bölmədə 5632 material var

Tarix: 14/01/13 “RSS” formatının həmtəsisçisi intihar edib

İnternet-aktivist, “RSS” formatının həmtəsisçisi və “Reddit” layihəsinin həmmüəllifi Aaron Şvars özünə qəsd edib. Proqramçının 26 yaşı var idi.

Tarix: 14/01/13 Avropa Komissiyası məşhur internet şirkətini niyə sıxışdırır?

Amerikanın "Google" şirkəti Avropada seçim qarşısında qalıb: ya internet istifadəçilərinə axtarış sistemi vasitəsilə toplanılan məlumatların təqdim edilməsi formasını dəyişdirmək, ya da Avropa İttifaqının antiinhisar qanunvericiliyini pozduğuna görə Avropa Komissiyasının ittiham obyektinə çevrilmək.

Tarix: 12/01/13 "Google Chrome 24" brauzeri istifadəyə verilib

"Google" şirkəti "Chrome" brauzerinin 24-cü sabit versiyasını istifadəyə verib. Əvvəlki versiyalardan fərqli olaraq, "Chrome 24" brauzerində mühüm yenilik yoxdur. Əvəzində kod təmizlənmiş və bir sıra imkanların sabitliyi artırılmışdır. Məsələn, "Chrome 24" brauzerində "Flash Player", "YouTube", "Omnibox", verilənlərin sinxronlaşdırılması ilə bağlı problemlər aradan qaldırılıb.

Tarix: 12/01/13 "Wikipedia" təsisçiləri səyahətçilər üçün sayt istifadəyə veriblər

"Wikipedia" onlayn-ensiklopediyasının iş fəaliyyətini dəstəkləyən "Wikimedia Foundation" fondu yeni "Wikivoyage" layihəsini istifadəyə verib. Saytda şəhərlər və ölkələr haqqında soraq məlumatı, danışıq kitabları, marşrutlar və digər materiallar təqdim edilib.

Tarix: 11/01/13 Gövhər Baxşəliyeva: «Hüquqi mexanizmlərin işlənməsi azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayır»

«Elm, mədəniyyət, təhsil, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrə daim dövlət qayğısı göstərilir. Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir».

Tarix: 11/01/13 İnnovasiya xidmətləri hazırlayan “Swets”dən Azərbaycanda da istifadə etmək mümkün olacaq

Etibarlı informasiya mənbəyi sayılan “Swets” şirkətinin xidmətlərindən Azərbaycanda istifadə etmək istəyənlər Elmi İnnovasiyalar Mərkəzinə (EİM) müraciət edə bilərlər.

Tarix: 11/01/13 İnternet vasitəsilə Azərbaycanın “Gənclər paytaxtı” seçiləcək

Yanvar ayının 31-nə qədər gənclər “www.genclerpaytaxti.az” saytına daxil olaraq səsvermə yolu ilə “Gənclər paytaxtı 2013”-ü seçə biləcəklər.

Tarix: 10/01/13 “Like” sosial düyməsinin yaradıcısı “Facebook”u tərk edib

“Facebook” sosial şəbəkəsinin birinci dizayneri Ayron Sittiq şirkəti tərk edib. Bu barədə yanvarın 9-da “Facebook” nümayəndələrinə istinadən “The Wall Street Journal” nəşri bildirib.

Tarix: 10/01/13 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet resursu fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytı (www.seferberlik.gov.az) istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, saytda “Haqqımızda”, “Hərbi qanunvericilik”, “Mətbuat xidməti”, “Veteranlar və şəhidlər”, “Hərbi etik davranış”, “Elektron xidmət” və “Əlaqə” bölmələri yaradılıb.

Tarix: 10/01/13 “Facebook” şəxsi axtarış mühərrikini yaradır, amma...

“Facebook” sosial şəbəkəsinin səhmlərinin qiyməti 2012-ci ilin iyulundan etibarən ilk dəfə olaraq 30 dollar civarını aşıb. Treyderlərin fikrincə, “Facebook” keçirəcəyi tədbirə dəvətlər göndərməklə bazarı və jurnalistləri maraqlandıra bilmiş və bu, səhmlərin qiymətinin artmasına səbəb olub.

Tarix: 10/01/13 Ağstafada genişzolaqlı internet abunəçilərinin sayı artır

Ağstafada genişzolaqlı internet abunəçilərinin sayı artmaqda davam edir. Bu barədə məlumat verən Ağstafa Telekommunikasiya Qovşağının rəisi Mirəsgər Mahmudov “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, ötən il 360 nəfər internet istifadəçisi olduğu halda, hazırda 1.200 nəfərdən çox sakin sürətli internetdən istifadə edir.

Tarix: 10/01/13 “Rəsmi dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması olduqca aktualdır”

«Rəsmi dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin və keyfiyyətli tədris vəsaitlərinin və lüğətlərin yaradılması olduqca aktualdır».

Tarix: 10/01/13 “Google”-un direktoru KXDR-i interneti inkişaf etdirməyə çağırıb

Şimali Koreya televiziyası “Google”-un Direktorlar şurasının sədri Erik Şmidt və Nyu-Meksika ştatının sabiq qubernatoru Bill Riçardsonun səfər kadrlarını yayıb.ABŞ Dövlət Departamentinin qınağına baxmayaraq, Amerikanın nüfuzlu iş adamı və siyasətçisi Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər ediblər.

Tarix: 10/01/13 İnternet vasitəsilə bir əməliyyatla maksimum 4 bilet sifariş etmək mümkündür

“Azərbaycan Dəmir Yolları” QSC fiziki şəxslərə plastik kartlardan istifadə etməklə internet vasitəsilə onlayn rejimində ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərinin) alınması üçün xidmətlər təklif edir.

Tarix: 10/01/13 “LinkedIn” sosial şəbəkəsinin auditoriyası artır

“LinkedIn” sosial şəbəkəsinin auditoriyası hazırda 200 milyon istifadəçi təşkil edir. Bu barədə yanvarın 9-da xidmətin bloqunda dərc edilib.








19 Mart 2024

18 03 2024