bölmədə 5632 material var

Tarix: 12/11/11 “Google” yeni proqram şirkətini satın alıb

“Google” sosial şəbəkələr üçün proqram təminatının hazırlanması ilə məşğul olan “Katango” şirkətini satın alıb. Şirkətlər saziş haqqında ətraflı məlumat verməyib. “Katango” şirkətinin cəmi 1 il əvvəl yaradıldığı məlumdur və o vaxtdan şirkətin əsas işləri sosial şəbəkələr üçün proqram təminatının hazırlanması ilə bağlı olub.

Tarix: 11/11/11 Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir

Milli Net 2011 Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Müsabiqənin gedişi ilə bağlı məslə müzakirə edilib. Müzakirələrdə Müsabiqə ilə bağlı işlərin nəzərdə tutulmuş fəaliyyət planı əsasında davam etdiyi, qeydiyyat prosesinin başa çatmasına az bir müddət qaldığı bildirilib.

Tarix: 11/11/11 “Facebook” şəxsi məlumatları icazəsiz göstərməyəcək

“Facebook” şirkəti istifadəçilərin konfidensial məlumatlarının müdafiəsi məsələsinə dair ABŞ hökuməti ilə razılığa gəlmək üzrədir. Bu barədə sosial şəbəkənin rəhbəri Mark Tsukerberq Harvardda açıqlama verib. “Facebook” və ABŞ hökuməti arasında məsələ ilə bağlı saziş imzalanması gözlənilir.

Tarix: 11/11/11 “Twitter”in marketinq bölməsi başsız qalıb

“Twitter”i daha bir yüksək vəzifəli top-menecer tərk edib. Bu dəfə öz postunu marketinq üzrə vitse-prezident Pem Kramer tərk edib. Bu barədə “Bloomberg” agentliyi xəbər verib. Kramer cari ilin iyul ayında marketinq üzrə vitse-prezident vəzifəsinə gəlib və şirkətdə 3 aydan az işləyib.

Tarix: 11/11/11 Azərbaycanda dəmiryol biletləri internet vasitəsi ilə satılacaq

Yaxın günlərdə Azərbaycanda dəmiryolu biletlərinin internet vasitəsilə satışına başlanacaq. «Azərbaycan Dəmir Yolları» ASC-nin mətbuat xidmətinin rəhbəri Nədir Əzməmmədovun verdiyi məlumata görə, hazırda ödəniş sisteminin təhlükəsizlik məsələləri həll olunur. Noyabrın 15-dək bu işlərin başa çatacağı,

Tarix: 11/11/11 Amerikalıların yarısından çoxu musiqiyə pulsuz qulaq asır

Amerikalıların yarısından çoxu internetdə musiqiyə qulaq asmağa görə heç bir haqq ödəmirlər. Bu barədə “Pandora” musiqi xidmətinin texniki direktoru Tom Konrad San-Fransiskoda “RoadMap” konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə əsasən, ABŞ-ın 40% sakini musiqiyə görə təxminən 15 dollar ödəyir.

Tarix: 11/11/11 “Twitter” xidməti “Twiter.com” domeninə hüququ əldə edib

“Twitter” mikrobloqlar xidməti məşhur “Twiter.com” domeninə olan hüquqla bağlı mübahisədən qalib ayrılıb. Ümumdünya İntellektual mülkiyyət təşkilatı (WIPO) qərarı “Twitter” xeyrinə çıxarıb. Baxmayaraq ki, “twiter.com” domeni “Twitter” xidmətinin işə salınmasından əvvəl,

Tarix: 10/11/11 “Opera 11.60” səyyahının beta-versiyası çıxıb

Norveçlilər istifadəçilərə “Opera 11.60” səyyahını təqdim ediblər. Bu gün səyyahın beta-versiyası çıxıb. Tamamilə dəyişdirilmiş poçt müştərisi veb-səyyahın ən əhəmiyyətli yeniliyi olub. Tərtibatçılar səyyahın interfeysini azacıq dəyişərək daha informativ ediblər,

Tarix: 10/11/11 “Local.ly” domeni 100 min dollar satılıb

“Local.ly” domeni bu yaxınlarda 100 min dollara satılıb. Korporativ müştərilər üçün xidmət və proqramlar istehsalçısı olan “İnfor” şirkəti bu domeni alıb. Domenin əvvəlki sahibi “Libyan Spider” şirkəti idi. “Libyan Spider” şirkəti bu domen zonasında ən böyük kiberskvotterlərdən biri hesab edilir.

Tarix: 10/11/11 Artıq “Firefox” səyyahının 8-ci versiyasını yükləmək mümkündür

“Mozilla” cəmiyyətinin serverlərində “Windows”, “Mac OS X” və “Linux” əməliyyat sistemləri üçün “Firefox 8” səyyahının final versiyasını yükləmək mümkündür. Sentyabr ayının 27-də çıxmış 7-ci versiya ilə müqayisədə yeni veb-səyyah bir sıra əhəmiyyətli dəyişikliklərə malikdir.Tərtibatçılar əlavələrlə idarə sistemini təkmilləşdiriblər;

Tarix: 10/11/11 Hindistanda veb-istifadəçilərin sayı 100 milyonu ötüb

Hindistanın İnternet-provayder və mobil rabitə operatorları assosiasiyasının (İAMAİ) hesablamalarına əsasən, ölkədə internet-istifadəçilərin sayı 100 milyonu ötüb. Hal-hazırda şəbəkəyə 112 milyon hindistanlı daxil olur. Hər ay bu göstərici 5-7 milyon artır. Beləliklə, hal-hazırda Hindistan veb-istifadəçilərin sayına görə Çin və ABŞ-dan sonra üçüncü yeri tutur.

Tarix: 05/11/11 3,5 milyon amerikalı indiyə qədər “dial-up”-dan istifadə edir

“SplatF” saytının verdiyi informasiyaya əsasən, “AOL” provayderinin müştəriləri arasında yalnız “dial-up” vasitəsilə ümumdünya şəbəkəsinə 3,5 milyon abunəçi daxil olur. Bu göstərici keçənilki nəticədən 630 min azdır. 2006-cı ilin üçüncü rübündə “AOL” provayderinin 15 milyon abunəçisi “dial-up” vasitəsilə internetə daxil olub.

Tarix: 04/11/11 “Facebook” ən gəlirli sosial şəbəkədir

“Facebook” — bu, artıq yalnız ən böyük sosial şəbəkə deyil, analitiklərin son proqnozlarına əsasən, həmçinin ən gəlirli sosial şəbəkədir. Onlar iddia edirlər ki, bu layihə növbəti ildə sosial şəbəkələrdəki reklamdan 72% gəlir əldə edəcək. “eMarketer” analitik şirkətinin əməkdaşları artıq hesablayıblar ki,

Tarix: 04/11/11 İsveçdə yaşayan azərbaycanlılar veb-səhifə yaradıb

İsveç Krallığında yaşayan azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə bu ölkədə yaşayan bir qrup azərbaycanlı bir araya gələrək “www.swedenaz.se” adlı veb-səhifə yaradıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İsveçin həyat tərzi,

Tarix: 04/11/11 Almaniya hakimiyyəti yenə də “Facebook” şəbəkəsindən narazıdır

Almaniya hakimiyyəti “Facebook” sosial şəbəkəsini ittiham edib. Bildirib ki, “Facebook”, istifadəçilər öz hesablarını sildikdən sonra belə onları izləməyə davam edir. Hamburq Verilənlərin təhlükəsizliyi idarəsi bu gün məruzə dərc edib. Məruzədə qeyd edilib ki, “








19 Mart 2024

18 03 2024