən bir çıxacaq.

Tarix: 13/07/11 “Google” kitab platformasının dəstəyi ilə ilk bukrider istifadəyə verib

İyul ayının ortalarında satışa “iRiver Story HD – Google eBooks” xidməti ilə birləşdirilmiş ilk bukrider (elektron kitabların oxunması üçün qurğu) daxil olacaq. Qurğu 1024x768 nöqtə kəskinlikli və 6 düym diaqonallı yüksəkziddiyyətli ağ-qara e-ink ekran, “QWERTY” klaviatura və “Wi-Fi” modulu ilə təchiz olunub.

Tarix: 13/07/11 “Facebook” “Google” direktorlarından birini “ələ keçirib”

“Facebook” şirkəti Tom Stokini işə götürüb. Əvvəllər Sürixdə “Google” şirkətinin İsveçrə ofisində məhsulların idarə edilməsi üzrə direktor vəzifəsində çalışıb.

Tarix: 12/07/11 “Google Talk” videoçatına tərpənməyə qarşı müdafiə quraşdırıb

“Android” (Android 3.0 və yuxarı) əməliyyat sisteminin planşet versiyaları üçün “Google Talk” proqramında kameradakı şəklin sabitləşməsi funksiyası yaranıb.Videoçatda ünsiyyət saxlayaraq, istifadəçilər planşeti tez-tez stabil olmayan vəziyyətdə saxlayırlar.

Tarix: 12/07/11 “Google Chrome” “İnternet Explorer”i geridə qoyur

“Google” səyyah bazarını ələ keçirməyə davam edir. “Chrome” səyyahının iyul ayında ən azı dünyanın 4 ölkəsində məşhur olduğu məlum olub.Cari ayın birinci on günü ərzində “Chrome” səyyahının payı artıb və dünya bazarının orta hesabla 21,8%-ni təşkil edib.

Tarix: 11/07/11 “Wordpress” əsasında olan saytların sayı 50 milyonu ötüb

Wordpress” sistemi əsasında yaradılmış saytların sayı 50 milyonu ötüb. Həmin saytların təxminən yarısı “Wordpress”in öz hostinqində, digərləri isə bütün dünya üzrə olan serverlərdə yerləşdirilib. Bu barədə “The Next Web” saytı məlumat yayıb. “Wordpress” əsasında olan saytların ümumi sayı son 6 ay ərzində kəskin artıb:

Tarix: 11/07/11 “Mobil TV” xidmətinə tələbat çoxalıb

Limitsiz “Mobil TV” paketini sifariş etməklə abunəçilər birbaşa olaraq mobil telefondan istər yerli, istərsə də xarici kanalları istədikləri qədər seyr edə bilərlər. Azərbaycanda ilk dəfə olaraq “Nar Mobile”-ın təqdim etdiyi “Mobil TV” xidmətindən yararlanmaqla abunəçilər mobil telefonlarından xəbər və idman verilişləri, həmçinin sevimli filmlərini izləyə bilərlər.

Tarix: 11/07/11 Medvedevin saxta “Tvitter” ünvanı silinib

“Twitter” mikrobloqlar xidməti administrasiyası Rusiya Federasiyası prezidenti Dmitri Medvedevin saxta bloqunu silib. “blog_medvedev” hesabına 10 iyul tarixdən giriş mümkün deyil, o səhifədə "Account suspended" yazısı görsənir.

Tarix: 11/07/11 “Twitter”in dəyəri artır

“Twitter” mikrobloqlar xidməti şirkətə 400 milyon dollar sərmayə yatıra bilən investor axtarışlarına başlayıb. Anonim mənbələrə istinadən “The New -York Times” qəzeti yazıb ki, investorlar “Twitter”in ümumi 8 milyard dollar kapitallaşdırmasına əsaslanaraq paylarını alacaqlar.

Tarix: 11/07/11 “LinkedIn” professional sosial şəbəkəsi “MySpace”-ni ötüb

“ComScore” monitorinq şirkətinin dərc etdiyi məlumatlara əsasən, işçi və işə götürənlər üçün “LinkedIn” peşəkar sosial şəbəkəsi ziyarətçilərin sayına görə “Facebook”dan sonra ABŞ-da ikinci ən məşhur şəbəkə olub.








19 Mart 2024

18 03 2024