bölmədə 5632 material var

Tarix: 31/01/13 “Google”dan səxavət nümayişi

“Google” şirkəti uzun müddətdir ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. İnternet nəhəng bu dəfə britaniyalı məktəblilərə kömək etməyə qərar verib.

Tarix: 31/01/13 “Facebook”un xalis mənfəəti azalıb

“Facebook” sosial şəbəkəsinin xalis mənfəəti 1 il ərzində 95 faiz azalaraq 2012-ci ilin yekununa görə 53 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 1 milyard dollar təşkil etmişdi.

Tarix: 31/01/13 İnternet vasitəsilə Ağ Evin diqqətini Xocalı faciəsinə yönəldək!

Amerikada yaşayan azərbaycanlılar Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb-səhifəsində petisiya yerləşdirib.

Tarix: 30/01/13 “Google” şirkəti “Chrome OS”-da aşkar edilmiş boşluqlara görə 3 milyon dollar ödəyəcək

“Google” şirkəti təşkil etdiyi “Pwnium” konkursunda “Chrome OS” əməliyyat sistemində aşkar edilmiş boşluqlara görə 3,14 milyon dollar ödəyəcək. Bu barədə şirkətin rəsmi saytında yazılıb.

Tarix: 30/01/13 DQİDK yeni saytını ictimaiyyətə təqdim etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni yaradılan internet səhifəsini bu gün ictimaiyyətə təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təqdimat zamanı komitənin sədri Elşad İsgəndərov bildirib ki, saytın yenilənməsinə böyük zərurət olub.

Tarix: 30/01/13 DQMK dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portalı yaradır

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portalının yaradılması üçün texniki tələblər araşdırılıb."ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, texniki şərtlər və dizayn razılaşdırıldıqdan sonra portal komissiyanın rəsmi saytında

Tarix: 30/01/13 “Skype” danışıqlarımıza qulaq asır?

Dünyanın ən populyar onlayn-danışıq servisi olan “Skype” istifadəçilərin danışıqlarını gizli şəkildə dinləməkdə suçlanıb. “ICTnews.az” elektron xəbər xidməti “milli.az” saytına istinadən bildirir ki, bir qrup təşkilat və şəxslər “Microsoft” korporasiyasına açıq məktubla müraciət ediblər. Onlar “Microsoft”un ötən il satın aldığı “Skype”-ın istifadəçilərin danışıqlarının gizli monitorinqini apardığını bildiriblər.

Tarix: 30/01/13 “Amazon” hesabat verib

“Amazon.com Inc.” 2012-ci il üzrə maliyyə hesabatını dərc edib. “ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin dördüncü rübündə “Amazon.com Inc.”-in xalis mənfəəti 45 faiz azalaraq 97 milyon təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə bu göstərici 177 milyon dollar təşkil etmişdi

Tarix: 29/01/13 Azərbaycan-Türkiyə İş Adamları Birliyinin internet resursu yenilənib

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) internet saytının (www.atib.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.

Tarix: 29/01/13 Mobil istifadəçilər hanı brauzerə üstünlük verir?

“Akamai” şirkətinin məlumatına əsasən, “Android” əməliyyat sistemində başlanğıc ayar kimi quraşdırılmış “Android WebKit” brauzeri 2012-ci ilin üçüncü rübündə internetə mobil şəbəkələr vasitəsilə çıxan mobil qurğular üçün ən populyar brauzer olub.

Tarix: 29/01/13 Dini icmaların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlər yaradılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet səhifəsi yaradılıb. Komitənin mətbuat katibi Orxan Əlinin “ICTnews.az” elektron xəbər xidmətinə verdiyi məlumata görə, sabah – yanvarın 30-da “Park Inn” otelində saytın təqdimatı keçiriləcək.

Tarix: 29/01/13 Paytaxtda genişzolaqlı internet xidmətlərindən istifadə tarifləri 110 dəfə azalıb

Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən xidmət prioritetləri müəyyənləşdirilib. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edirlər ki, bu inkişafda genişzolaqlı internet xidmətlərinin daha da genişləndirilməsi birinci planlar sırasındadır.

Tarix: 29/01/13 “Yahoo!” investorları sevindirib

“Yahoo!” internet şirkəti 2012-ci ilin son rübü üzrə iş fəaliyyəti haqqında hesabat dərc edib. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabata əsasən, dördüncü rübdə şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 32 sent, satışların həcmi 4 faiz artaraq 1,22 milyard dollar təşkil edib.

Tarix: 28/01/13 “Gənclərin kadr potensialı haqqında məlumat bankı” yaradılır

Azərbaycanda “Gənclərin kadr potensialı haqqında məlumat bankı” yaradılır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev danışıb.

Tarix: 28/01/13 “Twitter” öz videohostinqini işə salıb

“Twitter” şirkəti qısa videoçarxların yaradılması və dərc edilməsi üçün nəzərdə tutulan “Vine” əlavəsini təqdim edib. “Vine” “iPhone”, “iPod” və “iPad” modellərində işləyir və onu “App Store” mağazasından pulsuz əldə etmək olar.








19 Mart 2024

18 03 2024