bölmədə 5632 material var

Tarix: 03/12/12 İnternetin inkişafı ilə ənənəvi müəlliflik hüququ konsepsiyası aktuallığını itirir

Bu gün müəlliflərin rəqəmsal hüquqlarının ənənəvi vasitələrlə qorunması effektli deyil. Ona görə də internetdə bu hüquq sahiblərinin maraqları digər vasitələrlə, ilk növbədə, texniki və proqram xarakterli vasitələrlə qorunmalıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı şəraitində, şübhəsiz ki, yeni müdafiə sistemləri tələb olunacaq.

Tarix: 03/12/12 “Facebook” "SMS-in qatili”ni satın almaq istəyir

“Facebook” sosial şəbəkəsi mətn mesajları ilə pulsuz mübadilə təklif edən “WhatsApp” messencerini satın almağı planlaşdırır. “TechCrunch” bloqunun məlumatına görə, şirkətlər saziş imzalanması imkanını müzakirə

Tarix: 03/12/12 Dubayda internet qaydaları müzakirə edilir

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Beynəlxalq Dünya Telekommunikasiya Konfransı öz işinə başlayır. Konfransda 193 ölkə iştirak edir. Nümayəndələr 1988-ci ildən qüvvədə olan beynəlxalq telekommunikasiyanın tənzimlənməsi haqqında sazişi müzakirə edəcəklər.

Tarix: 03/12/12 İnformasiya Texnologiyaları İnstitutu “Vikipediya”da olan ümumi vəziyyət və problemləri araşdırır

Viki-mühitdə Azərbaycan xalqının maraqlarının qorunması, milli-mənəvi dəyərlərinin tanınması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vikipediya” ensiklopediyasında olan ümumi vəziyyət və problemlər araşdırılmaqdadır.

Tarix: 03/12/12 “DataPlus” “SMS məlumatlandırma” xidmətini istifadəyə verib

“DataPlus” şəbəkə operatoru və internet provayderi yeni “SMS məlumatlandırma” xidmətini istifadəçilərin ixtiyarına verib.

Tarix: 03/12/12 BMT internetə nəzarət problemini müzakirə edəcək

Bu gündən etibarən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi Beynəlxalq Dünya Telekommunikasiya Konfransı (BDTK) öz işinə başlayıb.

Tarix: 03/12/12 “LinkedIn” işgüzar sosial şəbəkəsində ən nüfuzlu insan kimdir?

“Virgin” şirkətinin təsisçisi Riçard Brenson “LinkedIn” işgüzar sosial şəbəkəsində yeni rekord təyin edib; onun abunəçilərinin sayı 1 milyonu ötüb və “LinkedIn” işgüzar sosial şəbəkəsində ən nüfuzlu insan elan edilib. Bu “LinkedIn Influencer”dir.

Tarix: 03/12/12 Milli İnternet Mükafatının nominantları seçilib

Milli İnternet Mükafatı “Milli Net 2012”-də səsvermənin 1-ci mərhələsi başa çatıb. “ICTnews” elektron xəbər xidmətinin Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, müsabiqəyə 13 nominasiya üzrə 399 sayt təqdim edilmişdi. Onlardan yalnız 326 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Tarix: 03/12/12 Suriyada internet və mobil rabitə bərpa olunub

Suriya vətəndaşları bazar günü səhər internet və mobil rabitədən istifadə etmək imkanı əldə ediblər. Ölkə ərazisində internetin söndürülməsi anlaşılmaz olaraq qalır: qərb ölkələrinin versiyasına görə, internetin bloklanması prezident Bəşər Əsədin başçılığı ilə qüvvədə olan hakimiyyətin işidir, rəsmi hakimiyyət isə bu məsələdə "terrorçu"ları ittiham edir.

Tarix: 30/11/12 Qusar TKQ genişzolaqlı internet abunəçilərinin sayına görə öndədir

Yaxın günlərdə Qusar rayonunun Gündüzqala kəndində Türkiyənin “KAREL” şirkətinin istehsalı olan 128 nömrə tutumlu DS 200 tipli elektron ATS istismara veriləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Qusar Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov məlumat verib.

Tarix: 30/11/12 Ölkəmizdə də “IEEE” nüfuzlu beynəlxalq təşkilatının rəqəmsal kitabxanalarından pulsuz istifadə etmək olacaq

Dünyanın 160 ölkəsindən 400 minə yaxın üzvü olan “IEEE” nüfuzlu beynəlxalq təşkilatı AMEA-nın institut və təşkilatları, həmçinin ölkə universitetləri üçün rəqəmsal kitabxanalarından pulsuz istifadə imkanı yaradıb. Sınaq müddəti bu gündən etibarən bir ay davam edəcək.

Tarix: 30/11/12 “Hesab.az” portalında “Bank Respublika”ya məxsus kartlarla ödəmə aparmaqla 5 qat bonus qazanmaq mümkündür

“PayKart” bonus sistemi “Hesab.az” internet ödəmə portalında 5 dəfə çox bonus qazandırır. Noyabrın əvvəlindən “Bank Respublika”nın bütün plastik kartları bu sistemə avtomatik qoşulub və indi “Hesab.az” saytında ödəniş edərkən bankın plastik kart sahibləri hər 1 AZN-lik əməliyyat

Tarix: 30/11/12 Suriyada internet əlaqəsi kəsildi

Noyabrın 29-da Suriya ilə əlaqəli olan bütün İP ünvan bloku əlçatmaz olub. Bu barədə “Renesys” şirkəti qeyd edib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Suriyada yerli vaxtla saat 10:26 radələrində internet söndürülüb.

Tarix: 29/11/12 “AZAL” internetlə arzuolunmaz sərnişinlər haqqında məlumatlar verir

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) arzuolunmayan sərnişinləri haqqında məlumatları özünün rəsmi internet səhifəsi ilə maraqlanan insanlara təqdim edir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə “AZAL”-dan məlumat verilib. Məlumatda bildirilir ki, maraqlı

Tarix: 29/11/12 “YouTube”-da titrlər daha 6 dildə əlçatan olacaq

“Google” şirkəti videoçarxların alt hissəsinə daha 6 dildə titr imkanı əlavə edəcək. Əvvəllər titrlər yalnız ingilis və ispan dilində əlçatan idi, hazırda rus, alman, fransız, portuqal, italyan və holland dilləri də əlavə olunub. İstifadəçilər videotitrləri görməkdən ötrü ona baxarkən








19 Mart 2024

18 03 2024