bölmədə 5632 material var

Tarix: 23/07/13 Azərbaycan Respublikası Prezidenti: “Bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir”

“Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilib. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi.

Tarix: 23/07/13 ABŞ-ın internet trafikinin 25%-i bu şirkətin payına düşür

“Google” şirkəti növbəti rekorda imza atıb: “Deepfield” şirkətinin hesablamalarına əsasən, ABŞ-ın internet trafikinin 25%-i axtarış nəhənginin payına düşür. Bundan başqa, gündəlik “Google”-un xidmətlərinə internetə çıxış imkanına malik 60%-dən çox elektron qurğu qoşulur.

Tarix: 23/07/13 «GOV.AZ» seqmentinin üstünlükləri artırılıb

Azərbaycan Respublikası dövlət orqanlarının rəsmi internet resursu – yeni dizaynı, genişləndirilmiş məlumat bazası və istifadəçilərin rahatlığı üçün əlavə olunan bir sıra imkanları ilə istifadəyə verilib.

Tarix: 20/07/13 Yerli internet provayder modemlərə endirim edir

“SuperOnline” internet provayderi yeni kampaniyaya start verib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, kampaniyanın şərtlərinə görə, avqustun 31-ə qədər internet provayderdən ADSL Modemi cəmi 9 AZN və ADSL Wi-Fi modemi cəmi 19 AZN-ə əldə etmək mümkündür.

Tarix: 19/07/13 İnternet nəhəngi hesabat verib

“Google” şirkəti rüblük hesabatını dərc edib. O, internet reklam satışlarının həcminin və internet nəhənginin ən böyük bölməsinin gəlirinin azalması fonunda bazar gözləntilərindən aşağı olub.

Tarix: 19/07/13 “Google” istifadəçi məlumatlarını Amerikanın xüsusi xidmət orqanlarından gizlədəcək

“Google” istifadəçilərin fayllarını Amerikanın xüsusi xidmət orqanlarından gizlətməyə qərar verib. “CNET” internet nəşrinə şirkətə yaxın mənbələrin verdiyi məlumata əsasən, “Google” şirkəti sənədlərin “Drive” adlanan "bulud" xidmətində şifrələnməsi üzərində sınaqlara başlayıb.

Tarix: 18/07/13 “iOS” platforması üçün “WhatsApp” messenceri 1 il müddətinə ödənişsiz olacaq

“iOS” platforması üçün “WhatsApp” messenceri 2.10.1 versiyasınadək yenilənib və ödənişsiz yayılmağa başlanıb.

Tarix: 18/07/13 Elektron ticarət bazarının zəifliyi “eBay”ı məyus edib

2013-cü il aprel-iyun aylarının yekununa görə “eBay” şirkətinin xalis mənfəəti 640 milyon dollar olub ki, bu da ötən illə müqayisədə 8% azdır. Müvafiq dövrdə şirkətin mədaxili 14% artaraq 3,88 milyard dollar olub ki, bu da təxminən analitiklərin gözləntilərini doğruldub.

Tarix: 18/07/13 Sosial şəbəkə istifadəçilərindən hesablar üçün parollarını dəyişdirməyi xahiş edir

"Tumblr" sosial şəbəkəsi dünən istifadəçilərindən hesablar üçün parollarını dəyişdirməyi xahiş edib. Şirkətin yaydığı məlumata əsasən, bu xahiş "iPad" və "iPhone" qurğuları üçün tətbiqin təhlükəsizlik sistemində aşkar edilmiş səhvlə bağlıdır.

Tarix: 18/07/13 Vətəndaşlar polislərin fəaliyyəti ilə bağlı virtual formada müraciət edə bilər

Daxili İşlər Nazirliyinin (DİN) saytında polis sahə rəislərinin fəaliyyəti ilə bağlı vətəndaşlarla sorğu aparmaq üçün yeni bölmə yaradılıb

Tarix: 18/07/13 Statistik hesabatlar “Elektron hökumət” portalı vasitəsilə statistika orqanlarına elektron qaydada veriləcək

Dövlət Statistika Komitəsinin (DSK) “Rəsmi statistik hesabatların təqdim edilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

Tarix: 18/07/13 Çində internet istifadəçilərinin sayı 591 milyon olub

Bu ilin iyun ayına olan məlumata əsasən, Çində internet istifadəçilərinin sayı 591 milyon olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 26,56 milyon çoxdur.

Tarix: 17/07/13 Təsərrüfat subyektlərinə qarşı tətbiq edilmiş cərimələr internet vasitəsilə ödəniləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) “Cərimələrin internet vasitəsilə ödənilməsi xidməti” tam avtomatlaşdırılıb və “Elektron hökumət” portalına inteqrasiya edilib.

Tarix: 17/07/13 “Twitter”in həmtəsisçisi San-Fransisko yaxınlığındakı evini satır

“Twitter” şirkətinin həmtəsisçisi Evan Uilyams San-Fransisko yaxınlığındakı evini 2,995 milyon dollara satır. Yerli mətbuatın yaydığı məlumata əsasən, Evan Uilyams və həyat yoldaşı Sara sözügedən binanı 2009-cu ildə 2,4 milyon dollara satın alıb.

Tarix: 17/07/13 Marissa Mayer “Yahoo!”ya uğurlu gəldi

“Yahoo!” şirkəti icraçı direktor xanım Marissa Mayerin rəhbərliyi ilə 2013-cü ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb.








28 Aprel 2024

27 04 2024