bölmədə 5632 material var

Tarix: 09/08/12 Fransanın bir neçə şəhərində ilin sonunadək dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə veriləcək

2012-ci ilin sonunadək Fransanın Marsel, Lion və Nant şəhərlərində dördüncü nəsil mobil rabitəsi (4G) istifadəyə veriləcək. Bu meqapolislərdə mobil siqnalın ötürülməsi üçün lazımi avadanlığın quraşdırılması ilə Fransanın ən böyük mobil operatorlarından biri olan "Oranj" şirkəti məşğul olacaq.

Tarix: 09/08/12 Məşhur fotoxidmətin administrasiyası qeydiyyatı ləğv edib

İkiillik yoxlama və sazlamalardan sonra “Pinterest” sosial fotoxidmətinin administrasiyası dəvət üzrə qeydiyyatı ləğv edib; artıq istənilən şəxs saytda qeydiyyatdan keçə bilər. Saytda qeydiyyatdan keçmək “Facebook” və ya “Twitter” hesablarından, həmçinin elektron poçtdan istifadə etməklə mümkündür.

Tarix: 09/08/12 Facebookda pul qazanmaq da mümkün olacaq

Facebook sosial şəbəkəsi oyunlardan pul qazanmaq üçün xüsusi proqram istifadəyə verir.Bingo Friendzy proqramı sayəsində istifadəçilər müxtəlif mərc oyunları oynayaraq pul qazana biləcəklər. Hələlik bu proqram yalnız Britaniyanın 18 yaşdan yuxarı vətəndaşları üçün açıqdır.

Tarix: 08/08/12 “Azərenerji” ASC-yə məxsus elektrik enerjisi haqlarını internet üzərindən ödəmək imkanı yaradılıb

“Azərenerji” ASC-nin xidmət sahəsinə aid olan ərazilərdə (Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla) istehlak olunmuş elektrik enerjisinə görə borcları öyrənmək və real vaxt rejimində ödəniş kartları vasitəsilə internet üzərindən elektrik enerjisi haqlarını ödəmək mümkündür.

Tarix: 08/08/12 “SAZZ” abunəçiləri problemlə üzləşib

“SAZZ” şirkəti “WiMAX” sertifikasiyasını yeniləyib. Lakin bu proses zamanı bəzi abunəçilər problemlə üzləşib. Şirkətdən verilən məlumata görə, bu zaman “4G” abunəçilərinin login və parolu silinib. Bu hal xüsusilə “İX 320P” modem işlədən müştərilərdə baş verib. “SAZZ 4G” müştəri xidmətlərinin yaydığı

Tarix: 08/08/12 «Facebook» 13 yaşdan aşağı olan şəxsləri də qeydiyyata alacaq

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan «Facebook» «+13» qadağasını aradan qaldırıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bundan sonra «Facebook» qeydiyyatdan keçənlər üçün minimum 13 yaş qadağasını tətbiq etməyəcək. Doğrudur, ekspertlər hesab edirlər ki,

Tarix: 08/08/12 Azərbaycanda yeni onlayn mağaza açılıb

Azərbaycanda yeni onlayn geyim mağazası fəaliyyətə başlayıb. Yeni mağaza – “zidora.az” 40.000-dan artıq çeşiddə geyim, ayaqqabı və aksessuar təqdim edir. Onlayn mağaza “Tengelmann Group”, “Holtzbrinck Ventures” və “Rocket İnternet” kimi dünya internet nəhənglərinin dəstəyi

Tarix: 07/08/12 Azərbaycana daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir. Bu barədə sözügedən şirkətin yaydığı məlumatda deyilir.Bakı üzrə bu göstərici 3,18 Mbit/s, Sumqayıt üzrə isə 2,53 Mbit/s təşkil edir. Nəticələr şirkətin iyulun 7-dən avqustun 5-dək apardığı

Tarix: 07/08/12 Avropa əhalisi daha çox internet-mağazalardakı endirimlərdən istifadə edir

Avropanın bir sıra ölkələrində baş verən iqtisadi böhran avrozonada yerləşən digər dövlətlərə də təsir edib. Bu səbəbdəndir ki, Avropa əhalisi öz ölkələrinin çağırışlarına qoşularaq qənaət etməyə başlayıblar. Belə ki, avrozonada yaşayanlar daha ucuz ərzaq alır, iri alqı-satqıları azaldır və getdikcə daha çox internet

Tarix: 07/08/12 “Chrome” brauzer bazarının 33 faizinə nəzarət edir

2012-ci ilin mayında “Google Chrome” bir həftə ərzində dünyanın ən populyar brauzeri olub. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iyun ayının nəticəsinə görə “Chrome” brauzerinin bazar payı 33,8 faiz təşkil edib. Müqayisə üçün: ötən il bu göstərici 22,1 faizə bərabər

Tarix: 06/08/12 Cərimə və maliyyə sanksiyaları onlayn rejimində ödəniləcək

Artıq Azərbaycanda cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda sahibkarlar İİN tərəfindən

Tarix: 06/08/12 Jurnalistlə bağlı qalmaqal “Twitter” istifadəçilərinin sayını artırıb

“NBC” telekanalını tənqid etmiş jurnalist Qay Adamsın mikrobloqunun bloklanması ilə bağlı yaranmış qalmaqala görə, “Twitter”-də yeni istifadəçilərin qeydiyyat sayı artıb. “ICTnews.az” elektron xəbər xidməti bildirir ki, Qay Adams iyulun sonunda öz səhifəsində ABŞ-da Olimpiadanı canlı yayımda göstərməyən

Tarix: 06/08/12 Sosial şəbəkələrdə sənətkarlarla bağlı kulturoloji-fəlsəfi müzakirələr aparılacaq

Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) “Yeni Yazarlar” ədəbi-kulturoloji kurs çərçivəsində növbəti tədbirini – “Nəsimi: inqilabçı hürufi, ateist, filosof, şair, yoxsa?..” mövzusunda kulturoloji-fəlsəfi məclis keçirib. Müzakirə Gənclər və İdman Nazirliyinin nəzdində

Tarix: 06/08/12 SDU-da vahid internet şəbəkə yaradılıb

Sumqayıt Dövlət Universitetində internetə çıxışı təmin edən vahid şəbəkə yaradılıb. 4400 tələbəni və 400-dən çox müəllimi əhatə edən informasiya bazası mövcuddur. Təhsil dövründə hər bir tələbənin bütün göstəricilərini özündə əks etdirən proqram təminatı hazırlanıb istifadə olunmaqdadır. Təhsil resurslarının elektron versiyası universitetin saytında yerləşdirilib.

Tarix: 06/08/12 2012-ci ilin sonunadək LTE şəbəkədən təxminən 50 milyon insan istifadə edəcək

“Parks Associates” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə dördüncü nəsil şəbəkələrinin abonent bazası 50 milyon abunəçi təşkil etməlidir.








28 Aprel 2024

27 04 2024