bölmədə 5632 material var

Tarix: 07/02/13 2012-ci ildə Rusiya Federasiyasında internet reklam bazarının həcmi 35 faiz artıb

2012-ci ilin yekununa görə, Rusiyada internet reklam bazarının həcmi 35 faiz artaraq 56,3 milyard rubl təşkil edib. Bu göstərici reklam bazarının ümumi həcminin 18 faizini təşkil edir. Bu barədə Rusiya Kommunikasiya Agentlikləri Assosiasiyasının hesabatında məlumat verilib.

Tarix: 07/02/13 “Yahoo!” “Google”-un reklamlarını göstərəcək

“Yahoo!” internet şirkətinin xidmətləri istifadəçilərə “Google”-un kontekst reklamını göstərəcək. Bu barədə fevralın 7-də “Yahoo!”-nun korporativ bloqunda yazılıb.

Tarix: 07/02/13 “5 ay “Facebook”dan istifadə etmə, 200 dollar qazan!”

Bostonda yerləşən enerji firmasının vitse-prezidentinin 14 yaşlı qızı “Facebook” sosial şəbəkəsinə girmədiyi halda atası ona pul verəcək. Tərəflər 5 aylıq müqavilə bağlayıblar: məktəbli qız saziş çərçivəsində 200 dollar alacaq.

Tarix: 07/02/13 Səssiz!! Sadəcə bax!! (VİDEO)

"Xocalı" faciəsi ilə bağlı "Youtube"  sosial şəbəkəsində maraqlı video yayılıb.

Tarix: 07/02/13 “iTunes” mağazasından 25 milyardıncı mahnı yüklənilib

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iTunes Store”-dən 25 milyardıncı treki Almaniya sakini Filip Lyupke satın alıb.  25 milyardıncı trek ifaçı Çeyz Buxun Monkey Drums (Goksel Vancin Remix) kompozisiyasıdır. "Apple" Lyupkeyə on min avroluq hədiyyə çeki verib.

Tarix: 07/02/13 “Facebook” istifadəçiləri bəzən taym-aut götürürlər

Sosial şəbəkələr əksər insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bununla belə bəzi istifadəçilər virtual mühitdə daim ünsiyyət saxlaya bilmirlər.

Tarix: 06/02/13 “Facebook” “Share” düyməsini “iOS” platformasında istifadəyə verib

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” bu yaxınlarda sosial şəbəkənin mobil versiyasında maraqlı yazıları dostlarla paylaşmağa imkan yaradacaq “Share” düyməsini istifadəyə verib. “Share” düyməsi “Android” və “iOS” platformaları üçün nəzərdə tutulmuş tətbiqə əlavə edilib.

Tarix: 06/02/13 Moskva şəhərində rabitənin keyfiyyəti aşağıdır

Rusiya hökumətinin sədri Dmitri Medvedev Moskva şəhərində rabitənin keyfiyyətinin aşağı olması ilə bağlı öz narazılığını bildirib. "Moskva şəhərində rabitənin keyfiyyəti çox aşağıdır” – deyə o bildirib.

Tarix: 06/02/13 “Elektron hökumət” portalına daha iki yeni elektron xidmət əlavə edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin “Qiymətli kağızlarla girova xitam verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Qiymətli kağızların girovda olub-olmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib.

Tarix: 06/02/13 “Google” britaniyalı antropoloq Meri Likinin anadan olmasının 100 illiyini qeyd edir

“Google” internet şirkəti britaniyalı antropoloq və arxeoloq Meri Likinin anadan olmasının 100 illiyini qeyd edib. "ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqo çərşənbə günü qazıntılar aparan və izləri araşdıran alimin fotosu ilə əvəzlənib.

Tarix: 05/02/13 “Tələbə-məzun” dövlət elektron məlumat sistemi” fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə

Tarix: 05/02/13 Yerli bank arayışsız kredit üçün onlayn bələdçi xidmətini işə salıb

Dünyanın qabaqcıl bankçılıq təcrübələrini ölkəmizdə ilk tətbiq edən “Bank of Baku” müştərilərə arayışsız nağd kredit üçün onlayn bələdçi xidmətini istifadəyə verib.

Tarix: 05/02/13 “Mozilla” və “Chrome” bunu da etdilər (VİDEO)

“Firefox” və “Chrome” brauzerlərinin istifadəçiləri artıq kənar plaqin quraşdırmadan öz aralarında səs və videoçat üzrə ünsiyyət yarada bilər. İki müxtəlif şirkətə məxsus proqramlar arasında “dostluq” “WebRTC” açıq protokoluna əsaslanır.

Tarix: 05/02/13 Yaxın günlərdə “ASAN xidmət” mərkəzi səyyar xidmətlərə başlayacaq

Hazırda 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlər bir neçə formada göstərilir. Bu barədə “ASAN xidmət” mərkəzindən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bunlardan biri birbaşa xidmətdir.

Tarix: 05/02/13 Virtual şəbəkələrdə "Xocalıya ədalət" kampaniyasına başlanılıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədilə virtual aləm - sosial şəbəkələrdə təbliğat kampaniyasına start verib.








19 Mart 2024

18 03 2024