bölmədə 5632 material var

Tarix: 29/01/15 Onlayn xidmətlər portalında “Visa” kart sahibləri ikiqat bonus əldə edə bilərlər

“Hesab.az” onlayn xidmətlər portalında “Visa” kart sahibləri üçün kampaniya keçirilir.

Tarix: 29/01/15 İstifadəçilərin 86 faizi “Facebook” şəbəkəsinə mobil telefonlardan daxil olur

Hər ay 1,19 milyard istifadəçi “Facebook” sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur ki, bu da 1,39 milyardlıq ümumi aylıq aktiv auditoriyanın təxminən 86 faizi deməkdir. Bu barədə “Facebook”un məlumatında deyilir.

Tarix: 29/01/15 “YouTube”un əməkdaşları terrorizmlə əlaqəli bütün çarxları yoxlamağa vaxt çatdırmırlar

“Google” internet şirkətinin nümayəndəsi etiraf edib ki, “YouTube” videohostinqinin məzmununun böyük həcmi bütün ekstremist çarxların effektiv filtrasiyasına imkan vermir. Bu haqda “Google”un meneceri Veriti Xardinqin Avropa Parlamentindəki bəyanatına istinadən “Associated Press” yazıb.

Tarix: 29/01/15 “Facebook”un xalis mənfəəti artıb

2014-cü ilin son rübünün nəticəsinə görə, “Facebook” sosial şəbəkəsinin xalis mənfəəti 701 milyon dollar təşkil edib ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu, 34 faizlik artım deməkdir.

Tarix: 28/01/15 “Google” “Flash” texnologiyasından imtina etdi

“YouTube”un texniki işlər üzrə rəhbəri Riçard Leyder deyib ki, “YouTube” “Flash” texnologiyasından tamamilə imtina edib. Artıq videoların göstərilməsi üçün “HTML5” texnologiyasından istifadə ediləcək.

Tarix: 28/01/15 “Twitter” öz mobil video xidmətini işə salıb

“Twitter” mikrobloqlar xidməti öz mobil tətbiqlərində çarxların çəkilməsi və dərc edilməsi funksiyasını istifadəyə verib. Bu haqda “Twitter”in korporativ bloqunda yazılıb.

Tarix: 27/01/15 Biz nə üçün messencerlərdən belə asılıyıq?

Hazırda dünyada müxtəlif işlər üçün nəzərdə tutulmuş mobil tətbiqlər mövcuddur. Amma yeni smartfonların başqa imkanlarına baxmayaraq, ilk telefonun yaradılmasından bəri bir məsələ (smartfonların hamısı insanların bir-biri ilə əlaqə saxlamasına imkan yaradır) dəyişməz qalır.

Tarix: 27/01/15 Azərbaycan internet məkanında yeni onlayn domen qeydiyyatı servisi təqdim edilib

Azərbaycan internet məkanında domen və hostinq satışı xidmətləri üzrə yeni onlayn servis təqdim edilib.

Tarix: 27/01/15 “Facebook”un işi bərpa olundu

Dünyanın aparıcı sosial şəbəkəsi olan “Facebook” və onun şəkil paylaşma əlavəsi olan “Instagram”ın işi bərpa olunub.

Tarix: 27/01/15 Azərbaycanda daha bir kredit təşkilatı elektron arayışdan istifadə edəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və BOKT “İnkişaf üçün Maliyyə” MMC arasında bağlanılan müqaviləyə əsasən, kredit təşkilatı artıq “Elektron hökumət” portalı üzərindən elektron arayışların verilməsinə start verir.

Tarix: 27/01/15 “Facebook” sosial şəbəkəsi niyə işləmir?

Hazırda “Facebook” sosial şəbəkəsi işləmir. Saat 10:24-dən sosial şəbəkənin saytı işləmir, mobil tətbiq yenilənmir.

Tarix: 27/01/15 2013-cü ildə hər gün 117 339 kiberhücum həyata keçirilib

2013-cü ildə dünyada informasiya təhlükəsizliyi (İT) sahəsində təsdiq edilmiş insidentlərin sayı 48 faiz artaraq 42,8 milyon təşkil edib. Bu, o deməkdir ki, orta hesabla hər gün 117 339 kiberhücum həyata keçirilib.
 

Tarix: 27/01/15 2015-ci ildə 1 milyard istifadəçi mobil qurğu vasitəsilə “Facebook” sosial şəbəkəsinə daxil olacaq

“eMarketer” analitik agentliyinin məlumatına görə, “Facebook” sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olan istifadəçilərin faizinə görə İndoneziya liderdir.
 

Tarix: 26/01/15 Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 150 mini keçib

“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı sürətlə artaraq 150 min nəfəri ötüb.

Tarix: 24/01/15 10 ən nəhəng satınalma “Google” şirkətinə 24.5 milyard dollara başa gəlib

Britaniyanın “Aptitude” şirkətinin statistikası “Google”un birləşmələr və satınalmalar (M&A) üzrə sazişlər bazarında aktivliyini göstərib. Hesablamalara görə, “Google” öz tarixində 10 ən böyük satınalmaya 24,5 milyarddan çox dollar xərcləyib.








19 Mart 2024

18 03 2024