bölmədə 5632 material var

Tarix: 15/03/14 “Google” şirkəti Çində axtarış sorğularını şifrləməyə başlayıb

“Google” şirkəti Çində istifadəçilərin axtarış sorğularını şifrləməyə başlayıb. “The Washington Post” nəşri yazır ki, internet nəhəngi bu addımını rəsmi sorğuları məxfi saxlamaq istəyi ilə izah edir. Digər tərəfdən, bu addım, həmçinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə cavab ola bilər.

Tarix: 14/03/14 “Sazz 4G İnternet” Novruz Bayramı kampaniyasına başlayır

Sazz USB” fləş modemi və bir aylıq pulsuz internet hədiyyə olunacaq. Hədiyyələri əldə etmək üçün iki aylıq abunə haqqını ödəmək kifayətdir.

Tarix: 14/03/14 “Google Drive” “bulud” saxlancının qiymətləri endirilib

“Google” korporasiyası istifadəçi və müəssisə məlumatlarının öz serverlərində saxlanılması qiymətlərini endirib.

Tarix: 14/03/14 “Millikart” müştərilərinə “Cash by Code” xidmətini təqdim edib

“Millikart” prosessinq mərkəzi müştərilərinə “Cash by Code” xidmətini təqdim edib.

Tarix: 14/03/14 “Facebook”da postları oxumaq əhval-ruhiyyəyə təsir edir

Amerikalı alimlərin araşdırmasına əsasən, “Facebook” sosial şəbəkəsində postları oxumaq insanın əhval-ruhiyyəsinə təsir edir. Məqalə “PLOS ONE” elmi jurnalında dərc edilib.

Tarix: 14/03/14 Mark Zukerberq Obamaya müraciət edib

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq internetin təhlükəsizliyi ilə bağlı ABŞ prezidenti Barak Obamaya müraciət edib.

Tarix: 13/03/14 Rezidenturaya qəbulla bağlı suallara sosial şəbəkə vasitəsilə aydınlıq gətiriləcək

Vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi “Facebook” səhifəsində (www.facebook.com/eTQDK) baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbulla bağlı suallara cavab ala biləcəklər.

Tarix: 13/03/14 Dünyanın ən tanınmış “Instagram” akkauntunun sahibi Bakıya gəlir

Bu günlərdə dünya üzrə tanınmış “Instagram” akkauntunun sahibi Murad Osman Bakıya gəlib.
Dağıstan əsilli Murad Osman (@muradosmann) fotoqraf, prodüser, həmçinin onu dünyaca məşhurlaşdıran “Ardımca gəl” (“Follow me”) fotolayihəsinin müəllifidir.

Tarix: 13/03/14 Yeni dizaynlı optik-lif kabellər yaradılıb

“Intel” korporasiyası tərəfdaş “Corning” və “US Conec” şirkətləri ilə birgə “MXC” optik-lif kabellərinin məlumat emalı mərkəzlərində istifadəsi üçün yeni dizaynını hazırlayıb. Bu kabellər vasitəsilə hər iki tərəfə (ümumilikdə 1,6 terabit/saniyə) 800 Qbit/saniyə sürətində məlumat ötürmək mümkündür.

Tarix: 13/03/14 “Amazon” öz onlayn radio xidmətini istifadəyə verəcək

“Amazon” şirkəti musiqi axınının səsləndirilməsi üçün xidmətin yaradılması üzərində işləyir. Layihə artıq bazarda öz yerini tutmuş “iTunes Radio”, “Pandora” və “Google Music” xidmətləri ilə rəqabət aparacaq.

Tarix: 13/03/14 ABŞ-da internetin sürəti zəyifləyib

ABŞ - interneti kəşf edən ölkə internetə orta çıxış sürətinə görə reytinqdə mövqeyini itirməkdə davam edir. “Ookla Speedtest” xidmətinin son hesabatında ABŞ dünyada 33-cü yerə enərək sürətə görə hətta Macarıstan, Slovakiya və İsraildən geri qalıb.

Tarix: 13/03/14 “WhatsApp” messencerində mesajlar arxivi asanlıqla hakerlər tərəfindən ələ keçirilə bilər

Populyar “WhatsApp” messencerində növbəti ciddi boşluq aşkar edilib. Bu dəfə 100 milyonlarla insanın istifadə etdiyi tətbiqin təhlükəsizlik  sistemindəki boşluğu şəbəkə təhlükəsizliyi üzrə hollandiyalı mütəxəssis Bas Bosskert aşkar edib.

Tarix: 12/03/14 Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 34,5 faiz artıb

Azərbaycanda bu ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 34,5 faiz artaraq 452,5 min manat təşkil edib. 

Tarix: 12/03/14 "İnternetin atası” şəbəkə konstitusiyasını qəbul etməyi təklif edib

Martın 12-də Britaniyanın “Guardian” qəzeti yazıb ki, qlobal şəbəkənin (WWW) ixtiraçısı Tim Berners-Li bütün internet istifadəçilərinin hüquqlarını müdafiə edən xüsusi sənəd hazırlamağı və qəbul etməyi təklif edib.

Tarix: 12/03/14 Azərbaycanda bu il qeydə alınan domen adlarının xalis artımı 1221 domen təşkil edib

Azərbaycanda bu günə kimi 21930 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.








19 Mart 2024

18 03 2024