bölmədə 5632 material var

Tarix: 11/09/14 Ölkədə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sahəsində çox böyük işlər görülüb

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sahəsində çox böyük işlər görülüb”.

Tarix: 11/09/14 Onlarla iri sayt şəbəkə neytrallığını dəstəkləyib

ABŞ-da “Reddit”, “Netflix” və “Upworhty” kimi onlarla İT şirkəti və hüquq müdafiə təşkilatları bu gün ölkənin qanunverici orqanını internetin sürətinin zəiflədilməsindən imtina etməyə çağıran aksiya keçirəcək.

Tarix: 11/09/14 “Apple” şirkəti sosial şəbəkə yaradır

“PandoDaily” portalı “Apple” mühəndislərinin komandasındakı mənbəyə istinadən yazır ki, ABŞ-ın “Apple” korporasiyası “Path” sosial şəbəkəsini satın ala bilər. O deyib ki, tərəflər kağız üzərində imza atmasalar da, razılığa gəliblər.

Tarix: 10/09/14 Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək

Azərbaycan yaxın bir il ərzində Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemini işə salacaq.

Tarix: 10/09/14 “Bakıda keçirilən “TLDCON' 2014” konfransı “ICANN” a nəzarət edəcək qurumun müəyyən edilməsi üçün əhəmiyyət daşıyır”

Amerika hökuməti “ICANN”-a nəzarət etməkdən imtina  etməyə razılaşıb və hazırda yeni nəzarətçi qurumun müəyyən edilməsi üzərində işlər aparılır.

Tarix: 10/09/14 Yaxın illərdə Azərbaycanda internet əhalinin 85 faizini əhatə edəcək

Azərbaycanda Milli genişzolaqlı internetin inkişafı proqramı çərçivəsində yaxın illər ərzində ölkə əhalisinin 85 faizinin internetlə təmin edilməsi nəzərdə tutulub.

Tarix: 10/09/14 İnternetdə “Gmail”in 5 milyon parolu yerləşdirilib

Bu həftə "Yandeks" və “Mail.ru” poçt qutularının milyonlarla paroldan ibarət bazalarının açıq girişdə dərc edilməsi xəbərindən sonra, “Google”un poçt xidməti hədəfə çevrilib.

Tarix: 09/09/14 İnternet istifadəçilərinin təxminən 25 faizi televizor izləmir

“Strategy Analytics” analitik şirkətinin tədqiqat məlumatına əsasən, ABŞ və Qərbi Avropada internet istifadəçilərinin təxminən 26 faizi gün ərzində, heç olmasa, bir dəfə belə televizoru açmır. İnternet şəbəkələrdə videoyayım xidmətlərindən (OTT, over-the-top xidmətlər) istifadəylə kompüterlərdə televiziya verilişlərini izləməyə üstünlük verirlər.

Tarix: 09/09/14 Beynəlxalq İnternet Cəmiyyəti “ISOC” Azərbaycanla əməkdaşlığını genişləndirmək niyyətindədir

Beynəlxalq İnternet Cəmiyyəti (ISOC) Azərbaycana yeni təşəbbüslər təklif etmək niyyətindədir.

Tarix: 09/09/14 “Facebook”un bazar kapitallaşdırması ilk dəfə 200 milyard dolları ötüb

“Facebook”un bazar kapitallaşdırması ilk dəfə 200 milyard dolları ötüb.

Tarix: 09/09/14 “Yahoo!” şirkəti “Luminate” reklam xidmətini satın alıb

ABŞ-ın “Yahoo!” şirkəti “Luminate” reklam xidmətini satın alıb. Razılaşmanın qiyməti açıqlanmayıb.

Tarix: 08/09/14 Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq

Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq. Simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.

Tarix: 08/09/14 "Yandeks"in 1 milyondan çox istifadəçisinin parolu şəbəkədə yerləşdirilib

"Yandeks" poçt xidmətinin 1 milyondan çox istifadəçisinin parol siyahısı açıq girişdə yerləşdirilib. "Xabraxabr" resursunun müəlliflərindən biri bunu aşkarlayıb.
 

Tarix: 08/09/14 Aparıcı şirkətlər və alimlər "TCP/IP” protokollarını müzakirə edirlər

ABŞ Milli Elm Fondunun (NSF), “Cisco”, “Verisign”, “Panasonic” şirkətlərinin nümayəndələri və dünyanın bir sıra mütəxəssisləri bu həftə Los-Ancelesdə görüşərək ilk dəfə “Named Data Networking Consortium” konsorsiumunun yaradılması məsələsini müzakirə ediblər.

Tarix: 06/09/14 Sosial şəbəkə insanların internetə qoşulması üçün milyardlarla dollar xərcləyəcək

Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook” şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona qoşulması üçün milyardlarla dollar xərcləməyə hazırdır. Bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib.








19 Mart 2024

18 03 2024