bölmədə 5632 material var

Tarix: 31/10/14 Çində “Viber” messenceri bloklanıb

Çin hakimiyyəti zəng etməyə, mesaj və təsvir göndərməyə imkan verən “Viber” mobil proqramını bloklayıb. Bu haqda “TechInAsia” portalına istinadən “TechCrunch” nəşri yazıb.

Tarix: 30/10/14 Tatarıstanda məktəblilərə keçid kartları və “PayPass” texnologiyası ilə təchiz edilmiş qolbaqlar veriblər

Tatarıstanda məktəblərdə tətbiq edilmiş kartlar və “PayPass” texnologiyası ilə təchiz edilmiş qolbaqlar vasitəsi ilə məktəblilər nəqliyyatda, yeməkxanada, əlavə məşğələlərdə xidmət haqlarını ödəyə bilərlər.

Tarix: 30/10/14 “Taxi Tap” servisindən artıq “iOS” istifadəçiləri də yararlana bilər

“Taxi Tap” onlayn taksi çağırışı servisindən artıq “iOS” qurğu istifadəçiləri də istifadə edə bilərlər.

Tarix: 29/10/14 Azərbaycan genişzolaqlı internetin inkişafını əks etdirən beynəlxalq hesabatda MDB məkanında liderdir

Azərbaycan Beynəlxalq telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı internetin inkişafını əks etdirən hesabatında mövqelərini yüksəldib.

Tarix: 29/10/14 Onlayn xidmətlər portalına yeni şirkət qoşulub

“CityNet” internet provayderi “Hesab.az” portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq “CityNet” abunəçiləri “Hesab.az” saytı vasitəsi ilə abunə haqlarını ödəyə biləcəklər.

Tarix: 29/10/14 “HTML5” internet standartının sonuncu versiyası üzərində iş başa çatıb

“World Wide Web Consortium” (W3C) təşkilatı “HTML5” internet səhifələrinin nişanlanması standartının sonuncu versiyası üzərində işi başa çatdırıb. Bu barədə konsorsiumun məlumatında deyilir.

Tarix: 29/10/14 “Facebook”un xalis mənfəəti artıb

2014-cü ilin üçüncü rübündə “Facebook” sosial şəbəkəsinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə (90%) artaraq 806 milyon dollara çatıb.

Tarix: 29/10/14 “WhatsApp” ilk dəfə maliyyə nəticələrini açıqlayıb

“WhatsApp” mobil messencerini satın almış “Facebook” şirkəti ilk dəfə adıçəkilən xidmətin maliyyə nəticələrini açıqlayıb.

Tarix: 28/10/14 “ICANN” Ebola virusuna görə Mərakeşdəki konfransı ləğv edib

“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası fevralın 8-12-də Mərakeşdə keçiriləcək 52-ci konfransın ləğv edilməsi və onun qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib. Həmçinin konfransın başqa ölkədə keçirilməsi məsələsi müzakirə edilir.

Tarix: 28/10/14 İranda beş milyon sayta giriş bloklanıb

İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Əhməd Şahid ölkədə ölüm cəzasının tətbiqinin artmasına, jurnalistlərin təzyiqə, qadınların diskriminasiyaya məruz qalmalarına, söz azadlığı və internetə çıxışın məhdudlaşdırılmasına diqqət yönəldib. İranda beş milyon sayta giriş bloklanıb.

Tarix: 28/10/14 Alimlər qrupu optik-lif kabeli ilə məlumatların rekord sürətdə ötürülməsinə nail olub

Eyndhoven Texnoloji Universiteti və Mərkəzi Florida Universitetinin alimlər qrupu optik-lif kabeli ilə məlumatların rekord sürətdə ötürülməsi üzrə sınağın nəticələri ilə bağlı elmi məqalə dərc edib. Onlar yeni tip optik-lifdən istifadə etməklə saniyədə 255 terabit sürətə nail ola biliblər ki, bu da hazırda rekord göstərici hesab edilir.

Tarix: 28/10/14 2014-cü ilin üçüncü rübündə “Twitter”in xalis zərəri 2,5 dəfə artıb

2014-cü ilin üçüncü rübünün nəticəsinə görə, “Twitter” sosial şəbəkəsinin xalis zərəri 2,5 dəfədən çox artaraq 175,46 milyona çatıb. Bu haqda şirkətdən bildirilib.
 

Tarix: 27/10/14 ABŞ-da “Ebola.com” internet domeni satılıb

ABŞ-da “Ebola.com” internet domeni “Blue String Ventures” şirkəti tərəfindən 200 min dollara satılıb. Alıcı qismində marixuananın tibbi məqsədlər üçün istifadəsini təbliğ edən "Weed Growth Fund” şirkəti çıxış edib.

Tarix: 27/10/14 Bağlanmış “Twitpic” fotohostinqinin bazası artıq “Twitter”ə məxsusdur

“Twitter” mikrobloqlar xidməti “Twitpic” fotohostinqinin domen və istifadəçi bazasını satın alıb. Bu haqda şirkətin bloqunda “Twitpic”in yaradıcısı Noa Everett bildirib.
 

Tarix: 27/10/14 “Facebook” vasitəsilə həyat yoldaşının ikinci dəfə evləndiyindən xəbər tutub

“Facebook”da dərc edilmiş fotoşəkillər Britaniyada böyük səs-küyə səbəb olub. 55 yaşlı İvonn Qibney sosial şəbəkə vasitəsilə bilib ki, onun 49 yaşlı əri Moris toya 45 min funt xərcləyərək gizlincə başqa qadınla evlənib.








27 Aprel 2024

26 04 2024