bölmədə 5632 material var

Tarix: 30/10/13 “LinkedIn”in göstəriciləri qənaətbəxş deyil

“LinkedIn” peşəkar sosial şəbəkəsi hesab edir ki, cari rübdə onun gəliri istifadəçi bazasının artımında qeydə alınan ləngimə və reklam fəallığının azalmasına görə analitiklərin gözləntilərindən aşağı olacaq. Dördüncü rübdə mədaxil 415-420 milyon dollar təşkil edəcək, halbuki analitiklər bu göstəricini 439 milyon dollar səviyyəsində proqnozlaşdırırlar.

Tarix: 30/10/13 Hökumət Ödəniş Portalına qoşulan təşkilatların sayı artıb

Azərbaycanın Hökumət  Ödəniş  Portalına  (apus.az  saytı)  bir neçə yeni təşkilat qoşulub.

Tarix: 29/10/13 Rusiya əhalisinin üçdə ikisi İnternetdən asılıdır

Rusiya əhalisinin əksəriyyəti dostları ilə İnternet vasitəsilə əlaqə saxlamağa üstünlük verir. “МАСМИ” tədqiqat mərkəzinin sorğularına görə, respondentlərin 73%-i hətta yaxınları və dostlarının əhatəsində olarkən şəbəkəyə daxil olurlar.

Tarix: 29/10/13 ABŞ-da internet Avropa ölkələrindən daha bahadır

“Open Technology Institute” (OTI) texnoloji proqram nümayəndələrinin keçirdiyi araşdırma müəyyən edib ki, ABŞ-da internet qiymətləri Avropa ölkələrində olduğundan bahadır və sürəti zəifdir.

Tarix: 28/10/13 Almaniyada daxili şəbəkə yaradıla bilər

Kansler Angela Merkel ABŞ tərəfindən izlənməsindən son dərəcə narahatdır və internet şəbəkəsinin lokal variantını yaratmağa hazırlaşır.

Tarix: 28/10/13 Məlumatların optik lif vasitəsilə uzaq məsafəyə ötürülməsində rekorda imza atılıb

Çinin “ZTE” şirkəti və “China Telecom” operatoru aralıq gücləndiricilər və siqnalın çeviriciləri olmadan optik lifin köməyi ilə məlumatların uzaq məsafəyə ötürülməsi üzrə dünya rekorduna imza atıb.

Tarix: 28/10/13 Temza çayı “Google Street View” kartoqrafiya xidmətinə salınıb

Temza çayı ilk dəfə olaraq “Google Street View” kartoqrafiya xidmətinə salınıb. Panorama görünüşü London limanının idarəçiliyinə məxsus Yantlet gəmisinin bortunda quraşdırılmış “Trekker” kamerasının köməyi ilə çəkilib.

Tarix: 28/10/13 Yeni “ABBYY FineReader Engine” azərbaycandilli mətnlərin lüğətli dəstəyi funksiyalarına malikdir

“ABBYY®” şirkəti tərtibatçı-şirkətlərə mətnin, əlyazma rəmzlərin, işarələrin, ştrix-kodların optik tanınması və sənədlərin PDF-fayllara konvertasiyası funksiyasını əlavə etməyə imkan verən tərtibatçının alətləri versiyasını yaradıb. İlk dəfədir ki, şirkət “Windows”, “Linux” və “Mac” platformalarında istifadə edilə bilən yeni platforma formalaşdırıb.

Tarix: 28/10/13 Sosial şəbəkələrə mobil qurğularla daha çox daxil olurlar

“Statista” şirkətinin araşdırmasına əsasən, ABŞ-da sosial şəbəkələrdə keçirilən vaxtın 65%-i mobil qurğuların payına düşür.

Tarix: 28/10/13 “Wikipedia”dan internetsiz də istifadə etmək mümkün olacaq

“Wikimedia Foundation” fondu “Airtel” şirkəti ilə birgə layihə istifadəyə verib. Fondun rəsmi bloqunda yazılıb ki, söhbət “Wikipedia” ensiklopediyasından oflayn istifadə üçün ödənişsiz SMS xidmətindən  gedir. Yeni xidmət “Wikipedia Zero” adlanır.

Tarix: 28/10/13 Naxçıvanın “Elektron hökumət” portalında 30-dan artıq dövlət orqanının elektron xidmətləri yerləşdirilib

Naxçıvanın “Elektron hökumət” (e-hokumet.nmr.az) portalı vasitəsilə muxtar respublikanın 34 dövlət orqanının xidmətlərindən yararlanmaq mümkündür.

Tarix: 28/10/13 “Facebook” ənənəvi KİV-i sıxışdırır

“Facebook” kütləvi informasiya vasitəsinə çevrilməklə xəbər saytlarını sıxışdırır.

Tarix: 28/10/13 Bayrağımızın rənglərini dizayn proqramlarında ən yaxşı əks etdirən işlər qiymətləndiriləcək

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gənclərin maarifləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində müxtəlif layihələri həyata keçirməyə davam edir. Bu layihələrdən biri də 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Üçrəngli İdeya Müsabiqəsi”dir.

Tarix: 28/10/13 Kitabxanalar simsiz internetlə təchiz olunacaq

“Azərbaycanın kitabxanalarında simsiz internet olacaq. Hazırda biz kitabxanalarda “wi-fi” şəbəkəsinin yaradılması üzərində işləyirik. Düşünürəm ki, bu layihəni yaxın vaxtlarda həyata keçirə biləcəyik”.

Tarix: 28/10/13 Roma Papasının “Twitter” oxucularının sayı 10 milyonu ötüb

Roma Papası Francisin "Twitter" mikrobloquna abunə olmuş insanların  sayı 10 milyonu ötüb. Bununla bağlı pontifik müraciət edib: "Hörmətli oxucular! Mən sizə ürəkdən təşəkkür edirəm və mənə dua etməyinizi xahiş edirəm".








19 Mart 2024

18 03 2024