bölmədə 5632 material var

Tarix: 08/12/12 “AZAL”: «Rəsmi sayt vasitəsilə aviabiletlərin alınması zamanı sərnişinlərdən servis haqqı tutulmur».

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi veb-saytından (www.azal.az) aviabiletlərin əldə edilməsi zamanı, sərnişinlərdən servis yığımı tutulmur. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “AZAL”-ın sərnişinlərə etdiyi müraciətində bildirilib.

Tarix: 08/12/12 "Google" uşaqları da düşünür

"Google" şirkəti "Chrome" brauzerinə valideyn nəzarəti funksiyası əlavə edəcək. Valideynlər bu funksiya sayəsində öz uşaqları üçün məhdud hüquqlara malik hesablar yarada biləcəklər.

Tarix: 08/12/12 Bakı Fond Birjası ödənişlərin onlayn qaydada qəbuluna başlayıb

Bakı Fond Birjası göstərdiyi xidmət səviyyəsini yüksəltmək məqsədilə öz veb-saytında onlayn ödənişlər sistemini tətbiq edib.

Tarix: 08/12/12 "Twitter" qısa istinadların uzunluğunu artıracaq

"Twitter" mikrobloqlar xidməti 2013-cü ilin fevralından etibarən "t.co" daxili xidməti vasitəsilə qısaldılmış istinadların uzunluğunu artıracaq.

Tarix: 08/12/12 İnformatika üzrə II Beynəlxalq Olimpiadaya start veriləcək

Bakıda 12 dövlətin ali məktəb tələbələrinin iştirakı ilə informatika üzrə II Beynəlxalq Olimpiada keçiriləcək. 70-dən çox tələbənin iştirak edəcəyi bu olimpiadada dünyanın ən məşhur komandaları yarışacaq. Olimpiada iştirakçıları arasında proqramlaşdırma üzrə dünya çempionları da var.

Tarix: 08/12/12 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar internet saytı yenilənib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub.

Tarix: 07/12/12 İnterneti deaktiv edə biləcək ölkələr

Ötən həftə Suriyada hökumət bütün ölkə ərazisində interneti söndürmüşdü. Xatırladaq ki, 2011-ci ildə internetə çıxış imkanı Misirdə və Liviyada müvafiq olaraq Mübarək və Qəddafi hökumətləri tərəfindən söndürülmüşdü.

Tarix: 07/12/12 “Google Plus” sosial şəbəkəsinin auditoriyası 135 milyona çatır

“Google” şirkətinin məlumatına əsasən, “Google+” sosial şəbəkəsinin auditoriyası hazırda 135 milyona çatıb. Xatırladaq ki, “Google+” sosial şəbəkəsi 1.5 il bundan əvvəl istifadəyə verilib.

Tarix: 07/12/12 “YouTube” dizaynını yeniləyib

“YouTube” videohostinqinin dizaynı yenilənib. Bu barədə xidmətin bloqunda məlumat verilib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “YouTube”-un bütün səhifələrində sol hissədə istifadəçinin abunə olduğu kanalların siyahısı ilə olan panel yerləşir.

Tarix: 07/12/12 “Skype”-da yenilik

“Skype” internet-telefoniya platformasında video məktublar göndərmək mümkün olacaq. Proqramın dəyişdirilmiş lisenziya sazişi buna sübutdur. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Skype” bu yaxınlarda lisenziya sazişinin mətnini yeniləyərək ora video məktublardan istifadə şərtləri haqqında bənd daxil edib.

Tarix: 07/12/12 İnformasiya Texnologiyaları İnstitutunda növbəti virtual mühazirə oxunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində növbəti distant təlim aparılıb. Bu dəfə Naxçıvan Dövlət Universitetinin (NDU) “Turizm və otelçilik” fakültəsinin tələbələrinə distant-mühazirə oxunub.

Tarix: 06/12/12 Britaniyalı ad gününə “Facebook” vasitəsilə 1000 qonaq çağırıb

Britaniyanın Hartfordşir qraflığında yerləşən kəndlərdən birinin sakini 21-ci doğum gününü çox canfəşanlıqla qeyd etdiyinə görə cərimələnib.

Tarix: 06/12/12 Beynəlxalq Telekommunikasiya İttifaqı “internet-dinləmə” standartını təsdiqləyib

Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında (BTÜK) “Deep Packet Inspection” (DPI) texnologiyasının tətbiqi üzrə standart təsdiq edilib.

Tarix: 06/12/12 İnternetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün ittifaq yaradılıb

Avropa Birliyi ölkələri və ABŞ daxil olmaqla təxminən 50 ölkə internetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq məqsədi ilə beynəlxalq ittifaqın yaradılmasını bəyan ediblər.

Tarix: 05/12/12 Fiziki qüsurlu şəxslərlə bağlı sayt yaradılıb

Bu gün “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” İctimai Birliyi və Dünyaya Baxış (“World Vision”) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər" layihəsi çərçivəsində hazırlanan sosial yönümlü videoçarx və eyni zamanda www.supportcoalition.az (Əlilliyi olan şəxslərin inkişafına dəstək koaliasiyası) saytının təqdimatı keçirilib.








19 Mart 2024

18 03 2024