bölmədə 5597 material var

Tarix: 18/10/13 Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi rekord həddə çatıb

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunur.
 

Tarix: 18/10/13 Dövlət Komissiyası elektron ünvanına göndərilən sorğuların statistikası və məzmununu açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabr ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.

Tarix: 18/10/13 Xarici sahibkarlar da Azərbaycanın internet resursundan yararlanır

Azərbaycanda internet istifadəçilərinin sayının sürətli artımı dövlət orqanlarının rəsmi saytlarına daxilolma miqdarının yüksəlməsinə səbəb olub.

Tarix: 18/10/13 “YouTube” trafikinin təxminən 40 faizi mobil qurğuların payına düşür

Hazırda “YouTube” videohostinqinin trafikinin təxminən 40 faizi mobil qurğuların payına düşür, halbuki 2 il əvvəl bu göstərici 6 faizə bərabər olub. Bu barədə “Google”un baş direktoru Larri Peyc  üçüncü rübün maliyyə yekunları üzrə konfrans-zəng zamanı bildirib.

Tarix: 18/10/13 Səhiyyə Nazirliyi yeni elektron xidmətlərini “Elektron hökumət” portalına təqdim edib

Səhiyyə Nazirliyi bir sıra yeni elektron xidmətlərini “Elektron hökumət” portalına təqdim edib.
 

Tarix: 18/10/13 “Google” Azərbaycan Milli Müstəqillik Gününü qeyd edir

“Google” şirkəti 18 Oktyabr - Azərbaycan Milli Müstəqillik Günü xüsusi “doodle”, logo hazırlamaqla qeyd edir.

Tarix: 17/10/13 “Chrome” brauzeri “Windows XP” əməliyyat sistemini 2015-ci ilin aprelinədək dəstəkləyəcək

“Google” şirkətindən bildirilib ki, “Chrome” brauzeri 2015-ci ilin aprelinə qədər “Windows XP” əməliyyat sistemini dəstəkləyəcək.

Tarix: 17/10/13 “Yahoo!” hesabat verib

“Yahoo!” şirkəti cari ilin üçüncü rübü üzrə hesabat verib. Bir ildə şirkətin satış həcmi və xalis mənfəəti azalıb.
2013-cü ilin iyul-sentyabr aylarında “Yahoo!”nun xalis mənfəəti 297 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 91% azdır.

Tarix: 17/10/13 Xaçmaz turizm obyektləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib

Xaçmaz turizm mərkəzləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Xaçmaz Turizm İnformasiya Mərkəzindən məlumat verilib.

Tarix: 17/10/13 Dünyada internetin orta sürəti 3,3 Mbit/s olub

“Akamai Technologies” şirkəti dünyada internetin orta sürəti haqqında növbəti hesabatını dərc edib. 2013-cü ilin ikinci rübünün yekununa görə, internetin orta sürəti 3,3 Mbit/s olub ki, bu da ötən rübün göstəricisi ilə müqayisədə bir qədər çoxdur.

Tarix: 17/10/13 İnformasiyanın simsiz şəbəkələrdə ötürülməsi üzrə rekord təyin edilib

Almaniyanın Karlsruen Texnologiya Universitetinin alimləri informasiyanın simsiz şəbəkələrdə ötürülməsi üzrə yeni dünya rekordu təyin ediblər

Tarix: 17/10/13 Dünyada internet vəziyyəti haqqında hesabat

“Akamai Technologies” şirkəti dünyada internet vəziyyəti haqqında hesabat dərc edib.

Tarix: 17/10/13 “Sazz İnternet” Balakəni də əhatə dairəsinə qatdı

2010-cu ilin oktyabr ayından etibarən fəaliyyətə başlayan “Sazz 4G” simsiz internet provayderi öz əhatə dairəsini genişləndirməyə davam edir.

Tarix: 14/10/13 “Facebook” İsrailin “Onavo” startapını satın alır

“Facebook” sosial şəbəkəsi mobil məlumatlar əsasında müxtəlif analitik hesabatların generasiyası üçün proqram həlləri yaradan İsrailin “Onavo” startapını satın alır.

Tarix: 14/10/13 Azərbaycanda “Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

“Azərbaycanda “Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir. Layihənin icrası məqsədilə hazırda Bakı şəhərində təlim mərkəzi üçün 1 mühazirə, 2 kompüter sinfi və 1 multimedia otağından ibarət yer ayrılıb.








22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib