bölmədə 5632 material var

Tarix: 01/03/13 “.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. “İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, 1 mart vəziyyətinə əsasən, “.az” domen zonasında artıq 17705 domen adı qeydiyyatdan keçib.

Tarix: 28/02/13 “Elektron hökumət” portalına sığortaolunanlar barədə məlumat bazası yerləşdirilib

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan 1 milyon 272 min 136 nəfər əmək pensiyaçısının və 2 milyon 360 mindən artıq sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün ölkə əhalisinin 40 faizə qədərini əhatə edən ümumi məlumat bazası “Elektron hökumət” portalına yerləşdirilib.

Tarix: 28/02/13 Hansı sosial şəbəkə daha sürətli inkişaf edir?

Auditoriyası 200 milyon istifadəçini ötən “LinkedIn” işgüzar sosial şəbəkəsinin səhmlərinin qiyməti “Evercore Partners” və “Wunderlich Securites”in analitikləri şirkət barəsində müsbət proqnoz tərtib etdikdən sonra Nyu-York birjasında rekord həddə çatıb.

Tarix: 28/02/13 Qırğızıstandakı səfirliyimizin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyinin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb.

Tarix: 27/02/13 Musiqi sənayesinin gəliri internetin hesabına son 12 ildə ilk dəfə olaraq artıb

Musiqi sənayesinin gəliri son 12 ildə ilk dəfə olaraq artıb. 2012-ci ildə ötən illə müqayisədə ümumi gəlir 0,3% artaraq 16,5 milyard dollar olub. Bu barədə Musiqi İstehsalçılarının Beynəlxalq Federasiyasının (IFPI) tərtib etdiyi hesabatda bildirilir.

Tarix: 27/02/13 “Google” “Samsung”dan ehtiyat edir

“Google” şirkəti tərəfdaşı “Samsung”dan ehtiyat edir, çünki hazırda “Android” platforması ilə işləyən qurğuların satış həcminin 40%-i onun payına düşür və Cənubi Koreya şirkəti şərtlərə yenidən baxılmasını tələb edə bilər.

Tarix: 27/02/13 “Internet Explorer” brauzerinin 10-cu versiyası çıxarılıb

“Microsoft” korporasiyası “Windows 7” əməliyyat sisteminin istifadəçiləri üçün “Internet Explorer” brauzerinin 10-cu versiyasını çıxarıb.

Tarix: 27/02/13 Biz artıq 100 milyonuq

“Instagram” populyar mobil xidmətinin açıqlamasına əsasən, onun aylıq istifadəçi auditoriyası 100 milyon təşkil edir.

Tarix: 27/02/13 “Facebook” haqqında maraqlı faktlar

2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan “Facebook” daha çox insan reallığına inteqrasiya edir. Bu social şəbəkənin hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.

Tarix: 27/02/13 NDU-da Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib. “ICTnews” elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər.

Tarix: 27/02/13 Avropa İttifaqı “5G” şəbəkəsinə 50 milyon həcmində avro ayırıb

Avropa İttifaqı beşinci nəsil şəbəkə standartının işlənib hazırlanmasına 50 milyon həcmində avro ayırıb.

Tarix: 27/02/13 SEN elektron xidmətlərdə onlayn ödənişlərin aparılması üçün KÖMİS sisteminə qoşulur

Sənaye və Energetika Nazirliyi (SEN) “elektron Azərbaycan” istiqamətində aparılan işlərə öz töhfəsini verməkdədir. Nazirlik artıq bir sıra onlayn əməliyyatlara qoşulur. Bunlardan biri də həyata keçirilməsi planlaşdırılan onlayn ödənişlərin real vaxt rejimində aparılmasını təmin etməkdir.

Tarix: 27/02/13 BMT: Genişzolaqlı rabitənin təmin edilməsi təhsilin inkişafı üçün vacibdir

Genişzolaqlı əlaqə kasıb ölkələrdə təhsilin inkişafına kömək edə bilər. Bu barədə YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) himayəsi altında yaradılmış rəqəmli texnologiyaların inkişafı naminə genişzolaqlı əlaqə məsələləri üzrə komissiyanın yeni hesabatında qeyd edilib.

Tarix: 26/02/13 QKDK-nın yeni saytı hazırlanır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) özünün rəsmi internet səhifəsini yeniləyəcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə komitənin mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov məlumat verib.O bildirib ki, qurumun hazırda fəaliyyət göstərən saytının (www.scs.gov.az ) yenilənməsi və daha da təkmilləşdirilməsi zərurəti yaranıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən işlər aparılır.

Tarix: 26/02/13 “Google” şirkəti Kaliforniya ştatında fərqli qərargah tikəcək

Dünyanın ən böyük axtarış sisteminə malik şirkət Kaliforniya ştatının Mauntin-Vyu şəhərciyində qərargah üçün yeni bina tikəcək. “Bay View” adlanan kompleks “Google”-un tikəcəyi ilk bina olacaq. Belə ki, şirkət digər binalarını satın alıb.








27 Aprel 2024

26 04 2024