bölmədə 5632 material var

Tarix: 12/04/13 “Facebook”un populyarlığı getdikcə azalır

“Piper Jaffray” şirkətinin araşdırmasına əsasən, “Facebook” sosial şəbəkəsinə gənclərin marağı əhəmiyyətli dərəcədə azalıb. Rəyi soruşulmuş 5200 gəncin 33%-i “Facebook”u hələ də ən sevimli sosial şəbəkə adlandırırlar, bir il ərzində onun populyarlığı 20% azalıb.

Tarix: 12/04/13 “Skype”-da mövcud olan boşluq aradan qaldırılıb

İnformasiya Təhlükəsizliyi sahəsi üzrə mütəxəssis Mirza Burhan Baig “Skype”-ın rəsmi səhifəsində olan XSS boşluğun olması haqda məlumat yayıb.

Tarix: 12/04/13 Mark Zukerberq siyasətlə məşğul olacaq

“Facebook” sosial şəbəkəsinin banisi Mark Zukerberq “Washington Post” qəzetində ona ayrılmış sütunda “FWD.us” adlanan yeni ictimai-siyasi təşkilatını elan edib. Adıçəkilən təşkilat ABŞ-da istedadlı immiqrantların işə düzəlməsinə kömək edəcək.

Tarix: 11/04/13 “GoldenPay” yaxın zamanda “Azərsu”nun smart-kartları üzrə ödənişlərin qəbuluna başlayacaq

“GoldenPay” şirkəti “www.hesab.az” portalında qəbul edilən onlayn ödənişlər çeşidini genişləndirmək niyyətindədir.“GoldenPay”ın baş direktoru Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda şirkət sığorta xidmətlərinin və “Azərsu”nun xidmətlərinin ödənişinin qəbuluna başlayacaq.

Tarix: 11/04/13 Keyfiyyətli internet xidmətlərinin genişləndirilməsi məqsədilə avadanlıqlar qurulur

Yaxın vaxtlarda Bakı və regionlarda yeni DSLAM  avadanlıqları qurulacaq. Yeni avadanlıqlar vasitəsilə “AzDataKom”un genişzolaqlı internet xidmətinin respublika üzrə daha da genişlənməsi gözlənilir. Hazırda keyfiyyətli internet xidmətlərinin genişləndirilməsi məqsədilə əlavə avadanlıqların qurulması istiqamətində işlər görülür.

Tarix: 11/04/13 “Elektron hökumət” portalına ünvanlanan müraciətlərin sayı artır

“Elektron hökumət” portalına ünvanlanan müraciətlərin sayı artmaqdadır. Son 3 ayda “Elektron hökumət” portalına olan müraciətlərin sayı 114221 min olub. Bu müraciətlər 77179 fərd tərəfindən edilib:

Tarix: 11/04/13 4 il sonra mobil trafikin həcmi fantastik həddə çatacaq

“Juniper Research” analitik şirkətinin növbəti proqnozuna əsasən, 2017-ci ilədək mobil telefon, smartfon və planşetlər tərəfindən yaradılan trafikin həcmi 90 min petabaytı ötəcək. Ekspertlər izah edir ki, bu, “Blu-ray” formatında 7 milyard film deməkdir.

Tarix: 11/04/13 Amerikalı məhbuslar tvit göndərmək imkanı əldə ediblər

Kaliforniyada həbs haqqında qanuna edilmiş düzəlişə əsasən, artıq məhbus telefon zəngindən başqa, “Twitter” vasitəsilə mesaj göndərmək imkanına malikdir.

Tarix: 10/04/13 TQDK məhdud fiziki imkanlı insanlar üçün internet saytında xüsusi səhifə yaradıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  əvvəlki illərdə olduğu kimi, cari ildə də sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı insanlar üçün imtahan zamanı zəruri şərait yaradacaq.

Tarix: 10/04/13 “Google” yüksək sürətli fiber-optik şəbəkəni işə salıb

“Google” şirkəti Texas ştatının Ostin şəhərində “Google Fiber” adlanan yüksək sürətli fiber-optik şəbəkəni işə salıb.

Tarix: 09/04/13 “Google” mobil bazarda inhisarçılıqda ittiham olunub

17 texnologiya şirkətindən ibarət “FairSearch” adlanan qrup “Google”-un ədalətsiz rəqabətindən Avropa antiinhisar tənzimçisinə şikayət edib. İnternet nəhəngi mobil xidmət və reklam bazarına öz “Android” əməliyyat sistemi vasitəsilə təkbaşına nəzarət etməkdə ittiham edilir.

Tarix: 09/04/13 “Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi

Aprelin 9-da Təhsil Nazirliyi “Elektron Təhsil” Respublika müsabiqəsinə start verib. “ICTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyinin Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildirilib

Tarix: 09/04/13 Məcburi köçkünlər yemək xərcləri və kommunal xidmətlər barədə məlumatları elektron qaydada necə ala bilər?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi elektron xidmətini təqdim edir.

Tarix: 09/04/13 Bu gündən abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldura bilərlər

Azərbaycanda 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu başlayır.

Tarix: 09/04/13 “Facebook”a itki üz verib

“Socialbakers” monitorinq şirkətinin məlumatına əsasən, “Facebook” sosial şəbəkəsi son 6 ay ərzində CAR-da təxminən 1 milyon istifadəçi itirib.








19 Mart 2024

18 03 2024