bölmədə 5632 material var

Tarix: 13/08/13 "Google Maps"da Azərbaycan bayrağı cırıq göstərilib


Ölkəmizə qarşı növbəti təxribat həyata keçirilib. "Google" şirkətinin "Google Maps" xidmətində Bakının Bayıl qəsəbəsində yerləşmiş Azərbaycan bayrağının 3D modeli təsvir olunub.

Tarix: 13/08/13 “Hesab.az” portalında iki milyonuncu tranzaksiya qeydə alınıb

“GoldenPay” şirkəti, “Hesab.az” (www.hesab.az) onlayn xidmətlər portalında iki milyonuncu ödənişi həyata keçirən istifadəçini təltif edib.

Tarix: 12/08/13 “Google” şirkəti Ervin Şredinqerin ad gününü qeyd edir

“Google” şirkətinin dizaynerləri bəşəriyyət tarixində əlamətdar tarixi günləri eksklüziv loqoların yaradılması yolu ilə qeyd etməyə davam edirlər.

Tarix: 12/08/13 “Elektron hökumət” portalının “Facebook” səhifəsi istifadəçilərinin sayı artıb

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsi fəaliyyətini genişləndirir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq səhifə istifadəçilərinin sayı 66 mini ötüb.

Tarix: 12/08/13 Yerli bankın “Facebook” səhifəsi beynəlxalq “Socialbakers” xidmətinin sertifikatına layiq görülüb

“Bank of Baku”nun “Facebook” səhifəsi beynəlxalq “Socialbakers” xidmətinin ən yaxşı “Sosialyönlü səhifə” (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb.

Tarix: 12/08/13 Azərbaycanın İKT sektorunun gəlirləri 1 milyard manata yaxınlaşır

Azərbaycanda bu ilin yanvar-iyul aylarında müəssisələrə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 845,5 milyon manat təşkil edib.

Tarix: 12/08/13 Azərbaycanda elektron ticarətin dövriyyəsi 2%-dək artıb

Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət bazarında əhaliyə satılan istehlak malları ilə bağlı hesabat təqdim edib.

Tarix: 12/08/13 “YouTube”un həmtəsisçiləri “Vine” və “Instagram”a rəqib yaradıblar

“Gigaom” nəşrinin məlumatına əsasən, “YouTube” videohostinqinin həmtəsisçiləri Stiv Çen və Çad Hörli qısa çarxlar çəkməyə və onlar əsasında kliplər yaratmağa icazə verən “MixBit” tətbiqini yaradıblar. Sözügedən tətbiq rəsmi şəkildə təqdim edilməyib.

Tarix: 12/08/13 “Wi-Fi” çıxışlı istehlak məhsullarının həcmi 17 faiz artıb

“ABI Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, simsiz rabitənin təşkili üçün istehlakçının evində quraşdırılan “Wi-Fi” kateqoriyalı qurğulara (Customer Premise Equipment, CPE) aid şəbəkə məhsullarının

Tarix: 12/08/13 Şirkət rəhbərləri sosial şəbəkələrdən niyə istifadə etmir

“Fortune” jurnalının versiyasına əsasən, ABŞ-ın 500 nəhəng şirkətini təmsil edən baş direktorların yalnız 32 faizi sosial şəbəkələrdən birində şəxsi səhifəyə malikdir. Bu barədə “Domo” şirkətinin və “CEO.com” portalının hesabatında deyilir.

Tarix: 07/08/13 Marissa Meyer “Flickr” layihəsinin direktorunu dəyişdirir

Marissa Meyer artıq bir ildən çoxdur ki “Google” şirkətində işləmir, “Yahoo!” şirkətinə başçılıq edir, bununla belə onun internet nəhəngi ilə əlaqələri itməyib. Belə ki, məlum olub ki, “Flickr” fotohostinq xidmətinin yeni direktoru əvvəllər “Google”-un “Zagat” layihəsində işləmiş Bernardo Ernandez olacaq.

Tarix: 07/08/13 “Yahoo!” bir ay sonra loqosunu dəyişdirəcək

“Yahoo!” şirkəti korporativ loqosunu dəyişdirmək niyyətini açıqlayıb. Şirkət 30 gün müddətində əsas səhifə, xidmətləri və sosial şəbəkədə loqonun mümkün variantlarını təqdim edəcək.

Tarix: 07/08/13 Araşdırma: “Twitter” televiziya üçün faydalıdır

İnternetin televiziyanın əleyhinə olması ilə bağlı tez-tez fikirlər səslənir. Lakin aparılmış yeni araşdırma göstərib ki, “Twitter” mikrobloqlar servisi televiziya verilişlərinin reytinqinin artırılmasında güclü vasitə ola bilər.

Tarix: 07/08/13 “WhatsApp” messencerinin auditoriyası 300 milyonu ötüb

“WhatsApp” populyar mobil messencerinin auditoriyası iki ay ərzində 50 milyon artıb və hazırda o, gündəlik 300 milyondan çox istifadəçinin 31 milyarddan çox mesajını emal edir.

Tarix: 07/08/13 7 ayda “Elektron hökumət” portalına 176495 nəfər daxil olub

İstifadəçilərin “Elektron hökumət” portalına maraqları artan dinamika üzrə inkişaf edir. Statistikaya gəlincə, iyul ayı üzrə aparılan monitorinqlər portala 25 094 nəfərin daxil olduğunu göstərir. Belə ki, ay ərzində bu istifadəçilər tərəfindən 37 478 dəfə daxilolma həyata keçirilib və 73964 dəfə elektron xidmətlərdən istifadə edilib. Səhifələrə baxışların ümumi sayı isə 142 917 ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 5 dəqiqə 9 saniyə təşkil edib.








19 Mart 2024

18 03 2024