bölmədə 5632 material var

Tarix: 11/12/13 “Twitter”in səhmləri rekord qırıb

Bu il dekabrın 10-da “Twitter” mikrobloqlar xidmətinin səhmlərinin qiyməti 52,58 dollar olub. Bu isə rekorddur.

Tarix: 11/12/13 “Viber” xidmətindən mobil və şəhər nömrələrinə zəng etmək mümkün olub

“Viber” xidməti “Viber Out” xidmətini istifadəyə verib. İstifadəçilər bu xidməti qoşmaqla “Viber” üzərindən müxtəlif ölkələrin mobil və stasionar telefonlarına zəng etmək imkanına malikdirlər.

Tarix: 10/12/13 2013-cü ildə “Facebook”da ən çox müzakirə olunan mövzular hansıdır?

2013-cü ildə “Facebook” sosial şəbəkəsində əsas müzakirə olunan mövzular Roma Papası, seçkilər və şahzadə Corc olub. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, məhz bu hadisə və insanlar istifadəçilər üçün böyük maraq kəsb edib.

Tarix: 10/12/13 “Yahoo!” “Imgur” fotoxidmətini satın almağı planlaşdırır

“Yahoo!” internet şirkəti Marissa Mayerin rəhbərliyi altında satınalma mövsümünə davam edir. Bu dəfə populyar “Imgur” fotomübadilə saytı şirkətin hədəf nöqtəsinə tuş gəlib.

Tarix: 10/12/13 “Facebook”da “unlike” düyməsi istifadəyə verilə bilər

“Facebook” sosial şəbəkəsində tezliklə emosiyaların ifadəsi üçün yeni düymə istifadəyə verilə bilər. Korporasiyaya yaxın mənbələr deyiblər ki, sosial şəbəkənin mühəndisləri "halına acıyıram" düyməsinin dizaynı üzərində işləyirlər.

Tarix: 10/12/13 Ötən ay icazələrin elektron informasiya portalından 15 minə yaxın internet istifadəçisi yararlanıb

 İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az”   portalının xidmətlərindən indiyədək 216 mindən çox internet istifadəçisi yararlanıb.

Tarix: 09/12/13 2020-ci ilədək tədarük edilmiş daşıyıcıların ümumi həcmi təxminən 10 zettabayt olacaq

Analitiklərin qiymətləndirməsinə görə, bu il istifadəçilər 3,5 zettabayt həcmində məlumat yaradacaqlar. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə bəşəriyyət tərəfindən yaradılmış rəqəmli informasiyanın ümumi həcmi 0,16 zettabayt olub.

Tarix: 09/12/13 RİTN növbəti elektron xidmətini “Elektron Hökumət” portalına inteqrasiya edib

RİTN növbəti elektron xidmətini “Elektron Hökumət” portalına inteqrasiya edib.

Tarix: 09/12/13 Nəhəng şirkətlərin baş direktorlarının yalnız 30 faizi sosial şəbəkələrdən istifadə edir

“Augure” şirkəti mütəxəssislərinin hesablamalarına əsasən, səhmləri “NSADAQ” birjasında hərraca çıxarılan yüz nəhəng şirkət baş direktorunun yalnız 30 faizi sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. 

Tarix: 09/12/13 “VKontakte” sosial şəbəkəsində yeni rekord qeydə alınıb

“LiveInternet” statistikasına əsasən, 2013-cü ilin dekabrında "VKontakte" sosial şəbəkəsinə gündəlik daxilolmaların sayı 56 milyon olub.

Tarix: 09/12/13 “Amazon” istehlakçıların məmnunluq göstəricisinə görə şirkətlər arasında liderdir

“Amazon” şirkəti “ForeSee” reytinqində birinci yeri tutaraq 100 şirkət arasında alıcıların məmnunluq göstəricisinə görə lider olub.

Tarix: 09/12/13 “Google” şirkəti Qreys Hopperin 107 illiyini qeyd edir

Bu gün “Google” axtarış sisteminin əsas səhifəsində Qreys Hopperin anadan olmasının 107 illiyi şərəfinə bayram loqotipi yerləşdirilib. O, Amerika alimidir və ABŞ donanmasının kontr-admiralı olub.

Tarix: 07/12/13 İnternetdə dünya dillərinin yalnız 5 faizindən istifadə edilir

İnternetdə Yer kürəsində yaşayan insanların danışdığı 7776 dildən yalnız 388-dən istifadə edilir. Bu barədə “BBC” televiziya şirkətinin sifarişi ilə aparılan araşdırmada deyilir. 

Tarix: 07/12/13 "Twitter”ə mobil telefonlarda internetsiz daxil olmaq mümkün olacaq

“Röyters” xəbər agentliyinin yaydığı məlumata əsasən, “Twitter” mikrobloqlar xidməti internetə çıxış imkanına malik olmayan mobil telefonlarda əlçatan olacaq. Şirkət Sinqapurun “U2opia Mobile” startapı ilə müvafiq saziş bağlayıb.

Tarix: 06/12/13 "Vikipediya"nın yaradıcısı elmin inkişafına töhfəsinə görə YUNESKO mükafatına layiq görülüb

BMT-nin saytında dərc edilmiş informasiyaya əsasən, "Vikipediya"nın banisi 47 yaşlı Cimmi Uels elmin inkişafına əhəmiyyətli töhfəsinə görə YUNESKO tərəfindən Nils Bor adına qızıl medala layiq görülüb.








19 Mart 2024

18 03 2024