bölmədə 5632 material var

Tarix: 12/09/11 2015-ci ilədək planet əhalisinin 40 faizi internetdən istifadə edəcək

“İDC” analitik şirkətinin dərc etdiyi proqnoza əsasən, 2015-ci ilədək ABŞ-da mobil internet istifadəçilərinin sayı kabel internet istifadəçilərinin sayını ötəcək. Şirkətin hesabatında qeyd olunub ki, hazırda ABŞ-da smartfon satışları adi mobil telefon satışlarını ötüb. Eyni zamanda, qeyd edilib ki, smartfon bazarı yaxın 4 ildə hər il təxminən 16,6% artacaq.

Tarix: 12/09/11 “Google” şirkəti Finlandiyada iri məlumat mərkəzi açıb

“Google” şirkəti Finlandiya ərazisində yeni iri məlumat mərkəzini açıb. Burada Skandinaviya, həmçinin, Baltikyanı və Rusiyadan olan istifadəçilər üçün şirkətin xidmətlərinə girişi sürətləndirəcək serverləri yerləşdirmək planlaşdırılır. Yeni məlumat mərkəzinin dəyəri 200 milyon avro təşkil edib. Fin ekspertləri bildiriblər ki,

Tarix: 12/09/11 Kerol Bars “Yahoo” Direktorlar Şurasından gedib

“Yahoo” şirkətinin keçmiş icraçı direktoru Kerol Bars şirkətin İdarə Heyətindən istefa edib. Bununla da o, şirkətin baş direktoru vəzifəsindən çıxarılandan sonra “Yahoo” ilə olan son əlaqələrini də kəsmiş olub. “Yahoo” şirkətinin mətbuat katibi Çarlz Sipkinsanın sözlərinə görə, xanım Bars sentyabr ayının 9-da şirkətin İdarə Heyətindən gedib.

Tarix: 10/09/11 “Facebook” da 70 dildə tərcümə edəcək

“Facebook” sosial şəbəkəsi “Microsoft” onlayn-tərcümə xidməti ilə inteqrasiya olunub və tezliklə sosial şəbəkədə nəşr edilən mətnləri dərhal müxtəlif dillərə tərcümə etmək imkanı istifadəçilərə təklif ediləcək. “Facebook” öz səhifələrində nəşr edilən mətnlərin tərcüməsi funksiyasını 70 müxtəlif dildə hazırlayıb.

Tarix: 10/09/11 “Google” musiqi xidməti “iPhone” və “iPad”da da işlədi

“Google” şirkətinin “Music Beta” musiqi xidmətindən artıq “iOS” əməliyyat sistemi quraşdırılan mobil qurğu sahibləri də istifadə edə bilər. Bu barədə “Google” şirkəti öz mikrobloqunda məlumat verib. “Android” əməliyyat sistemində olan qurğular üçün “Music Beta”-nın ayrı proqramı istifadəyə verilib.

Tarix: 09/09/11 Ramil Səfərov haqqında sayt 5 dildə yenidən fəaliyyətə başlayıb

Macarıstan paytaxtı Budapeştdə ömürlük həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı 2007-ci ilin avqustunda yaradılan

Tarix: 09/09/11 “Yahoo” İdarə Heyətini səriştəsizlikdə ittiham edirlər

Third Point” investisiya fondunun rəhbəri Deniel Loib hesab edir ki, “Yahoo”-nun bazar vəziyyətinin pisləşməsində internet-şirkətin Direktorlar Şurası günahkardır. Cənab Loib İdarə Heyətini ittiham edərək bildirib ki, onlar 2009-cu ilin yanvar ayında icraçı direktor vəzifəsinə Kerol Bartsı təyin etməkdə səhv ediblər.

Tarix: 09/09/11 “Wi-Fi” daha sürətli olacaq

“CSR” şirkəti dünən hazırladığı “İEEE 802.11ai” (Wi-Fi standartının yeni nəsli) protokolunu elan edib. İstehsalçılar “802.11ai” protokolunun simsiz şəbəkələrə qoşulma müddətini əhəmiyyətli dərəcədə azaltmağa icazə verəcəyini hesablayırlar.

Tarix: 09/09/11 “Google” restoranlarla bağlı məzmun nəşriyyatı ilə məşğul olan şirkəti satın alıb

“Google” restoranlarla bağlı məzmun nəşriyyatı ilə məşğul olan “Zagat” şirkətini əldə etməsi ilə bağlı məlumat yayıb. Bu, ekspertlər üçün gözlənilməz olub. “Zagat” şirkəti Qərb bazarında restoranların icmalları ilə və restoran müəssisələrinin şəxsi reytinqini tərtib etməklə tanınır.

Tarix: 09/09/11 “Twitter” şəbəkəsinin mobil istifadəçilərinin sayı rübdən-rübə 40% artır

“Twitter” mikrobloqlar şəbəkəsinin baş direktoru Dik Kostolo bildirib ki, mikrobloqda qeydiyyatdan keçmiş 200 milyon insanın yalnız yarısı hər gün mikrobloqlardan istifadə edir. Eyni zamanda o qeyd edib ki, “Twitter”in mobil istifadəçilərinin sayı rübdən-rübə 40% artır.

Tarix: 08/09/11 Elm və təhsil saytlarına maraq artıb

Xüsusən də elm və təhsillə bağlı saytların innovativ texnologiyalar əsasında yaradılmasının zamanın tələbi olduğunu söyləyən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyovaya istənilən elmi müəssisə və təşkilatların saytları yaradılarkən burada xüsusi tələb və qaydaların nəzərə alınmasının mütləq şərtlərdən olduğunu bildirib:

Tarix: 08/09/11 “Reuters”: “Facebook” şəbəkəsinin 2011-ci ilin ilk yarımilliyi ərzində qazancı 1,6 milyard dollar təşkil edib

“Reuters” agentliyinin məlumatına əsasən, “Facebook” sosial şəbəkəsinin 2011-ci ilin ilk yarımilliyi ərzində qazancı 1,6 milyard dollar olub. “Facebook”un xalis gəliri cari ilin ilk 6 ayı ərzində təxminən 500 milyon dollar təşkil edib.

Tarix: 07/09/11 “Yahoo” şirkətinin rəhbəri istefaya göndərildi

“Yahoo”nun İdarə heyəti şirkətin icraçı direktoru Kerol Bartsın çıxarılması haqqında məlumat verib. Qərar artıq rəsmən qüvvəyə minib. Xanım Barts 2009-cu ilin yanvar ayında Cerri Yanqı əvəz edərək “Yahoo” rəhbəri vəzifəsini tutub.

Tarix: 07/09/11 “İnternet tariflərinin endirilməsi gələn ay daha aydın hiss olunacaq”

“ İnternet xidməti lisenziyalaşdırılmayan xidmət növüdür. İnternet xidmətlərinin daha geniş yayılması üçün provayderlərə hər cür şərait yaradılır ki,

Tarix: 07/09/11 İnternetdə 485,2 milyon sayt fəaliyyət göstərir

Monitorinq şirkəti “Netcraft” dünən sentyabr ayının 1-i vəziyyətinə əsasən, internet saytların sayı haqqında hesabatı dərc edib. Şirkətin məlumatlarına əsasən, şəbəkədə göstərilən tarixdə (1 sentyabr) 485 173 671 sayt fəaliyyət göstərib.








19 Mart 2024

18 03 2024