bölmədə 5632 material var

Tarix: 17/07/13 Müəllimlərin işə qəbulu üzrə 16195 nəfər elektron ərizə ilə müraciət edib

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu artıq yekunlaşıb. Təhsil Nazirliyindən bildirilib ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub.

Tarix: 17/07/13 Son 5 ildə internetin qiyməti 12,5 dəfə azalıb

2012-ci ildə əvvəlki illə müqayisədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65-dən 70-ə yüksəlib. Beləliklə, son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb.

Tarix: 17/07/13 1 milyard dollar və 130 milyon istifadəçi

“Instagram”ın təsisçilərindən biri Kevin Sistromun fikrincə, sözügedən xidmət populyarlıq və istifadəçi bazasının həcminə görə “Facebook” sosial şəbəkəsini ötərək dünyanın ən böyük xidmətinə çevrilmək üçün bütün şanslara malikdir.

Tarix: 16/07/13 “Yahoo!” ləğv edilən poçt ünvanlarını yeni istifadiçilərə verəcək

“Yahoo!” şirkəti elektron poçt ünvanı almaq üçün yaradılan saytı rəsmən istifadəyə verib. İl ərzində fəaliyyət göstərməyən elektron poçt ünvanlarından yeni istifadəçilər yararlana biləcəklər.

Tarix: 16/07/13 “Google”un Çin bölməsinin rəhbəri vəzifəsini tərk edir

“Google” şirkətinin Çin bölməsinin rəhbəri Con Lyu internet nəhəngin Çin bazarında zəif iştirak etməsi ilə bağlı səslənən kəskin tənqidlər fonunda tutduğu vəzifədən istefa verir.

Tarix: 15/07/13 Hillari Klinton “Twitter”də hesab açıb

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “Twitter”də özünə hesab açıb.

Tarix: 15/07/13 Abituriyentlər imtahan binalarının yerini daha asan tapacaqlar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytında yerləşdirilən proqram vasitəsilə abituriyentlər imtahan binalarının yerini müəyyən edə bilərlər.

Tarix: 15/07/13 Səhiyyə Nazirliyinin rəhbər şəxsləri əhalinin suallarına “online” cavab verəcəklər

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində “Onlayn konfrans” bölməsi yaradılıb

Tarix: 15/07/13 «Saytlar yüksək səviyyədə yaradılmalı, təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı təbirlər görülməlidir»

«Saytlar yüksək səviyyədə yaradılmalı, təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı təbirlər görülməlidir». Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Tarix: 15/07/13 “Twitter” istifadəçi məlumatlarını fransız hakimiyyətinə təqdim edib

“Agence France-Presse” xəbər agentliyinin yaydığı məlumata əsasən, “Twitter” mikrobloqlar xidmətinin nümayəndələri antisemit tvitləri yazmış istifadəçilərin məlumatlarını Fransanın hüquq-mühafizə orqanlarına təqdim ediblər.

Tarix: 12/07/13 Azərbaycana fotoqrafların gözü ilə yeni baxış

İyulun 12-si “Fotoqraflar günü” kimi qeyd edilir. Amma Azərbaycanda bu tarixi yalnız bir günlə deyil, oktyabrın 31-nə qədər hər gün qeyd etmək imkanı var.

Tarix: 12/07/13 İnternet telefoniya xidmətlərinin auditoriyası 1 milyardı ötəcək

“Infonetics Research” şirkətinin tədqiqatçılarının proqnozuna əsasən, ilin sonunadək “VoIP” xidmətlərin istifadəçilərinin sayı 1 milyardı ötəcək. Buna baxmayaraq, internet telefoniya xidmətlərinin operatorları elə də çox gəlir qazanmırlar.

Tarix: 11/07/13 İnternet istifadəçilərinin 62%-i leqal kontenti qeyri-leqal kontentdən seçə bilmirlər

Bu ilin iyun ayında İctimai fikir fondu tərəfindən keçirilmiş ümumrusiya sorğusunun nəticələrinə əsasən, internet istifadəçilərinin 62%-i leqal kontenti qeyri-leqal kontentdən seçə bilmirlər.

Tarix: 11/07/13 Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun internet resursu yenilənib (VİDEO)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) www.azpromo.az ünvanındakı internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb.

Tarix: 11/07/13 “Dropbox” xidmətinin auditoriyası 175 milyon olub

Məşhur “bulud” fayl saxlancı “Dropbox”un istehsalçıları San-Fransiskoda keçirilmiş xüsusi konfransda bəyan ediblər ki, sözügedən xidmətin qlobal auditoriyası 175 milyona çatıb. İstifadəçilər gündəlik sözügedən xidmətə milyarddan çox müxtəlif fayl yükləyirlər.








19 Mart 2024

18 03 2024