bölmədə 5632 material var

Tarix: 13/03/13 Pan Gi Mun insanları öz dünyalarını qurmağa səslədi

"2015-ci ildən sonra dünyanın inkişaf konsepsiyası hamı üçün qlobal, tarazlaşdırılmış, universal və münasib olmalıdır".

Tarix: 12/03/13 “Az-Evro Tel” təqdim etdiyi bir sıra xidmətlər üzrə güzəştli kampaniya keçirir

“Az-Evro Tel” MMC Novruz Bayramı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar kampaniyaya start verib. “ICTnews” elektron xəbər xidmətinə adıçəkilən MMC-dən verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq edilir, abunəçiyə telefon aparatı hədiyyə verilir, eyni zamanda mənzil telefonlarının

Tarix: 12/03/13 Azərbaycanda onlayn rejimdə sifariş edilən biletlərin sayı artıb

Bu gün Bakıda “Lufthansa” şirkətinin yay cədvəlində Frankfurta həftəlik uçuşların sayının 5-dək artırılması ilə bağlı təqdimatı keçirilib. “Lufthansa” şirkətinin Rusiya və MDB ölkələrində regional direktoru Ronald Şuls “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, Azərbaycanda satılan biletlərin ümumi həcminin 25%-i onlayn rejimdə sifariş edilir.

Tarix: 12/03/13 “EPEG” kabel şəbəkəsinin kommersiya istismarı təxirə salınıb

Frankfurtdan Bark şəhərinədək uzanacaq “EPEG” kabel şəbəkəsinin kommersiya istismarı yenidən təxirə salınıb.

Tarix: 12/03/13 “Layk” düyməsi “Facebook” istifadəçisinin psixoloji portretini tərtib etməyə imkan verir

“Facebook” sosial şəbəkəsində istifadəçilərin "layk"ları profil sahibinin psixoloji portretini tərtib etməyə imkan verir. “Microsoft Research Centre” və Böyük Britaniyada yerləşən Kembric Universitetinin tədqiqatçıları belə düşünür.

Tarix: 12/03/13 Azərbaycanda yaxın zamanda “*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

Azərbaycanda yaxın zamanda “*.az” domen zonasında onlayn qeydiyyat və nağdsız ödəniş sistemi istifadəyə veriləcək. İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və “*.az” domeni administratoru Faiq Fərmanovun “ICTnews”-a verdiyi məlumata əsasən, hazırda bu sistemin infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Tarix: 11/03/13 “Bakinternet” dövlət provayderi internet xidmətləri bazarında liderliyi özündə saxlayır

Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib. “Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı cüzi miqdarda azalaraq 23,4 % təşkil edib.

Tarix: 11/03/13 İran hakimiyyəti virtual şəxsi şəbəkələrə girişi blokladı

İran hakimiyyəti ölkə ərazisində “VPN” xidmətlərə girişi bloklayıb, çünki istifadəçilər onların vasitəsilə qoyulmuş məhdudiyyətləri aradan qaldıra bilirdilər. “Röyters” xəbər agentliyi bildirir ki, bu barədə martın 10-da informasiya və kommunikasiya texnologiyaları üzrə parlament komitəsinin direktoru Ramazanlı Subhani Fard bildirib.

Tarix: 11/03/13 Qax rayonunun kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb

Qax rayonunun 20 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb. Qax telekommunikasiya qovşağının rəisi Qazı Ömarovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, vətəndaşların bütün multimedia xidmətlərindən istifadəsi üçün heç bir problem yoxdur.

Tarix: 11/03/13 Regionlarda genişzolaqlı internet təbliğ olunur

“Aztelekom” İstehsalat Birliyi “2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin təşkil olunmasına başlayıb.

Tarix: 11/03/13 “Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.02.2013 - 28.02.2013-cü il dövrü ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Tarix: 11/03/13 İnternetdən alınan kitab, musiqi və kinonu satmaq mümkün olacaq

“Apple” şirkəti, istifadəçilərin aldıqları rəqəmli kontentə olan hüquqları digər insanlarla paylaşmaq imkanı verən sistem tərtib edib. “Apple Insider” bloqunda yerləşdirilmiş məlumata əsasən, sistem, ABŞ Patent idarəsinə təqdim edilmiş patent sifarişində tam təfərrüatı ilə təsvir edilib.

Tarix: 07/03/13 Azərbaycanda Hökumət Ödəniş Portalının yaradılması yaxın zamanlarda başa çatacaq

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. “Hökumət Ödəniş Portalının Yaradılması” layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişilə “CMA Small System” və “SİNAM” şirkətləri tərəfindən həyata keçirilir.

Tarix: 07/03/13 Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində Ticarət, biznesin idarə edilməsi və fərdi xidmətlərin göstərilməsi üzrə Sahə komissiyasının növbəti iclası keçirilib.

Tarix: 07/03/13 “Elektron hökumət” portalına elektron xidmətlərin inteqrasiyası davam edir

“Elektron hökumət” portalında yeniliklər davam edir. Portala daxil edilən və artıq ictimaiyyətin istifadəsinə təqdim olunan növbəti xidmət Dövlət Statistika Komitəsinə (DSK) aiddir. Komitənin sayca üçüncü elektron olan bu xidməti “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” xidmətidir.








19 Mart 2024

18 03 2024