bölmədə 5632 material var

Tarix: 24/12/13 Azərbaycanda “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nın təqdimatı keçirilib

Bu gün Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nın təqdimatını keçirib.

Tarix: 24/12/13 Qərbi Avropada elektron ticarətin həcmi 173,8 milyard avroyadək artacaq

Ötən il Qərbi Avropada internet vasitəsilə satılan mal və xidmətlərin ümumi məbləği 158,1 milyard avro təşkil edib. Avropada elektron ticarətin fəallığını izləyən “Ecommerce Europe” təşkilatının son məlumatına görə, 2013-cü ildə bu məbləğ 173,8 milyard avroyadək artacaq.

Tarix: 24/12/13 ABŞ-da onlayn reklam xərcləri 10,7 milyard dollar təşkil edib

İnteraktiv Reklam Bürosu və “Pricewaterhouse Coopers” auditor şirkətinin birgə hesabatına əsasən, ABŞ-da cari ilin üçüncü rübündə onlayn reklama sərf olunan xərclər 10,7 milyard dollar təşkil edib.

Tarix: 23/12/13 Gələn il ölkəmizdə fiber-optik şəbəkənin qurulmasına 100 milyon manat xərclənəcək

Dövlət Neft Fondu 2014-cü ildə ölkənin bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksəksürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi istiqamətində 100 milyon manat xərcləyəcək.

Tarix: 23/12/13 Beyons sosial şəbəkələrdə ilin müğənnisi seçilib

“Starindex” xidmətinin hesabatına əsasən, 2013-cü ilin yekununa görə, “Facebook”da ən populyar müğənni Beyons, “Twitter”də isə Keti Perri olub.

Tarix: 23/12/13 Azərbaycanda “Emanat” ödəniş terminallarının əhatə dairəsi genişlənir

Azərbaycan elektron ödəniş xidmətləri bazarında "MilliÖn" terminallarının rəqibi ola biləcək "Emanat" sistemi Bakıda və regionlarda əhatə dairəsini genişləndirir.

Tarix: 21/12/13 İran “VChat” mobil messencerini bloklayıb

İran kütləvi informasiya vasitələri (KİV) yazırlar ki, hakimiyyət populyar “VChat” mobil sosial xidmətini bloklamaq göstərişi verib. İran milli telekommunikasiya tənzimləyici orqanı bunu təsdiqləyib.

Tarix: 20/12/13 “Google” İspaniyada məlumatlar haqqında qanunu pozduğuna görə 1,2 milyon dollar cərimələnib

“Google” şirkəti İspaniyada məxfilik haqqında qanunu pozduğuna görə 1,2 milyon dollar (900 min avro) cərimə olunub.

Tarix: 20/12/13 Azərbaycanda xaricdən “IMEI” kodların yoxlanılması xidməti hazırlanır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil cihazların “IMEI” kodlarının yoxlanılması üzrə yeni xidmət üzərində işləyir.

Tarix: 20/12/13 Artıq Azərbaycanın su operatorunun abunəçiləri smart kartları “eManat” terminallarında yükləyə bilərlər

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhali və qeyri-əhali qrupu abunəçiləri üçün verilmiş smart kartların daha bir ödəmə köşkündə - “eManat” terminallarında yüklənməsinin tətbiqinə başlanıb.

Tarix: 20/12/13 “WhatsApp” istifadəçilərinin sayı 400 milyonu ötüb

“WhatsApp” messencerinin  aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu ötüb. Bu, 2013-cü ilin apreli ilə müqayisədə iki dəfə çoxdur.

Tarix: 20/12/13 “Facebook” yaradıcısı xeyriyyəçiliyə milyard dollar ayırıb

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”un yaradıcısı Mark Zukerberq 18 milyon səhmin satışından əldə edəcəyi məbləği xeyriyyəçiliyə ayırmaq niyyətində olduğunu bəyan edib.

Tarix: 20/12/13 Hökumət Ödəniş Portalında yaxın gələcəkdə əlavə ödəniş metodları tətbiq olunacaq

Hökumət Ödəniş Portalına (HÖP) yaxın gələcəkdə sistem çərçivəsində əlavə ödəniş metodlarının (e-pul, ödəniş terminalları, smart-kartlarla inteqrasiya) tətbiqi və daha geniş funksional imkanların yaradılması  nəzərdə tutulur.

Tarix: 19/12/13 “Milli Net” İnternet mükafatının 2-ci səsvermə müddəti bu gün başa şatır

“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi bu gün  başa çatır.

Tarix: 19/12/13 “Viber” şirkəti “Windows 8” üçün messencer buraxıb

“The Next Web” nəşri yazıb ki, “Viber” şirkəti “Windows 8” əməliyyat sistemi üçün eyni adlı messencer buraxıb.








19 Mart 2024

18 03 2024