bölmədə 5632 material var

Tarix: 05/08/13 “Facebook” "ağ" hakerlərin köməyindən istifadə edib

"Facebook" şirkəti sosial şəbəkənin resurslarının təhlükəsizliyi sahəsində boşluqları aradan qaldırmağa kömək edən “ağ” hakerlərə iki il ərzində bir milyon dollar ödəyib.

Tarix: 03/08/13 Azərbaycanda ilin əvvəlindən qeydiyyatdan keçmiş milli domen adlarının xalis artımı azalıb

Azərbaycanda bu günə kimi 17841 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir. “ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu il ölkədə cəmi 3625 domen qeydə alınıb, 2137-si qeydiyyatdan çıxarılıb.

Tarix: 03/08/13 “Facebook” postları kənar saytlara quraşdırmağa imkan verəcək

“Facebook” administrasiyası sosial şəbəkədəki yazını kənar sayt və ya bloqda quraşdırmağa imkan verən “Embed Post” düyməsini istifadəyə verib. Resursa daxil olmadan yazıları bəyənmək, şərh yazmaq və sair kimi imkanlar mümkün olacaq.

Tarix: 02/08/13 “LinkedIn” rüblük nəticələrini yaxşılaşdırıb

“LinkedIn” peşəkar sosial şəbəkəsi bu gün rüblük hesabatını dərc edib. Nəticə bazar gözləntilərindən yaxşı olub və onun səhmlərinin qiyməti 8% artıb.

Tarix: 02/08/13 Naxçıvan MR-ə daxil olan internet kanalının sürəti 1 Gb/s-dək artırılıb

Naxçıvan Muxtar Respublikasının yaşayış ərazilərinin 81 faizində genişzolaqlı internet xidmətləri göstərilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Tarix: 01/08/13 Ölkədə uşaq portalı istifadəyə verilib

Azərbaycanda fəaliyyət göstərən ən böyük uşaq portallarından biri fəaliyyətə başlayıb. "ICTnews.az"ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı xəbər yayıb.

Tarix: 01/08/13 Səhiyyə Nazirliyinin “YouTube” kanalı fəaliyyətə başlayıb

Artıq vətəndaşlar Azərbaycan Səhiyyə Nazirliyinin (SN) fəaliyyəti ilə “YouTube” videokanalı vasitəsilə də tanış ola bilərlər.

Tarix: 01/08/13 Azərbaycanda daxil olan trafikin orta sürəti 4.20 Mbit/s təşkil edir

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib

Tarix: 01/08/13 Müəllif Hüquqları Agentliyi “Facebook”da

Müəllif Hüquqları Agentliyi (MHA) öz fəaliyyətində şəffaflığı artırmaq və ictimaiyyətə daha yaxın olmaq məqsədilə “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb.

Tarix: 31/07/13 “Facebook” videoreklamdan pul qazanmağı planlaşdırır

“Facebook” sosial şəbəkəsi ilin sonunadək reklam videoçarxlarını satmağa başlayacaq. Bu barədə şirkətdəki bir neçə mənbəyə istinadən “Bloomberg” bildirib.

Tarix: 31/07/13 Bakıda internetin sürəti 30 mbit/s-dən çox olacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Bakıda “Evə qədər optika” layihəsi həyata keçirilir. Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib.

Tarix: 31/07/13 Bəşər Əsəd “Instagram” foto xidmətində hesab açıb

Suriya prezidenti Bəşər Əsədin administrasiyası ona “Instagram” foto xidmətində hesab açıb. Sözügedən xidmətə prezidentin tərəfdarları ilə görüşməsini və xəstəxanalarda yaralılara baş çəkməsini əks etdirən fotoşəkilləri yüklənib.

Tarix: 30/07/13 Naxçıvanda simsiz internet şəbəkəsi genişlənib

Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2007-ci ilin mart ayından etibarən CDMA simsiz rabitə texnologiyasına əsaslanan “Naxtel” rabitə şəbəkəsi abunəçilərə xidmət göstərir. Hazırda şəbəkənin 5000-dən artıq abunəçisi var.

Tarix: 30/07/13 Neftçalada internet istifadəçilərinin sayı 1200 nəfəri ötüb

Paytaxt Bakı ilə yanaşı regionlarda da internet xidmətindən istifadə edənlərin sayı sürətlə artır

Tarix: 30/07/13 “Elektron hökumət” portalı vasitəsilə normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər göndərmək mümkündür

Vətəndaşlar Azərbaycan Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər irəli sürə bilərlər.








28 Aprel 2024

27 04 2024