bölmədə 5632 material var

Tarix: 20/08/14 Münhenin dövlət idarələrində “Linux” sistemindən istifadədən imtina ediləcək

Tezliklə Almaniyanın Münhen şəhər bələdiyyəsinin “Linux” əməliyyat sistemindən imtina edərək yenidən “Windows” əməliyyat sistemindən istifadəyə keçəcəyi gözlənilir.

Tarix: 20/08/14 20 min avropalı məşhur sosial şəbəkəni məhkəməyə verib

İyirmi min Avropa sakini “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, dörd gün ərzində iddia müəllifi avstriyalı Maks Şrems öz ətrafında 20 min həmfikirini toplamağa nail olub.

Tarix: 20/08/14 Mobil telefonla “YouTube”da videoya baxmaq daha sərfəli olacaq

“YouTube”un hazırladığı premium musiqi xidməti “Music Key” adlanacaq və onun aylıq abunə haqqı 10 dollar təşkil edəcək. Bu haqda “Android Police” nəşri yazıb.

Tarix: 19/08/14 “Google” uşaqların hesabına auditoriyasını artırmağı planlaşdırır

“Google”un qaydaları 13 yaşadək uşaqlara şirkətin xidmətlərindən istifadəni qadağan edir, ancaq yaxın vaxtlarda vəziyyət dəyişilə bilər. “The Information” resursu yazır ki, şirkət öz xidmətlərinin “uşaq” versiyalarının yaradılması üzərində işləyir.

Tarix: 19/08/14 İcazələrin elektron informasiya portalının növbəti statistik göstəriciləri açıqlanıb

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən iyul ayında 6200-ə yaxın, indiyədək isə 290 minə yaxın internet istifadəçisi yararlanıb.

Tarix: 18/08/14 “Google” şirkəti “Android” sistemi üçün nitqin tanınması sistemini təkmilləşdirir

“Google” şirkəti  “Android” sistemi üçün nitqin tanınması sistemini təkmilləşdirir.

Tarix: 18/08/14 İnternet şirkəti sualtı kabelləri akulalardan qoruyacaq

“Google” internet şirkəti Sakit okeanın dibindən keçən optik-lif kabellərini akulalardan qorumaq niyyətindədir. Bu barədə “VentureBeat” nəşri məlumat verib.

Tarix: 16/08/14 "Internet Explorer" brauzerinin adı dəyişdirilə bilər

"Microsoft" tərtibatçıları "Internet Explorer" veb-brauzerini xilas etmək üçün adının dəyişdirilməsi haqda müzakirələr aparırlar. Onlar tərəfindən təklif edilmiş "Ultron" adı rəhbərliyin xoşuna gəlməyib.

Tarix: 15/08/14 2014-cü ilin sonunadək dünyada “LTE” abunəçilərinin sayı 411 milyona çatacaq

“ABI Research”ün ekspertlərinin proqnozuna görə, 2014-cü ilin sonunadək “LTE” şəbəkəsinin abunəçilərinin sayı 411 milyona çatacaq, “LTE-Advanced” xidməti abunəçilərinin sayı isə 22 milyon təşkil edəcək.

Tarix: 15/08/14 Qlobal məkanda istehlakçılar innovativ ödəniş alətləri və metodlarının 60 faizə qədərindən ümumiyyətlə istifadə etmir

Son illər ödəniş sistemləri bazarında yeni texnologiyalar sürətlə tətbiq edilməyə başlayıb. İnnovasiyaların ödəniş sistemləri bazarına təsirini qiymətləndirmək üçün Dünya Bankı ödəniş sistemlərində innovativ alətlər və metodları əhatə edən sorğu keçirib.

Tarix: 14/08/14 “WeChat” onlayn messencerinin auditoriyası 438 milyona çatıb

“Tencent Technology” şirkəti 2014-cü ilin ikinci rübü üzrə maliyyə hesabatını dərc edib. Qeyd edək ki, Çinin “WeChat” onlayn messenceri ona məxsusdur.

Tarix: 13/08/14 “Twitter”də 23 milyon saxta hesab mövcuddur

“Twitter” mütəxəssisləri mikrobloqlar xidmətində hesabların sayını araşdırıblar. Şirkət investorlar üçün öz maliyyə perspektivlərini əhatəli təqdim edə bilməsi üçün auditoriyasının “keyfiyyət”ini qiymətləndirib.

Tarix: 13/08/14 Yerli provayder abunə haqlarını dəyişdirmədən internetə qoşulma sürətini artıracaq

İnternet provayderi “Ailə NET” sentyabr ayının 15-dən  minimal internet qoşulmanın sürətini 5 mb/s-ə qaldırır. Bu zaman aylıq abunə haqları dəyişməz qalacaq.

Tarix: 13/08/14 “HTTP/2.0” protokolunun yeni versiyası şifrələmə tələb edəcək

“World Wide Web Consortium”un veb-standartlar üzrə mütəxəssisləri məlumatların ötürülməsi prosesində təhlükəsizlik problemi haqda narahat olmağa başlayıblar.

Tarix: 13/08/14 Şəbəkədə domenlərin ümumi sayı 276 milyonu ötüb

“Verisign” şirkəti domen sənayesi üzrə  bu ilin birinci rübünə həsr edilmiş hesabat  təqdim edib. 31 mart tarixinə olan məlumata görə, qeydiyyatdan keçmiş domenlərin (bütün domen zonalarında) ümumi sayı 276 milyon olub.








19 Mart 2024

18 03 2024