bölmədə 5632 material var

Tarix: 19/12/13 Bir il ərzində axtarış trafikinin həcmi azalıb

“Shareaholic” ekspertlərinin yeni araşdırmasına əsasən, 2012-ci ilin noyabrından 2013-cü ilin noyabrına kimi  axtarış trafikinin həcmi azalıb, sosial trafikin həcmi isə iki dəfə artıb.

Tarix: 18/12/13 Qeyri-adi istək

“The Straits Times” nəşri yazır ki, Yəmən Ərəb Respublikasında ata öz qızının nişanlısından başlıq əvəzi “Facebook” sosial şəbəkəsində 1 milyon "layk" istəyib.

Tarix: 18/12/13 “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi məktəblilər arasında keçirilə bilər

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsini davam etdirmək məsələsini müzakirə edir.

Tarix: 18/12/13 “PayPal” yeni şirkət satın alıb

Dünyanın ən böyük elektron ödəmə sistemi “PayPal” San-Fransisko şəhərində yerləşən “Stack Mob” şirkətini satın almasını təsdiqləyib.

Tarix: 18/12/13 “Wi-Fi” operator avadanlığının alışına 8,5 milyard dollar xərclənəcək

Yaxın beş ildə “Wi-Fi” operator avadanlığının alışına ümumilikdə 8,5 milyard dollar xərclənəcək.

Tarix: 18/12/13 Nelson Mandela və Pol Uoker ilin əsas mövzusu olub

2013-cü ildə istifadəçilər “Google” axtarış sistemində ən çox CAR-ın keçmiş lideri Nelson Mandela və Hollivud aktyoru Pol Uoker haqqında informasiya axtarıblar. Şirkətin rəsmi bloqu bildirdiyi kimi, ekspertlər 72 ölkədən axtarış sorğularını qiymətləndirirdilər.

Tarix: 17/12/13 “Facebook” sosial şəbəkəsində “Yardım et” düyməsi istifadəyə verilib

“Facebook” sosial şəbəkəsində "Yardım et" düyməsi istifadəyə verilib. “The Los Angeles Times” nəşri yazır ki, yeni funksiya xeyriyyə təşkilatlarının səhifələri və postlarında görsənəcək.

Tarix: 17/12/13 5 il sonra “LTE” şəbəkəsindən 2 milyard insan istifadə edəcək

2013-cü ilin yekununa görə, dördüncü nəsil “Long Term Evolution” (LTE) mobil rabitəsindən istifadə edən abunəçilərin sayı 238 milyon təşkil edəcək. “Strategy Analytics” tədqiqat agentliyi əməkdaşlarının  proqnozuna əsasən, 2018-ci ildə bu göstərici 2 milyardı ötəcək.

Tarix: 17/12/13 “Facebook” bu həftə videoreklam istifadəyə verir

Dünyanın ən iri sosial şəbəkəsi “Facebook” bu həftənin sonuna kimi öz səhifələrində videoreklam satmağa başlayacaq.

Tarix: 17/12/13 Leyla Əliyevanın rəsmi saytı yeniləndi

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilib.

Tarix: 17/12/13 Vinton Sörf Hesablama Texnikası Assosiasiyasına rəhbərlik edir

“Google” şirkətinin vitse-prezidenti Vinton Qrey Serf (Vinton Grey Cerf) ötən ilin may ayında keçirilmiş seçkilərdə “ACM”-in (Association for Computing Machinery - Hesablama Texnikası Assosiasiyası) prezidenti seçilib. O, 1967-ci ildən assosiasiyanın üzvüdür.

Tarix: 17/12/13 “Cisco”: 2014-cü ildə “Əşyalar interneti” inkişaf edəcək

“Cisco” şirkətinin mütəxəssisləri 2014-cü ildə internet şəbəkəsinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Tarix: 16/12/13 “Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq

Cənubi Koreyanın “Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq. Aparat ağ və mavi rənglərdə əlçatan olacaq.

Tarix: 16/12/13 Sazz 4G İnternet “Yeni il kampaniya”sına başladı

Qarşıdan gələn yeni il münasibəti ilə dekabr ayının 16-dən etibarən Sazz 4G İnternet provayderi ənənvi hədiyyə və güzəştlər kampaniyasına start verdi. 2014-cü il yanvarın 19-dək davam edəcək kampaniya günlərində həm abunəçi olmaq istəyənlərə, həm də mövcud müştərilərə cəlbedici hədiyyə və güzəştlər təqdim olunacaq.

Tarix: 16/12/13 Səudiyyə Ərəbistanı hakimiyyəti “WhatsApp” və “Viber” messencerlərinə çıxış imkanı yaradıb

Ötən şənbə günündən etibarən Səudiyyə Ərəbistanının telekommunikasiya tənzimləyici orqanı yerli istifadəçilər üçün “Viber” və “WhatsApp” mobil messencerlərinə çıxış imkanı yaradıb. Bundan əvvəl hər iki məhsul istifadəçilər üçün bloklanmışdı, çünki hakimiyyət trafiki monitorinq etmək imkanına malik deyildi.








19 Mart 2024

18 03 2024