bölmədə 5632 material var

Tarix: 06/07/13 Pakistanda “YouTube” hələ də bağlıdır

Pakistan məhkəməsi “YouTube” portalının ölkədə nizam-intizama mənfi təsir göstərdiyinə görə bağlı qalması haqda qərar qəbul edib.

Tarix: 06/07/13 Bakı sakinləri informasiya texnologiyalarından hansı formada istifadə edir?

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi internetin inkişafını şərtləndirib. Son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb.

Tarix: 05/07/13 Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan 50-yə yüksəlib

Azərbaycanda genişzolaqlı internetin iqtisadiyyatın inkişafında və səmərəliliyində rolunun artırılması üçün zəruri infrastrukturun genişləndirilməsi üzrə işlər aparılır.

Tarix: 05/07/13 Yerli internet provayder Ramazan ayı münasibətilə kampaniyaya başlayır

“DataPlus” şəbəkə operatoru və internet provayderi müqəddəs Ramazan ayının gəlişi münasibətilə kampaniyaya start verir.

Tarix: 05/07/13 Almaniya hökuməti Amerika hostinqindən imtina etməyi təklif edir

ABŞ kəşfiyyat strukturlarının onların şəxsi məlumatlarını ələ keçirməyindən çəkinən internet istifadəçiləri özləri haqda məlumatları və veb-səhifələri ABŞ-da yerləşən serverlərdə yerləşdirməməlidirlər.

Tarix: 05/07/13 ICANN yeni domen zonalarının qeydiyyat qaydalarını təsdiqləyib

ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) internet korporasiyasının Rəhbərlər Şurası dünyanın domen qeydiyyatçıları ilə new gTLDs proqramı üzrə sazişi rəsmən təsdiq edib.

Tarix: 04/07/13 Avropa Birliyi və Yaponiya 100 qiqabitlik şəbəkə texnologiyası yaradırlar

Avropa Birliyi və Yaponiyanın şəbəkə texnologiyalarının işlənib hazırlanması üzrə həyata keçirəcəkləri layihə çərçivəsində 100 Qbit/san sürətində şəbəkə mübadiləsi imkanı təklif ediləcək ki, bu da Avropa vətəndaşlarının evlərindəki müasir genişzolaqlı internetə çıxış imkanının orta sürətindən təxminən 5000 dəfə daha sürətlidir.

Tarix: 04/07/13 Paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanları artırılır

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə yeni tədbirlər həyata keçirir.

Tarix: 04/07/13 2017-ci ilədək mobil trafikin həcmi 300% artacaq

“Strategy Analytics” tədqiqat şirkətinin əməkdaşları mobil qurğular tərəfindən yaradılan trafikin kəskin artımını proqnozlaşdırırlar.

Tarix: 04/07/13 Şəbəkədə sayt və bloqların sayı nəzərəçarpacaq dərəcədə artıb

“Netcraft” analitik şirkətinin iyulun 1-nə olan məlumatına görə, şəbəkədə 698,8 milyon sayt və şəxsi bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 25,8 milyon çoxdur.

Tarix: 03/07/13 ABŞ-ın Dövlət Departamenti "layk" almaqda ifşa olunub

ABŞ Dövlət Departamentinin yanında beynəlxalq informasiya proqramları bürosu “Facebook” sosial şəbəkəsində öz səhifələrinə "layk" verilməsindən ötrü 630 mindən çox dollar xərcləyib.

Tarix: 03/07/13 Müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

Vergilər Nazirliyinin (VN) nəzdində müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə VN-in mətbuat xidmətindən bildirilib.

Tarix: 03/07/13 “Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək

4 iyul tarixində “Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək.

Tarix: 03/07/13 Nyu-York dünyada ilk şəxsi internet-domen zonası olan şəhər olacaq

Nyu-York dünyada ilk şəxsi “*.nyc” internet-domen zonası olan milyonluq şəhər olacaq. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “*.nyc” domen zonasında Nyu-Yorkda yerləşən və bu şəhər haqda bəhs edən saytlar işləyə bilərlər.

Tarix: 03/07/13 Dövlət proqramlarının icrası ilə bağlı portal yaradılıb

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət proqramlarında icrası komissiyaya həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portal istifadəyə verib.








19 Mart 2024

18 03 2024