bölmədə 5632 material var

Tarix: 28/06/14 Nazirliyin internet resursunda açıq hökumət prinsipləri tətbiq olunur

Müdafiə Sənayesi Nazirliyinin rəsmi internet portalında (www.mdi.gov.az) yerləşdirilmiş “Daxili İcraat Qaydaları”nda, əsasən, sorğu ilə müraciət etmiş şəxsin məlumat əldə etmək hüququ, informasiya əldə etmənin formaları, informasiya sorğusunun icra olunma üsulları və s. kimi məsələlər əksini tapıb.

Tarix: 28/06/14 “Instagram” öz foto kolleksiyasını “Facebook”un data mərkəzinə daşıyıb

“Facebook” şirkətinə məxsus “Instagram” foto hostinqi “Amazon Web Services” data mərkəzinin xidmətindən imtina edərək öz nəhəng foto kolleksiyasını “Facebook”un data mərkəzinə daşıyıb. “Instagram” nümayəndələri izah edirlər ki, bu addım dəstək üçün xərcləri xeyli  azaldacaq.

Tarix: 28/06/14 Hesabat: “Bütün şəbəkə qurğularının yarısı köhnəlib”

"Dimension Data” şirkəti şəbəkə qurğularının təhlükəsizlik səviyyəsinə dair "Network Barometer Report” adlı hesabat təqdim edib. Hesabata əsasən, bütün istifadə olunan şəbəkə qurğularının 51 faizi köhnəlib, 11 faizinin istifadə müddəti ötüb. Bu göstəricilər son altı ildə qeydə alınan ən yüksək nəticələr olub.

Tarix: 28/06/14 Almaniyanın xüsusi xidmət orqanları sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək

Almaniya Konstitusiya Mühafizəsi Federal İdarəsi (BfV) terrorizmlə mübarizədə sosial şəbəkələr, o cümlədən “Facebook”, “Twitter” və “YouTube” üzərində nəzarəti gücləndirmək niyyətindədir.

Tarix: 27/06/14 Bakıda elektromobillər üçün ultrasürətli şarj avadanlıqları quraşdırılır

“SOCAR Petroleum” QSC  öz yanacaqdoldurma məntəqələrində   müştərilərə yeni xidmət təklif e

Tarix: 27/06/14 Dünyada internetə orta qoşulma sürəti 4 Mbit/saniyəni ötəcək

“Akamai Technologies” şirkətinin növbəti hesabatına əsasən, 2014-cü ilin birinci rübündə dünyada internetə orta qoşulma sürəti 3,9 Mbit/s təşkil edib ki, bu da ötən rüblə müqayisədə 1,8% daha yüksəkdir.

Tarix: 27/06/14 “SABAH” qrupları üzrə test imtahanı 6 iyulda keçiriləcək

“SABAH” (Savadlı, bacarıqlı, hazırlıqlı) qrupları üzrə test imtahanı 6 iyul 2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında keçiriləcək.

Tarix: 27/06/14 “Google” şirkəti “Google Fit” sağlamlığına nəzarət platformasını nümayiş etdirib

“Google” şirkəti “Android” qurğu istifadəçisinin fiziki aktivliyinin monitorinqi və sağlamlıq vəziyyəti üçün “Google Fit” platformasını nümayiş etdirib. Bu haqda iyunun 25-də keçirilmiş “Google I/O” konfransının açılışı zamanı şirkətin top-meneceri Elli Pauers deyib.

Tarix: 25/06/14 “Opera” videoreklamla məşğul olacaq

“Opera” şirkəti mobil platformalarda videoreklam sahəsinə yatırım etməyə qərar verib. Norveçlilər “AdColony” startapını satın alıblar, həm də sazişin ümumi məbləği 350 milyon dollar təşkil edə bilər.

Tarix: 24/06/14 “Elektron hökumət” portalına daşınmaz əmlaka dair yeni xidmət inteqrasiya olunub

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi” elektron xidməti “Elektron hökumət” portalında istifadəyə verilib.

Tarix: 24/06/14 “Google” domen qeydiyyatı xidmətini işə salıb

“Google” şirkəti domenlərin qeydiyyatı üzrə öz xidmətini işə salıb.

Tarix: 23/06/14 Azərbaycan startupı beynəlxalq arenada təqdim olunacaq

Səsin real zaman daxilində korreksiyasına fokuslanmış “Tuning Fork” layihəsi beynəlxalq sərgidə təqdim ediləcək.

Tarix: 23/06/14 “Skype”ın köhnə versiyalarının işi dayandırılacaq

“Skype” telefoniya xidmətinin köhnə versiyalarının istifadəçiləri xidmətin şirkət tərəfindən dayandırılması təhlükəsi ilə əlaqədar proqramı yeniləməlidirlər. “Windows” istifadəçiləri üçün 2014-cü ilin yanvarı, “Mac” platformasında isə 2014-cü ilin fevralınadək buraxılmış versiyalardan söhbət gedir.

Tarix: 23/06/14 “Mozilla” və Amerika media nəhəngləri şərhlər üçün “open-source” platforması yaradacaqlar

“The New York Times” və “The Washington Post” kimi iki iri Amerika nəşri məşhur “Firefox” brauzerinin yaradıcısı olan “Mozilla” ilə səylərini birləşdirərək istənilən yerdə istifadəsi mümkün olan yeni “open-source” şərh platforması yaradıblar.

Tarix: 23/06/14 Kopenhagendə internet ekoloji vəziyyəti yaxşılaşdıracaq

Cari ilin mayında “Cisco” şirkəti və Kopenhagen şəhər administrasiyası və Albertslunn və Frederissunn inzibati ərazi vahidləri internet proqramının tətbiqi üzrə tərəfdaşlıq sazişi imzalayıblar.








19 Mart 2024

18 03 2024