bölmədə 5632 material var

Tarix: 25/10/14 “Google”un vitse-prezidenti stratosferdən paraşütlə tullanış üzrə Baumqartnerin rekordunu təzələyib

“Google” şirkətinin top-meneceri 57 yaşlı Alan Yustas stratosferdən paraşütlə tullanış üzrə avstriyalı Feliks Baumqartnerin dünya rekordunu təzələyib. Rekord Nyu-Meksika ştatında təyin edilib.

Tarix: 25/10/14 “Facebook” yeni anonim forumunun özəllikləri açıqlanıb

“Facebook” sosial şəbəkəsinin “Rooms” adlanan yeni anonim forumu bir neçə il bundan öncə populyar olan çatlara bənzəyir.
 

Tarix: 25/10/14 Yelizaveta II birincilik “tvit”ini göndərib

Britaniya kraliçası Yelizaveta II London Elm Muzeyində yeni qalereyanın açılışında “Twitter” mikrobloqlar xidmətində birinci “tvit”ini göndərib.

Tarix: 24/10/14 “Google” elektron məktubların çeşidlənməsi xidmətini təqdim edib

“Google” axtarış sistemi “Gmail”dən məktubları çeşidləməklə fərqlənən yeni “İnbox” poçt xidmətini təqdim edib.

Tarix: 24/10/14 Böyük Britaniyanın 72 yaşlı sakini evini “Wi-Fi” şüalanmasından qorumaq üçün 4,000 avro xərcləyib

Böyük Britaniyada kartlar üzrə ödənişsiz “Wi-Fi” texnologiyasının tətbiqinə başlanıldığı anda 72 yaşlı Stefani Rassel hesab edir ki, onda elektrikə qarşı güclü hissiyyat var və buna görə “Wi-Fi” siqnalları ilə mübarizədə bütün mümkün addımlara təşəbbüs edir.

Tarix: 24/10/14 “Facebook” məxfi yazışma üçün “Rooms” proqramını buraxıb

“Facebook” şirkəti ləqəblərdən istifadəyə əsaslanan məxfi ünsiyyət saxlamağa imkan verən yeni “Rooms” mobil proqramını təqdim edib. Bu haqda “Rooms” xidmətinin rəsmi saytında yazılıb.

Tarix: 23/10/14 Böyük Britaniyada “MasterCard” müştəriləri ödənişsiz “Wi-Fi” nöqtəsinə çıxış əldə ediblər

“MasterCard” şirkəti Britaniyanın ən böyük “Wi-Fi” operatorlarından biri “The Cloud” ilə əməkdaşlıq haqda razılaşma imzalayıb.

Tarix: 23/10/14 “ICANN” ildə 15 milyon yeni domenin qeydiyyatdan keçəcəyini proqnozlaşdırır

Los-Ancelesdə keçirilən konfransda “Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının mütəxəssisləri “New gTLD” proqramının gələcək inkişafını proqnozlaşdırıblar.

Tarix: 23/10/14 Azərbaycan İpoteka Fondu inventarizasiya prosesini avtomatlaşdırır

Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu inventarizasiya prosesini avtomatlaşdırır.

Tarix: 23/10/14 Sosial şəbəkə yaradıcısı Çin dilində sərbəst danışdığını nümayiş etdirib

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq Pekində Sinxua Universitetində çıxışı zamanı Çin dilində sərbəst danışdığını nümayiş etdirib. O, çıxışının fraqmentini “Facebook”dakı rəsmi səhifəsində yerləşdirib.

Tarix: 23/10/14 “Apple”ın nadir kompüteri 905 min dollara satılıb

“Reuters” agentliyi yazır ki, “Apple-1” kompüterlərinin birinci partiyasından bir nüsxə Nyu-Yorkda Bonhams hərracında 905 min dollara satılıb.
 

Tarix: 22/10/14 “Google” parollara “müharibə” elan etdi

“Google” öz saytlarında fiziki USB açardan istifadəyə əsaslanan yeni ikimərhələli identifikasiya metodunu işə salıb. Yeni texnologiya ödənişsizdir, amma USB açarın qiyməti 6-60 dollar arasında təşkil edir. USB açarları “Amazon”un saytından satın almaq olar.

Tarix: 22/10/14 “Onlayn Media 2014” çərçivəsində keçiriləcək təlimlərin vaxtı məlum olub

Multimedia Mərkəzi “Onlayn Media 2014” layihəsi çərçivəsində jurnalistlər üçün təlimlərə start verir.

Tarix: 22/10/14 “Milli Net”ə təqdim edilən 130 layihədən 100-dən çoxu qəbul edilib

Milli İnternet Mükafatı – “Milli Net 2014” yarışmasına saytların və internet layihələrin qəbulu davam edir.

Tarix: 22/10/14 Cari ilin üçüncü rübündə “Yahoo!”-nun xalis mənfəəti 6,8 milyard dollar təşkil edib

2014-cü ilin üçüncü rübündə ABŞ-ın “Yahoo!” korporasiyasının xalis mənfəəti 6,8 milyard dollar (“Alibaba Group”un səhmlərinin satışından əldə olunan gəlir də daxildir) təşkil edib. Ötən il bu göstərici 297 milyon dollar olub.
 








19 Mart 2024

18 03 2024