bölmədə 5632 material var

Tarix: 25/04/14 Yenilik: - valyuta məzənnəsini hesablayan proqram istifadəyə verilib

Azərbaycanın internet məkanında daha bir yeniliyə imza atılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ölkənin e-xidmət sferasında yeni bir funksiya istifadəyə verilib.

Tarix: 25/04/14 İl ərzində dünyada internetə qoşulmanın orta sürəti 27 faiz artıb

İl ərzində dünyada internetə qoşulmanın orta sürəti 27 faiz artaraq 3,8 Mbit/saniyəyə çatıb. Bu barədə “Akamai” şirkətinin 2013-cü ilin dördüncü rübündə internetin vəziyyətinə dair yeni hesabatında (State of the Internet, Q4 2013) deyilir. Bu göstərici üzrə uzun illərdir dünya lideri Cənubi Koreya olaraq qalır. Ötən il bu ölkə nəticəsini 57 faiz artıraraq orta sürəti 21,9 Mbit/saniyəyə çatdırmağa nail olub.

Tarix: 25/04/14 Dünyada internet-mağazalara maraq artır

2014-cü ilin birinci rübündə “Amazon” internet riteylerinin mənfəəti 32% artaraq 108 milyon dollar olub.

Tarix: 25/04/14 “Google+” sosial şəbəkəsinin əsas ideoloqu öz postunu tərk edir

“Google+” sosial şəbəkəsinin inkişafına görə cavabdeh “Google” şirkətinin vitse-prezidenti Vik Qandotra 8 il işlədiyi şirkəti tərk edəcək. O, bu haqda öz fərdi səhifəsində yazıb.

Tarix: 24/04/14 "Google” xəritələri ilə keçmişə səyahət

"Google” xəritələrində “Street View” (Küçələrə baxış) rejimində zamanı geri döndərməyə imkan verən yeni funksiya yaradılıb.

Tarix: 24/04/14 Azərbaycan əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir

Ötən ilin nəticələrinə görə, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir, o cümlədən onların 50 faizi genişzolaqlı internet istifadəçisidir. İnternet qiymətləri ildən-ilə azalır, belə ki, 2004-cü illə müqayisədə 1 Mbit/s sürətli internetə qoşulmanın qiyməti 1200 manatdan 10 manata enib.

Tarix: 24/04/14 Maliyyə direktoru həkim olmağı “Facebook”dan üstün tutdu

“Facebook”un maliyyə direktoru Devid Ebersman 1 iyun 2014-cü il tarixindən istefaya getməyi planlaşdırır, şirkətin korporativ maliyyə və biznes-planlaşdırma üzrə vitse-prezidenti Devid Vener onun yerinə keçəcək.

Tarix: 24/04/14 Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na  təsdiq olunmuş həmin 7 yeni elektron xidmət əlavə edilib.

Tarix: 24/04/14 Azərbaycanın internet ödəmə portalına yeni sığorta xidməti əlavə edilib

Artıq “Hesab.az”ın istifadəçiləri “Səyahət sığortaları”nı da portal vasitəsi ilə sifariş edə bilərlər. 
Səyahət sığorta şəhadətnamələri portal vasitəsilə əldə olunduqda müştərilər bir sıra üstünlüklər əldə etmiş olurlar:

Tarix: 24/04/14 “Facebook”dan gündəlik 600 milyondan çox insan istifadə edir

“Facebook” şirkətinin mobil tətbiqlərindən gündəlik istifadə edən istifadəçilərin sayı 2014-cü ilin martında 609 milyona bərabər olub; aktiv mobil auditoriyanın payı il ərzində 43% artıb.

Tarix: 23/04/14 Azərbaycanda qeydiyyatdan keçirilən dövlət qurumlarının domenlərinin sayı 2,4% artıb

Azərbaycan Respublikası dövlət orqanlarının "www.gov.az" rəsmi internet resursunda bu günədək 423 "*.gov.az" domeni qeydiyyata alınıb.

Tarix: 23/04/14 “Viber” messencerinin dizaynı dəyişdirilib

“Viber” messencerinin tərtibatçısı “iOS 7” platforması üçün tətbiqin dizaynını yeniləyib. “TechCrunch” saytı yazır ki, bu, messencerdə uzun vaxt ərzində edilmiş böyük dəyişiklikdir.

Tarix: 23/04/14 Dövlət Dumasının qərarı : "Xarici internet şirkətləri istifadəçilər haqda məlumatları Rusiya ərazisində yerləşən serverlərdə saxlamalıdır"

Xarici internet şirkətləri istifadəçilər haqda məlumatları Rusiya ərazisində yerləşən serverlərdə saxlamasalar, o zaman bu xidmətlərə çıxış bloklana bilər.

Tarix: 23/04/14 2 ayda “WhatsApp” istifadəçilərinin sayı 50 milyon artıb

“WhatsApp” messenceri istifadəçilərinin sayı 500 milyona çatıb. Bu haqda tətbiqin rəsmi saytında məlumat paylaşılıb. Braziliya, Hindistan, Meksika və Rusiyada daha sürətli artım qeydə alınıb.

Tarix: 22/04/14 “VKontakte” sosial şəbəkəsinin yaradıcısı yeni mobil sosial şəbəkə yaratmağı planlaşdırır

“VKontakte” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Rusiyanı tərk edib və qayıtmaq niyyəti yoxdur.








19 Mart 2024

18 03 2024