bölmədə 5632 material var

Tarix: 23/01/12 Avropa komissarı Nili Kroes Amerikanın "SOPA" qanun layihəsini açıq şəkildə tənqid edib

Rəqəmli siyasət məsələləri üzrə Avropa komissarı Nili Kroes Amerikanın "SOPA" (Stop Online Piracy Act) qanun layihəsini tənqid edən insanlara dəstək olaraq öz fikirlərini açıq şəkildə ifadə edib. Müşahidəçilər bildiriblər ki, Avropanın yüksəkvəzifəli məmurları nadir hallarda Amerika qanunlarını şərh edirlər,

Tarix: 21/01/12 «Facebook» dan ən az istifadə 6 ölkə

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan «facebook» yer kürəsinin əksər dövlətlərindən istifadə olunur. Lakin 6 ölkə var ki, onlarda «facebook» digərlərinə nisbətdə populyar deyil. Bunlar Rusiya, Polşa, Yaponiya, Çin, Cənubi Koreya və Viyetnamdır. Aparılan araşdırmalara görə, Yaponiyada yaşayanlar daha çox «Tvitter»dən istifadə etməyə üstünlük verirlər.

Tarix: 21/01/12 “Google” ABŞ-da işləmək üçün ən yaxşı kompaniya seçilib

“Fortune” nəşri ABŞ-da işləmək üçün ən yaxşı kompaniyaların siyahısını tərtib edib. Siyahıda ötən il dördüncü yerdə olan “Google” bu dəfə ilk yeri tutub. Bundan başqa, “NetApp”, “Zappos.com” və “Intel” də ən yaxşı informasiya texnologiyaları kompaniyaları kimi nəşrdə yer alıblar.

Tarix: 21/01/12 “Google” şirkətinə reklam verənlərin sayı azalıb

“Google” veb-korporasiyası 2011-ci ilin dördüncü rübü və ümumilikdə 2011-ci il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət oktyabr ayından dekabr ayına qədər 10,6 milyard dəyərində mədaxil və 2,7 dollar dəyərində mənfəət əldə edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 6% çoxdur.

Tarix: 21/01/12 Gmail “klaviatura casusları”na qarşı mübarizəni gücləndirir

Google kompaniyası Gmail poçt xidmətində qeydiyyatın yeni formasını yoxlamadan keçirir. Yenilik istifadəçilərə ictimai yerlərdə e-mail ünvanlarına parollarının oğurlanması təhlükəsi olmadan daxil olmaq imkanı verəcək. “The Verge” bildirir ki, internet-kafelərdə və digər kompyuter əlçatanlığı

Tarix: 19/01/12 Moskva metrosunda da pulsuz “Wi-Fi” olacaq

Moskva Metropoliteninin sərnişinləri “Wi-Fi” vasitəsilə internetə çıxış imkanı əldə edə biləcəklər. Bu barədə Nəqliyyat departamentinin rəhbəri Maksim Liksutov "İnterfaks" agentliyinə xəbər verib. Liksutovun sözlərinə əsasən, pulsuz “Wi-Fi” cari ildə metropolitenin bəzi vaqonlarında olacaq.

Tarix: 19/01/12 İnternet istifadəçilərinin sayı 2 milyardı ötdü

“The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş məlumata əsasən, 2011-ci ildə internet istifadəçilərinin sayı 2 milyardı ötüb. Hazırda təxminən bu rəqəm 2,1 milyard insan təşkil edir.

Tarix: 19/01/12 Avropa Komissiyası “Google” kompaniyası ilə bağlı istintaqa başlayır

Avropa İttifaqının antiinhisar orqanları “Google” kompaniyası ətrafında yaranan vəziyyətin analizi əsasında marta qədər yekun qərar qəbul edəcək. Avropa Komissiyasını bu addıma internet-nəhənginin rəqibləri vadar edir. Bazarda rəqabət məsələləri üzrə avrokomissar Hoakin Almunia “Reuters”

Tarix: 19/01/12 «Odnoklassniki» sosial şəbəkəsinə nə oldu?

Bu gün «odnoklassniki.ru» sosial şəbəkəsində problemlər yaşanıb. Saytın fəaliyyəti uzun müddət donub. Buna səbəb isə texniki məsələlər göstərilib. Əslində isə nəyin baş verməsi haqqında dəqiq məlumat verilmir. Rusiya mətbuatının yaydığı məlumata görə, «odnoklassniki.ru»ya daxil olarkən istifadəçilərə sayta bir

Tarix: 19/01/12 Azərbaycanda onlayn ticarətin həcmi artır

Azərbaycanda onlayn ticarətin həcmi artır. «İCTnews» elektron xəbər xidmətinin məlumatına görə, bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, hər il ölkədə onlayn ticarət edənlərin sayı çoxalmaqdadır. Əgər əvvəllər Azərbaycan əhalisi arasında onlayn ticarətə inam yox

Tarix: 19/01/12 4,5 milyon insan “Google”-u dəstəkləyir

“Google” kompaniyasının yaydığı məlumata görə, onun ABŞ-ın antipiratlığa görə iki qanun layihəsi –“SOPA” və “PİPA”ya qarşı onlayn ərizəsini imzalayan insanların sayı bu gün 4,5 milyona çatıb.”Google” və bir çox digər kompaniyaların qanun layihələrinin mövqeyini əks etdirən onlayn

Tarix: 19/01/12 Əxlaqsız saytlar belarusların xoşuna gəlmir

Belarus Prezident Administrasiyası yanında İnformasiya və Analiz Mərkəzi internet istifadəçiləri ilə bağlı növbəti sorğunun nəticələrini dərc edib. Nəticələrə görə, belaruslu internet istifadəçiləri porno və erotik xarakterli saytlara azad girişin məhdudlaşdırılmasını vacib sayırlar.

Tarix: 19/01/12 Mark Zukerberq söz verdi...

“Facebook” təsisçisi Mark Zukerberq antipiratçılıqla mübarizəyə dair “SOPA” (Stop Online Piracy Act) və “Protect İP Act” (PİPA) qanun layihələrinə qarşı öz fikirlərini ifadə edib. "Biz yaxşı düşünülməmiş qanun layihələrinin internetin inkişafına mane olmağına imkan verə bilmərik" – o, sosial şəbəkədə öz səhifəsində belə yazıb.

Tarix: 19/01/12 “eBay” analitikləri utandırıb

“eBay” şirkəti bu yaxınlarda 2011-ci ilin dördüncü rübü və 2011-ci maliyyə ili üzrə maliyyə hesabatlarını dərc edib. “eBay” şirkətinin maliyyə göstəriciləri analitiklərin proqnozlarından yuxarı olub. Dördüncü rübdə şirkətin mədaxili 3,4 milyard dollar təşkil edib. Bu isə 2010-cu ilin dördüncü rübü üzrə analoji göstəricini 35% ötür.

Tarix: 19/01/12 7000-dən çox sayt antipiratçılıqla mübarizəyə dair qanun layihəsinə etiraz edir

“Firefox” veb-səyyahını yaradan “Mozilla Corp” təşkilatı da Qərb internetində antipiratçılıqla mübarizə üçün nəzərdə tutulmuş “SOPA” qanun layihəsinə qarşı keçirilən etirazlara qoşulub. Dünən “Google”, “Reddit”, “Wordpress” və digər şirkətlər də etiraza öz dəstəklərini bildiriblər.








19 Mart 2024

18 03 2024