bölmədə 5632 material var

Tarix: 11/12/12 “Google” şirkəti vergidən yayınır?!

2011-ci ildə “Google” şirkəti Bermud adalarında yerləşən filialına 10 milyard dollar keçirməklə 2 milyard dollar həcmində vergidən yayınıb. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Bloomberg” agentliyinin məlumatına əsasən, belə əməliyyat qanunidir, çünki adalarda korporativ gəlir vergisi tutulmur

Tarix: 11/12/12 Dəmir yolu sərnişinlərinin 30 faizi onlayn bilet satışı sistemindən istifadə edir

Dəmir yolu sərnişinlərinin 30 faizi onlayn bilet satışı sistemindən istifadə edir. Bu barədə açıqlamanı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Qurban Nəzirov verib. Onun sözlərinə görə, ötən il noyabrın 21-dən etibarən ölkə daxilində və respublikanın hüdudlarından kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə, onlayn rejimində satışına başlanılıb.

Tarix: 11/12/12 1 ay ərzində “Hesab.az” portalının istifadəçiləri arasında 11 qalib müəyyən olunub

“Bank Respublika” və “Hesab.az” internet ödəmə portalının keçirdiyi birgə aksiyanın şərtlərinə əsasən, “Hesab.az” saytında ödəniş edərkən “Bank Respublika”nın bütün plastik kart sahibləri hər 1 AZN-lik əməliyyat müqabilində 500 bonus əldə edirlər.

Tarix: 11/12/12 London taksiləri pulsuz internetlə təmin ediləcək

Məşhur London taksi-kebləri yaxın gələcəkdə pulsuz internetlə təmin ediləcək. Keblərin sərnişinləri pulsuz “CabWiFi” xidmətindən yararlana biləcək. Bu xidmət yalnız ötən gün Londonun Nəqliyyat İdarəsi tərəfindən təsdiqlənib. İstifadəçilər internetə pulsuz çıxış imkanının qarşılığında hər 15 dəqiqə ərzində 15 saniyəlik reklam çarxına baxmalı olacaq.

Tarix: 11/12/12 Elmar Məmmədyarov: «Azərbaycanda internet azadlığı yüksək səviyyədə təmin olunur»

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Tarix: 10/12/12 “SAZZ” şirkəti onlayn Şikayət Ərizəsi formasını istifadəçilərin ixtiyarına verib

“SAZZ 4G İnternet” simsiz internet operatoru “www.sazz.az” saytında 3 dildə hazırlanmış “Şikayət ərizəsi” formasını istifadəyə verib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, istifadəçilər internetlə bağlı istənilən problemi sözügedən vasitə ilə tez bir şəkildə şirkətə ünvanlaya bilərlər.

Tarix: 10/12/12 Yaxın vaxtlarda Azərbaycanda vətəndaşlar internet vasitəsilə şəxsiyyət vəsiqəsi ala biləcək

“Yaxın vaxtlarda Azərbaycanda vətəndaşlara internet vasitəsilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar xüsusi icazə və lisenziyalar almaq və digər imkanları yaradan sistem istismara veriləcək. Bütövlükdə elektron xidmətlərin siyahısı 24 istiqaməti əhatə edəcək”.

Tarix: 10/12/12 Azərbaycan istifadəçiləri Beynəlxalq Rəqəmsal Kitabxanaya dekabrın 30-na qədər abunə yazıla bilər

125 illik tarixə malik, 170 dövlətdən 400.000-dən çox üzvü olan, ABŞ-da fəaliyyət göstərən, nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu (IEEE- İnstitute of Electrical and Electronics Engineers;

Tarix: 10/12/12 Azərbaycanda artıq 900 min “Facebook” istifadəçisi var

2012-ci il dekabrın 7-nə olan məlumata əsasən, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 919 min təşkil edir. Müqayisə üçün bildirək ki, 2012-ci il oktyabrın 22-də bu göstərici 897 min təşkil edirdi.

Tarix: 10/12/12 Sahibkarlar üçün yaradılmış portaldan 62 min nəfər istifadə edib

Bu ilin noyabr ayında 10 mindən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən istifadə edib.

Tarix: 10/12/12 “Hotmail” istifadəçiləri “Outlook.com”-a dəvət ediləcək

“Microsoft” korporasiyası “Hotmail” istifadəçilərinə “Outlook.com” poçtuna keçməyi təklif edəcək. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkət növbəti həftələr ərzində “Hotmail” istifadəçilərinə dəvət göndərəcək, həmçinin poçtda “Outlook.com”-un reklamını əks etdirəcək.

Tarix: 10/12/12 Ölkədə fəaliyyətə başlayan internet saytlarının sayı durmadan artır

Azərbaycanın yuxarısəviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. “İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında artıq 15975 domen adı qeydiyyatdan keçib.

Tarix: 10/12/12 “Facebook”da “Ən son Tag” yarışması keçiriləcək

“Facebook” sosial şəbəkəsində dekabrın 15-dən etibarən “Ən son Tag” yarışması başlayacaq. Azərbaycanın İlk Gənclər Klubu (“IB Club”) tərəfindən keçirilən yarışmanın şərtlərinə görə, iştirakçı olmaq üçün istifadəçilərin şəxsi “Facebook” profilində paylaşdığı status, şəkil və s. kimi istənilən paylaşımda “IB Club” səhifəsini işarələməsi (tag etməyi) kifayətdir.

Tarix: 10/12/12 YouTube veb-saytında Leyla Əliyevanın rəsmi səhifəsi yaradılıb

Bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri,

Tarix: 10/12/12 İran öz "YouTube"-nu yaradır

İran “YouTube” videohostinqinin oxşarı olan öz versiyasını istifadəyə verib. Qərb regionunun mütəxəssisləri yeni resursun uğursuzluğa düçar olacağından əmindirlər, çünki onda, çox yəqin ki, senzura olacaq və kontent izləniləcək.








19 Mart 2024

18 03 2024