bölmədə 5632 material var

Tarix: 29/06/13 “İnterpol” minlərlə saytı bağladı

“İnterpol”un həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz dərman satışı ilə məşğul olan 10 mindən çox sayt bağlanıb. "BBC" telekanalının məlumatına görə, təxminən 30 milyon avro dəyərində 10 milyon saxta dərman preparatı dövriyyədən çıxarılıb. Yüzə yaxın ölkədə keçirilmiş əməliyyatda 58 nəfər həbs olunub.

Tarix: 28/06/13 Azərbaycanın prosessinq mərkəzi kreditlərin onlayn ödənişi ilə bağlı daha bir bankla əməkdaşlığa başlayıb

“Bank Silk Way” “AzeriCard” prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını ATM, bankın və “AzeriCard”ın rəsmi səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edir.

Tarix: 28/06/13 “Aztelekom.net” internet provayderi tələbələr üçün yay endirim kampaniyası elan edib

“Aztelekom.net” internet provayderi iyulun 1-dən oktyabrın 1-dək tələbələr üçün “Yay sevinci” endirim paketini təqdim edəcək.

Tarix: 28/06/13 Simsiz internet operatorun əhatə dairəsini genişləndirib

“SAZZ İnternet” əhatə dairəsini genişləndirir. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, artıq Məhəmmədi qəsəbəsi, Buzovna dairəsi, Mehdiabad gənclik və Babək 62 ünvanı (avtomobil bazarı) simsiz internet operatorun xidmət ərazisinə daxil edilib.

Tarix: 28/06/13 “Angry Birds” oyununun "Nintendo Wii” və “Wii U” konsolları üçün nəzərdə tutulmuş versiyaları buraxılacaq (VİDEO)

“Nintendo Wii” və “Wii U” oyun konsollarının istifadəçiləri “Angry Birds” pərəstişkarları ordusuna qoşula biləcəklər.

Tarix: 28/06/13 Yanğın “Bakcell”in işinə mənfi təsir etməyib

“Bakcell”in ofis binasında baş vermiş yanğın nəticəsində şəbəkəyə və telekommunikasiya avadanlıqlarına heç bir ziyan dəyməyib. Şəbəkə davamlı şəkildə işləyir.

Tarix: 28/06/13 Azərbaycan İpoteka Fondunun saytı yenilənəcək

Azərbaycanın Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu internet səhifəsinin (www.amf.az) yenilənməsi ilə bağlı təkliflər sorğusu üsulu ilə satınalma keçirir.

Tarix: 27/06/13 Riçard Stollman və Ayron Şvars “İnternetin Şöhrət Muzeyinə”na salınıb

 Azad proqram təminatı fondunun yaradıcısı Riçard Stollman və internet-aktivist Ayron Şvars 2013-cü ildə “İnternetin Şöhrət Muzey”nə salınıb.

Tarix: 27/06/13 “Yandex” offlayn olub

“Yandex”in əsas səhifəsi bu gün istifadəçilərinin bir hissəsi üçün açılmayıb.

Tarix: 27/06/13 Vətəndaşlar ATS tərəfindən təqdim olunan elektron xidmətlərə sərbəst qoşula bilərlər

Vətəndaşlar ATS tərəfindən təqdim edilən elektron xidmətlərə sərbəst qoşula bilərlər. Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “www.e-gov.az” Elektron Xidmətlər Portalı vasitəsilə vətəndaşlara təqdim edilən “Telefonun servislərə qoşulması” elektron xidməti sayəsində mümkündür.

Tarix: 27/06/13 “ICANN” internet korporasiyası “Whois” məlumatlarını dəyişməyi təklif edir

“ICANN” internet korporasiyası yanında “Whois” sisteminin modernləşdirilməsi üzrə ictimai təklifləri tədqiq edən işçi qrup yaradılıb.

Tarix: 27/06/13 “YouTube” daha sürətli olacaq

“YouTube” videohostinqində çarxın göstərilməsindən əvvəl hiss olunan ləngimə istifadəçiləri qıcıqlandırır. “Google” şirkətinə məxsus  videohostinqin aparıcı tərtibatçılarından biri Con Hardinq ləngimə müddətinin 200 milli saniyəyədək azalacağına dair söz verib.

Tarix: 27/06/13 Magistraturaya ixtisaslaşma seçimi internet vasitəsilə iyunun 27-dən 30-dək aparılacaq

Ali təhsil müəssisələrinin magistraturalarına 2013 – 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsilə 2013-cü il iyunun 27-dən 30-dək aparılacaq.

Tarix: 27/06/13 Dünyada ilk “LTE-Advanced” şəbəkəsi işə salınıb

Cənubi Koreyanın “SK Telecom” operatoru saniyədə 150 meqabitə qədər sürət təmin edən “LTE-Advanced” standartlı simsiz şəbəkənin istifadəyə verilməsini elan edib. “LTE-A” standartına uyğun ilk qurğu “Galaxy S4” smartfonunun xüsusi versiyası olub.

Tarix: 25/06/13 “Nar Mobile” idman yarışına dəstək oldu

Azərbaycanda idman sahəsinin inkişafına daima dəstək olan “Nar Mobile” mobil operatoru ölkədə yeni idman növlərinin təbliği və bu idman növlərinə qarşı gənclər arasında marağın artırılması sahələrinə xüsusi önəm verir.








19 Mart 2024

18 03 2024