bölmədə 5632 material var

Tarix: 05/02/13 “İKT ili”ndə beynəlxalq internet layihələrinə başlanılır

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu və “Caspian Energy International Media Group” (CEIBC) beynəlxalq internet layihələrinin reallaşdırılmasına başlayır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan məlumat verilib.

Tarix: 05/02/13 Bu il Bakıda genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı kəskin artacaq

Genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün BTRİB şəbəkəsinin ATS-də ADSL avadanlıqlarının montaj tutumları 35392 port artırılaraq portların sayı 139589 ədədə çatdırılıb. Bu barədə birliyin baş direktoru Beytulla Hüseynov məlumat verib.

Tarix: 05/02/13 Milli internet seqmentində 556 yeni domen qeydiyyatdan keçib

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı durmadan artır.

Tarix: 05/02/13 25 dollarlıq kompüterlərin satışına start verilib

Avropada “Raspberry Pi” kompüterinin kiçik modeli satışa çıxarılıb. Kompüterin qiyməti 25 dollardır. Xatırladaq ki, “Raspberry Pi” kompüteri korpussuz tədarük olunur və kredit kartı ölçüsü boydadır. Platanın çəkisi 45 qramdır. Kompüter “ARM” arxitekturasında işləyən 700 MHs takt tezlikli prosessor, yaddaş kartları üçün slot və qulaqlıqlar üçün konnektorla təchiz olunub.

Tarix: 05/02/13 “Twitter”də əmiri təhqir etdi

Fevralın 3-də Küveyt məhkəməsi yerli sakin Məhəmməd Eyd əl-Əcmini “Twitter”də əmiri təhqir etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.

Tarix: 05/02/13 Bu gün Təhlükəsiz İnternet Günüdür

Bu gün, 2004-cü ildə Avropa Komissiyasının təsis etdiyi Beynəlxalq Təhlükəsiz İnternet Günüdür. 2004-cü ildən etibarən bu gün fevral ayının ilk çərşənbə axşamında qeyd olunur. Ənənəvi olaraq fevralın ilk çərşənbə axşamı qeyd edilən təhlükəsiz internet gününün məqsədi internet texnologiyalarının təhlükəsiz tətbiqi haqqında bilik səviyyəsinin artırılması üçün əlaqədar dövlət, ictimai və özəl təşkilatların səylərinin birləşdirilməsidir.

Tarix: 04/02/13 Netin ənləri açıqlandı

Azərbaycanın onlayn mediasında monitorinq xidmətini təklif edən “Nettrends” şirkəti 2013-cü ilin yanvar ayı ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsi statistikasını açıqlayıb.

Tarix: 04/02/13 Dövlət Statistika Komitəsinin internet səhifəsinə istifadəçilərin daxil olma statistikası açıqlanıb

Dövlət Statistika Komitəsi internet səhifəsinə cari ilin yanvar ayı ərzində istifadəçilərin daxil olma statistikasını açıqlayıb. “ICTnews” elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, yanvar ayında komitəsinin veb səhifəsinə 20406 nəfər istifadəçi daxil olub.

Tarix: 04/02/13 Bir ayda “Elektron hökumət” portalı vasitəsilə elektron xidmətdən 12 438 dəfə istifadə edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “Elektron hökumət” bülleteninin ikinci sayı işıq üzü görüb. Bu sayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT sahəsinə verilən diqqəti və əldə edilmiş uğurları nəzərə alaraq

Tarix: 04/02/13 Azərbaycanda “Facebook” un nə qədər istifadəçisi var?

2013-cü il fevralın 4-nə olan məlumata əsasən, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 996140 nəfər təşkil edir.

Tarix: 04/02/13 Videooyunların faydalı olduğu məlum olub

Nottinqem Trent Universitetində çalışan alim Mark Qriffitsin yeni araşdırmasına əsasən, kompüter və videooyunlar insan həyatına müsbət təsir göstərir. Britaniyanın “Sun” qəzetinin elektron versiyası yazır ki, araşdırmaya görə, oyunlar insanların gündəlik həyatda istifadə etdiyi bir sıra keyfiyyətlərin yüksəlməsinə kömək edir.

Tarix: 04/02/13 Ədliyyə orqanları üzrə rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin tətbiqinə başlanılıb

Azərbaycan əhalisinin ədliyyə orqanlarına və məhkəmələrə çatımlılığının asanlaşdırılması üçün müasir elektron xidmətlər yaradılıb.

Tarix: 04/02/13 İnternetdə fəaliyyət göstərən saytların sayı 630 milyonu ötüb

“Netcraft” monitorinq şirkəti internetdə fəaliyyət göstərən saytların sayı haqqında növbəti hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, fevralın əvvəlində internetdə 630795511 sayt fəaliyyət göstərib. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, populyar “Apache” və “Microsoft IIS” veb-

Tarix: 04/02/13 Təqvimin bu günü “Facebook” sosial şəbəkəsi istifadəyə verilib

2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib. Sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilər, martdan etibarən Stendford, Yelsk və Kolumbiya Universitetlərinin tələbələri üçün də əlçatan olub.

Tarix: 02/02/13 İnternetdə hansı qrafik format daha populyardır?

"PNG" qrafik formatı saytlarda istifadəsinə görə "GIF" qrafik formatından daha populyardır. Bu barədə öz statistikasına istinadən "W3Techs" məlumat verib.








19 Mart 2024

18 03 2024