bölmədə 5632 material var

Tarix: 18/11/13 “Twitter” bahalaşır

“Twitter” yaxın zamanda ABŞ-dan kənarda avtomatlaşdırılmış reklam yerləşdirmə xidmətini istifadəyə verəcək.

Tarix: 16/11/13 ABŞ-ın təhsil müəssisələrində “Super Wi-Fi” şəbəkəsi yaradılacaq

ABŞ-ın beş yüzə yaxın universitet və kolleci internetə çıxış üçün 8 kilometrlik radiusu əhatə edəcək yeni “Super Wi-Fi” simsiz genişzolaqlı texnologiya ilə təchiz ediləcək. Bu barədə “Declaration Networks” şirkətinin məlumatında deyilir.

Tarix: 16/11/13 “Google” ABŞ-ın axtarış sistemi bazarının 3/2 hissəsini tutur

“Google” şirkəti ABŞ-ın internet axtarış sistemi bazarında liderlik edir, “Microsoft” korporasiyası payını artırmağa nail olub, "Yahoo!” isə göstəricisini azaldıb. Bu barədə “ComScore” analitik şirkəti bildirib.

Tarix: 15/11/13 Azərbaycanın prosessinq mərkəzi yeni mobil xidmətin tətbiqinə başlayıb

“AzeriCard” prosessinq mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, “MasterCard” beynəlxalq ödəmə sistemi və “World Telecom” dükanlar şəbəkəsi ilə birgə ABB-nin “MasterCard” kart sahibləri üçün yeni “Mobile Payments” xidmətini təqdim edir.

Tarix: 15/11/13 Avropa Komissiyası Aİ üzərindən uçan təyyarələrdə “3G” və “4G” rabitəsindən istifadəyə icazə verib

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) səması üzərindən uçan təyyarələrdə üçüncü və dördüncü nəsil mobil rabitəsindən (“3G” və “4G”) istifadəyə icazə verib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.

Tarix: 15/11/13 ABŞ-da internet trafikinin yarısı "Netflix” və “YouTube” servislərinin payına düşüb

Şimali Amerika ölkələrində internet trafikinin yarısı “Netflix” videoservisi və “Google” şirkətinə məxsus “YouTube” videohostinqinin payına düşür. Bu barədə Kanadanın “Sandvine” şirkətinin məlumatlarına istinadən “Mashable” nəşri məlumat verib.

Tarix: 15/11/13 İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır

İşəgötürənlərin yarıdan çoxu – 65 faizi iş üçün müraciət edən namizədlərin sosial şəbəkələrdə profilinə baxır və qərar qəbul edərkən bu məlumatı nəzərə alır. Bu barədə “ESET” antivirus şirkəti və “FutureToday” insan resursları portalının birgə araşdırmasında deyilir.

Tarix: 15/11/13 Londonda dünyanın ən sürətli “4G” şəbəkəsi işə salınıb

“Huawei” şirkəti Böyük Britaniyada “EE” rabitə operatorunun dünyanın ən sürətli “4G” (LTE-A) şəbəkəsinin işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib.

Tarix: 14/11/13 Avtobus dayanacaqlarında pulsuz internetdən istifadə etmək olacaq

Azərbaycan paytaxtında növbəti pulsuz internet nöqtələri yaradılacaq. Bu dəfə Bakının avtobus dayanacaqlarına xüsusi avadanlıqlar quraşdırılacaq ki, onun vasitəsilə hər kəs beynəlxalq şəbəkəyə qoşula biləcək.

Tarix: 14/11/13 “Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

“Google” internet şirkətinin reklamdan əldə etdiyi gəlir ABŞ-ın bütün qəzet nəşrlərinin reklam satışından əldə etdikləri gəliri ötüb.

Tarix: 14/11/13 “Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub

“Facebook” sosial şəbəkəsi hazırda dünyanın 218 ölkəsinin 750 mobil rabitə operatorunu özündə birləşdirən “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub.

Tarix: 13/11/13 Sabahdan etibarən “VikiHərəkat”ın ali təhsil müəssisələrində təqdimatı keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsinin icrası davam edir. Hazırda layihə növbəti mərhələyə qədəm qoyub.

Tarix: 13/11/13 “GoldenPay” şirkəti yeni “PortalPay” sistemini təqdim edib

“GoldenPay” şirkəti əlavə dəyərli xidmət təqdim etmək niyyətində olan veb-səhifəsi olan müştərilərinə “PortalPay” sistemini təqdim edib.

Tarix: 13/11/13 Azərbaycanın onlayn ödəmə portalının mobil versiyasında yenilik tətbiq olunub

Bu gündən etibarən “Hesab.az” onlayn portalının mobil versiyasında bank kreditlərini ödəmə imkanı yaradılıb.  “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, ödənişləri həyata keçirmək üçün “m.hesab.az” mobil resursuna daxil olmaq lazımdır.

Tarix: 13/11/13 “Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alan istifadəçilərin sayı 21 500-ə çatıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
 








19 Mart 2024

18 03 2024