bölmədə 5632 material var

Tarix: 27/08/13 “Oracle” şirkətinin direktoru yalan danışır?

“Google” və “Oracle” şirkətləri arasında “Android” platformasında “Java” mühitindən istifadə ilə bağlı gedən hüquq mübarizəsinə hələ xitam verilməyib

Tarix: 27/08/13 Rusiyada internetə valideyn nəzarəti sistemi məcburi tətbiq edilə bilər

Rusiyanın Federasiya Şurası, uşaqların arzuedilməz kontentə malik olan internet resurslara çıxışını valideynlər tərəfindən məhdudlaşdırmağa imkan verən, valideyn nəzarəti sistemlərinin istifadəsini müzakirə edəcək.

Tarix: 27/08/13 İlin sonuna kimi bütün məktəblər internetə qoşulacaq

Azərbaycanda bu ilin sonunadək bütün ümumtəhsil məktəblərinin internetlə təmin edilməsi nəzərdə tutulub.

Tarix: 27/08/13 Distant təhsil üzrə xarici ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanda tanınmasına müvafiq akt qüvvəyə mindikdən sonra baxılacaq

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində distant təhsilalma forması üçün müvafiq təhsil proqramının tətbiq edilməsi tələbi nəzərdə tutulub.

Tarix: 27/08/13 İstifadəçilərə sosial şəbəkələrdə səhifələri sadə üsulla silmək təklif olunur

Şəbəkədə internet istifadəçilərinə bu və ya digər saytda akkauntu ləğv etməyi, yaxud sosial şəbəkələrdəki səhifəni birdəfəlik silməyi təklif edən “Justdelete.me” adlı yeni servis yaradılıb.

Tarix: 27/08/13 Çində mobil istifadəçilərin sayı 1,185 milyarda çatıb

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi məlumatlara əsasən, cari ilin iyul ayının sonunda Çin Xalq Respublikasında mobil abunəçilərin sayı 1,185 milyard insan olub. Statistika məlumatlarına əsasən, bir ayda bu göstərici 0,8%, bir il ərzində isə 11,6% artıb.

Tarix: 27/08/13 “Facebook”da dostlar üçün də albom yaratmaq mümkün oldu

Dünyanın böyük sosial şəbəkəsi sayılan “Facebook” bazar ertəsi “Ümumi fotoalbom” adlı yeni bölmənin istifadəyə verildiyini açıqlayıb.

Tarix: 27/08/13 ABŞ-da stasionar genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsi Rusiya ilə müqayisədə iki dəfə çoxdur

“Pew Research Center” şirkətinin hesabatına əsasən, bu ilin avqustunda stasionar yüksəksürətli genişzolaqlı internetə çıxış xidmətlərinin nüfuzetmə səviyyəsi ABŞ əhalisinin 70%-ni təşkil edib. Rusiyada bu göstərici 33% təşkil edir.

Tarix: 27/08/13 İstifadəçilər “Elektron hökumət” portalı vasitəsilə onlayn növbə tutacaqlar

“ASAN xidmət” mərkəzi “Elektron hökumət” portalı vasitəsilə “Onlayn növbə” adlı elektron xidmətini təqdim edib.

Tarix: 27/08/13 “Facebook”un kapitallaşdırma dəyəri 100 milyard dolları ötüb

Dünən NASDAQ birjasında Amerikanın “Facebook” sosial şəbəkəsinin kapitallaşdırma dəyəri 100 milyard dolları ötüb.

Tarix: 26/08/13 “Yahoo!” “IQ Engines” şirkətini satın alır

“Yahoo!” fotoların tanınması üçün texnologiya həlləri üzrə ixtisaslaşmış “IQ Engines” şirkətini satın alıb.

Tarix: 26/08/13 “Facebook” “Shutterstock” fotobankı ilə əməkdaşlığa başlayır

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “Shutterstock” fotobankı ilə əməkdaşlıq sazişi bağlayıb. “Facebook”un səhifələrində elan yerləşdirən elan verənlər sözügedən fotobankın bazasındakı fotolardan ödənişsiz istifadə edə biləcəklər.

Tarix: 26/08/13 “Instagram” “Luma” videoxidmətini satın alıb

“Instagram” fotomübadilə xidməti “Luma” tətbiqinin tərtibatçısını (şirkəti) satın alıb. “TechCrunch” bloqu yazır ki, çarxların çəkiliş imkanlarının təkmilləşdirilməsi satınalmaya səbəb olub.

Tarix: 26/08/13 Hindistan internet istifadəçilərinin sayına görə üçüncü yerdə qərarlaşıb

İnkişaf etməkdə olan ölkələr siyahısında yer alan Hindistan internet istifadəçilərinin sayına görə üçüncü yerdə qərarlaşıb. Sözügedən reytinqdə Çin və ABŞ lider ölkələrdir. Xatırladaq ki, bir il əvvəl Yaponiya üçüncü pillədə qərarlaşmışdı.

Tarix: 26/08/13 Ölkənin bank sektorunda kredit öhdəliyi üzrə məlumat bazasına müraciətlər artıb

Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2013-cü ilin II rübündə reyestrdən 43 bank və 24 BOKT istifadə edib. Dövr ərzində reyestrdə 988,367, o cümlədən banklar və BOKT-lər tərəfindən 986,009 sorğu həyata keçirilib.








19 Mart 2024

18 03 2024