İCT NEWS - Elektron xəbər xidməti

bölmədə 5588 material var

Tarix: 25/06/15 “Gmail” istifadəçiləri göndərilən məktubları ləğv edə biləcəklər

“Google” şirkəti "Gmail” poçt servisinə elektron məktubların göndərilməsinin ləğvi funksiyasını əlavə edib. Bu barədə şirkətin məlumatında deyilir.

Tarix: 25/06/15 “Dropbox” “bulud” fayl saxlancının auditoriyası 400 milyonu ötüb

İki ildə “Dropbox” “bulud” fayl saxlancı istifadəçilərinin sayı 400 milyonadək yüksəlib. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Tarix: 24/06/15 “Google” jurnalistlər üçün yeni servis işə salıb

“Google” şirkəti jurnalistlər üçün nəzərdə tutulan yeni “News Lab” xidmətini istifadəyə verib.

Tarix: 24/06/15 2020-ci ilədək internet reklam xərcləri televiziya reklam xərclərini ötəcək

Beynəlxalq “ZenithOptimedia” agentliyinin yeni hesabatına əsasən, internet elan verənlər üçün ən sürətlə inkişaf edən mühit olaraq qalır və 2020-ci ilədək internet reklam xərcləri televiziya reklam xərclərini ötəcək.

Tarix: 24/06/15 “Newswire” xəbərlər kanalı istifadəyə verilib

“YouTube” videohostinqi “Newswire” xəbərlər kanalını istifadəyə verib. Burada istifadəçilər hadisə yerindən çəkilən videoçarxları yerləşdirmək imkanı əldə edə biləcəklər.

Tarix: 24/06/15 Argentinada “ICANN” konfransı işə başlayıb

Buenos-Ayresdə (Argentina) internetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının konfransının açılışı olub.

Tarix: 24/06/15 “Facebook” şirkətinin yeni alqoritmi fotoşəkildə sifəti görsənməyən insanı tanıya bilir

“Facebook” şirkətinin süni intellekt üzrə mütəxəssislərinin hazırladığı alqoritm fotoşəkildə sifəti görsənməyən insanı tanıya bilir.

Tarix: 23/06/15 Koreya Xalq Demokratik Respublikasında internetin işində ciddi nasazlıq qeydə alınıb

Koreya Xalq Demokratik Respublikasının ərazisində internetə çıxışda dövri nasazlıqlar müşahidə olunur. Təxminən iki həftə əvvəl Koreya yarımadasının şimalında şəbəkəyə qoşulma ilə bağlı problemlər meydana çıxıb və indiyədək aradan qaldırılmayıb.

Tarix: 23/06/15 Aviaşirkətlər təyyarələri yüksəksürətli “Wi-Fi” ilə təchiz edəcək

Artıq yaxın gələcəkdə təyyarələrdə “Wi-Fi” şəbəkəsi restoran və ya kafelərdə internet çıxış kimi adi hala çevriləcək.
 

Tarix: 23/06/15 Avropa və Kanada “Facebook Moments” mobil proqramına “Yox” dedi

“BBC” yazır ki, “Facebook Moments” mobil proqramı fərdi informasiyanın mühafizəsi sahəsində yerli qanunvericiliyin tələblərinə uyğun gəlmədiyinə görə Avropa və Kanadada işləməyəcək.

Tarix: 22/06/15 Onlayn ödənişlərdə yenilik

Azərbaycanda inkişaf etdirilən onlayn ödəniş sistemlərinin əhali arasında populyarlığını artırmaq və istifadəçilərinin sayını çoxaltmaq məqsədi ilə həm hökumət, həm də bu işlə məşğul olan özəl şirkətlər tərəfindən müxtəlif tipli maarifləndirici və cəlbedici kampaniyalar həyata keçirilir.

Tarix: 22/06/15 Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yaxın zamanda iki yeni xidmət təqdim edəcək

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yaxın zamanda iki yeni xidmət təqdim edəcək.

Tarix: 20/06/15 Böyük Britaniya əhalisi saxta onlayn icmal və sorğular təhlükəsi ilə qarşılaşıb

Böyük Britaniyada onlayn sorğular keçirən saytlar müştəriləri aldadırlar.

Tarix: 19/06/15 Siyasətçilər üçün sosial şəbəkə işə salınıb

ABŞ milyarderi Şon Parker siyasətçilər üçün "Brigade” sosial şəbəkəsini təqdim edib. Yeni şəbəkənin dünyada insanlara "Facebook”un yoluna qoya bilmədiyi problemlərin həllində kömək edəcəyi nəzərdə tutulur.

Tarix: 19/06/15 Mark Zukerberq ABŞ-da təhsil alan qanunsuz mühacirlərə 5 milyon dollar ianə ayırıb

“Wall Street Journal” qəzeti yazır ki, “Facebook” sosial şəbəkəsinin direktoru Mark Zukerberq “TheDream.US” fonduna 5 milyon dollar ianə edib.








22 Avqust 2018

21 08 2018

21/08/18
“Skype” yazışma və zənglərin təhlükəsizliyini “end-to-end” şifrləməsi ilə qoruyacaq

“Skype” videomessenceri “end-to-end” şifrələmə sistemini tətbiq edib. Məxfi ünsiyyətə 

21/08/18
Yaponiyada şagirdlərin təhsili üçün süni intellektli robotlardan istifadə ediləcək

Yaponiya hökuməti məktəblərdə uşaqların ingilis dilinə yiyələnmək bacarıqlarının yaxşılaşdırılmasına 

21/08/18
“Alibaba” süni intellekt əsasında səsin tanınması sisteminin sınaqlarına başlayıb

Çinin “Alibaba” internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması 

21/08/18
DNS trafikinin 28 faizini internet provayderləri ələ keçirir

ABŞ və Çin tədqiqatçılar qrupu “USENIX” konfransında DNS trafikinin təhlükəsizliyi haqqında 

21/08/18
Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

ABŞ-ın “Lockheed Martin” hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün yaşayış kapsulu 

21/08/18
Dünyada ən davamlı material hazırlanıb

ABŞ-ın Sandia Milli Laboratoriyasında işləyən alimlər qrupu dünyada ən davamlı material hazırlayıblar.