bölmədə 5632 material var

Tarix: 13/02/13 “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nda dəyişiklik edilib

Azərbaycanın Nazirlər Kabineti "GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Tarix: 13/02/13 Mobil tətbiqlərin sayını artırmaq məqsədilə keçirilən müsabiqə martın 13-də başa çatacaq

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən “Win Phone 2” müsabiqəsi martın 13-də başa çatacaq.

Tarix: 13/02/13 Simsiz internet operatoru pulsuz sınaq müddəti proqramını istifadəyə verib

“Sazz İnternet”ə abunə olan yeni müştərilər xidmətin keyfiyyətini yoxlamaq üçün pulsuz sınaq müddəti proqramından istifadə edə bilərlər. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, həmin proqramın şərtlərinə uyğun olaraq abunəçiyə sınaq üçün 5 gün ərzində 200 Mbt trafik təklif edilir.

Tarix: 13/02/13 “Google” şirkəti 1 milyard dollarından keçmək məcburiyyətindədir

2014-cü ildə “Google”-un axtarış sisteminin “Apple”-ın “iOS” platforması ilə işləyən mobil qurğularında başlanğıc ayar kimi saxlanılması internet nəhənginə 1 milyard dollara başa gələcək. Bu barədə “Morgan Stanley”-in analitik Skot Devit bildirib.

Tarix: 13/02/13 “Elektron Hökumət” Portalının rəsmi “Facebook” səhifəsi fəaliyyətini genişləndirir

Ölkəmizdə “Elektron Hökumət”in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşlarımızı maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq

Tarix: 13/02/13 ABŞ-da “dial-up” qoşulma hələ də populyardır

İnternetə çıxış texnologiyalarının inkişaf etdiyi bir zamanda ABŞ-da “dial-up” qoşulma hələ də populyardır. “ICTnews.az” elektron xəbər xidməti “newsme.com.ua” saytına istinadən bildirir ki, “AOL” şirkəti ötən ilin dördüncü rübü üzrə maliyyə hesabatını dərc edib.

Tarix: 13/02/13 “Flickr”də nasazlıq aradan qaldırılıb

“Flickr” populyar fotohostinqində yaşanmış nasazlıq nəticəsində fotoların məxfilik sazlamaları pozulub.

Tarix: 13/02/13 Televiziyaya baxış zamanı mobil trafikin həcmi artır

“Ericsson”un araşdırmasına əsasən, mobil qurğuların istifadəçiləri televizora baxdıqda onların yaratdığı internet trafikin həcmi artır.

Tarix: 12/02/13 Vətəndaşlar “Milli peyvənd təqvimi” haqqında məlumatları SMS-lə əldə edəcəklər

Azərbaycanın səhiyyə sistemində daha bir proses avtomatlaşdırılır. Tətbiqinə başlanılacaq yeni elektron xidmət peyvəndlərlə bağlıdır. Belə ki, bundan sonra vətəndaşlar “Milli peyvənd təqvimi” haqqında məlumatları SMS vasitəsilə əldə edəcəklər.

Tarix: 12/02/13 TQDK virtual ödəmə kartlarının satışı şəbəkəsini genişləndirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK ) elektron ərizə vermək üçün ödəmə kartlarının və sınaq imtahanına yazılmaq üçün ödəmə kartlarının satışını şaxələndirmək məqsədilə “AzeriCard Prosessinq” mərkəzi ilə birgə elektron ticarət layihəsi üzərində işi başa çatıb.

Tarix: 12/02/13 İnternet-mağazalar müştərilərin yarısını sosial şəbəkələrdən cəlb edəcək

“Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ilə internet-mağazalar alış-veriş etmək üçün yeni alıcıların təxminən yarısını sosial şəbəkələrdən cəlb edəcək.

Tarix: 12/02/13 Ukraynada internetdən 5 milyon insan istifadə edir

2012-ci ildə Ukraynada internet abunəçilərinin sayı 2011-ci illə müqayisədə 21,1 faiz artaraq 5,063 milyon təşkil edib.

Tarix: 12/02/13 Hollandlar “Facebook”u məhkəməyə veriblər

Proqramçı və ixtiraçı Yos Van Der Meyerin varisləri "like" və "share" düymələrinə görə “Facebook” şirkətinə qarşı iddia qaldırıblar. İddiaçılar bildirirlər ki, “Facebook” şirkəti "like" və "share" düymələrindən istifadə etməklə Van Der Meyerin 1998-ci ildə təqdim etdiyi patenti pozub.

Tarix: 12/02/13 Ən sürətli internet hansı ölkədədir?

Fransalı mütəxəssislər Paris və Lion şəhərləri arasında 450 kilometr uzunluğunda fiber-optik kabel çəkiblər. Nəticədə, bu şəhərlərin sakinləri internetə 400 Qbit/s sürətlə çıxış imkanı əldə ediblər.

Tarix: 12/02/13 Azərbaycanın internet ödəmə portalında hədiyyə günləri

“Hesab.az” internet ödəmə portalında «Oriflame» İsveç şirkətinin hədiyyə günləri başlayıb. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, aksiya 40 minə yaxın qeydiyyatdan keçən istifadəçilərə yüzlərlə hədiyyə qazanmağa imkan verəcək.








19 Mart 2024

18 03 2024