bölmədə 5632 material var

Tarix: 01/06/13 Sensor panellər bazarında mövsümi artım başlanıb

2013-cü ilin ikinci rübündə sensor panellər bazarında ənənəvi mövsümi artım başlanıb və sözügedən məhsulun tədarükçüləri mobil telefon istehsalçıları tərəfindən sifarişlərin artmasını qeyd ediblər.

Tarix: 01/06/13 Azərbaycan internet mediasında yenilik edilib

Məşhur xəbər portalı “qaynar.info” “Dilmanc” mətnin səsləndirilməsi sistemini öz saytına inteqrasiya edib.

Tarix: 01/06/13 "Google" dünyanın ən böyük media şirkəti adına layiq görülüb

"ZenithOptimedia" agentliyinin gəldiyi nəticəyə əsasən, "Google" şirkəti dünyanın ən böyük media korporasiyası adına layiq görülüb.

Tarix: 01/06/13 Simsiz internet operator şəbəkəsini təkmilləşdirir

“Sazz İnternet” şəbəkəsinin genişləndirilməsi və problemli ərazilərdə şəbəkənin yaxşılaşdırılması məqsədilə Bakının müəyyən ərazilərində bir sıra işlər görülüb.

Tarix: 01/06/13 Ölkənin internet xidmətləri bazarında vəziyyət necədir?

Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib.

Tarix: 01/06/13 Azərbaycanda ilin əvvəlindən qeydiyyatdan keçmiş milli domen adlarının xalis artımı 1252 domen təşkil edib

Azərbaycanda bu günə kimi 17778 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.

Tarix: 31/05/13 “Sazz” ənənəvi yay kampaniyasına başlayır

“Sazz İnternet”in artıq ənənəyə çevrilmiş mövsüm kampaniyası bu il “Yaya Sazzlan” adı altında keçiriləcək. İyun ayının 1-dən sentyabrın 15-nə qədər davam edəcək kampaniya çərçivəsində “Sazz İnternet” mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər hazırlayıb.

Tarix: 31/05/13 Dostunu gətir, 50 mb/saniyə sürətli internet qazan!

“Aktiv ol” xidməti bütün istifadəçilərinə 50 mb/saniyə sürətli internetdən faydalanmaq imkanı verir. “ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə xidmətin yaydığı məlumatda deyilir.

Tarix: 31/05/13 MSK seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi ilə bağlı qərar qəbul edib

Azərbaycanda vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.

Tarix: 31/05/13 Mərkəzi Bankın rəsmi internet səhifəsi yeni ünvana köçürülüb

Mərkəzi Bankın əsas kommunikasiya vasitələrindən biri olan rəsmi internet səhifəsinin istifadə imkanları genişləndirilib. MB-dən “ICTnews” elektron xəbər xidmətinə bildirilib ki, müasir tələblərə cavab verən, rahat istifadə imkanlarına malik, müasir mobil platformalara, əməliyyat sistemlərinə adaptasiya olunan, innovativ modulların tətbiq olunduğu yeni internet səhifə hazırlanıb.

Tarix: 31/05/13 2017-ci ilədək planetin əhalisinin 50%-i internetdən istifadə edəcək

“Visual Networking Index” (VNI) şirkətinin hesabatına əsasən, dörd il sonra dünya əhalisinin 48%-i internetdən fəal istifadə edəcək.

Tarix: 30/05/13 2012-ci ildə internet trafikin təxminən 15%-ni mobil trafik təşkil edib

“D11” konfransının keçirilməsi zamanı “Kleiner Perkins Caufield Byers” vençur fondunun tərəfdaşı Meri Mayker “Internet Trends” illik hesabatını təqdim edib.

Tarix: 30/05/13 AMEA Radiasiya Problemləri İnstitutunun rəsmi saytı istifadəyə verilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA ) Radiasiya Problemləri İnstitutunun “www.irp.science.az” saytı istifadəyə verilib.

Tarix: 30/05/13 “Facebook” şirkəti sosial şəbəkədə ekstremizmlə mübarizəni möhkəmləndirəcək

“Facebook” rəsmisi etiraf edib ki, şirkət eyniadlı sosial şəbəkədə ekstremizmin yayılmasına qarşı effektiv mübarizə apara bilmir. "Yolverilməz fikirlərdən ibarət yazıların müəyyən edilməsi və aradan qaldırılması sistemi gözlədiyimiz kimi effektiv işləmir" – o deyib.

Tarix: 30/05/13 “Ev alqı-satqısı və kirayəsi” üçün “118” -ə zəng edin

“118” Məlumat - sorğu xidməti yeni “Ev alqı-satqısı və kirayəsi” xidmətini istifadəyə verib.








19 Mart 2024

18 03 2024