Tarix: 29/03/13 Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələr internet vasitəsilə ödənilə bilər

Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələrin internet vasitəsilə ödənilməsi xidməti tam avtomatlaşdırılıb.
Tarix: 28/03/13 “Facebook”un yaradıcısı lobbiçiliklə daha ciddi məşğul olacaq

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq lobbiçiliklə məşğul olacaq qurum yaradır və siyasətlə məşğul olmağa hazırlaşır. “ICTnews” xəbər xidmətinin “www.sotovik.ru”-ya istinadən verdiyi məlumata əsasən, yaxın zamanda Silikon Vadisində (Silicon Valley) M. Zukerberqin aktiv iştirakı ilə ABŞ-ın aparıcı İT şirkətlərinin maraqlarını müdafiə edəcək lobbist firma yaradılacaq.
Tarix: 28/03/13 2014-cü ildə “Twitter”in reklam gəliri 1 milyard dolları ötəcək

“EMarketer” analitik şirkətinin proqnozuna əsasən, gələn il “Twitter” sosial şəbəkəsinin reklam gəliri 1 milyard dolları ötə bilər, halbuki bu il bu məbləğ təxminən 583 milyon dollar olacaq. Hesabat müəlliflərinin sözlərinə görə, “Twitter”in reklam gəlirinin artması şirkətin mobil sahədə fəallığının artması ilə bağlıdır. Mobil reklamdan əldə olunan gəlir
Tarix: 28/03/13 “Azerdict”in internet səhifəsi yenilənib

Azərbaycanca dil və lüğət xidməti – “Azerdict”in saytının yeni versiyası istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin “www.azerdict.com ” saytına istinadən verdiyi məlumata görə, saytdakı dəyişikliklər sırf kosmetik xarakter daşımır, saytın daha sürətli fəaliyyət göstərə bilməsi və optimallaşdırılması üçün bütün kodları yenidən və ən son yeniliklərdən istifadə edilərək yazılıb.
Tarix: 28/03/13 Dünyada internetin sürətinin zəifləməsinin səbəbi məlum olub

Britaniya KİV-nin yaydığı məlumata əsasən, naməlum hakerlər artıq bir həftədən çoxdur ki internet tarixində görünməmiş kiberhücum həyata keçirirlər. Nəticədə internetin sürəti azalır və qlobal şəbəkə xidmətlərində nasazlıqlar qeydə alınır.
Tarix: 28/03/13 İnternet məkanında ilk Azərbaycan filmləri kinoteatrı istifadəyə verilib

Qlobal internet məkanında ilk “Az.Cinema Online” adlı Azərbaycan filmlərinin və videolarının inkişafı və yayımlanmasına yönləndirilmiş internet kinoteatrı yaradılıb.
Tarix: 27/03/13 “ICANN” ticarət markalarının mühafizəsi üçün sistem istifadəyə verəcək

“ICANN” internet korporasiyası biznes strukturlarına öz brendlərinə uyğun domen adlarını qeydiyyatdan keçirmək imkanını təqdim edən məlumat bazasını istifadəyə verib.
Tarix: 27/03/13 2017-ci ildə “Mobil bankinq” xidmətlərindən daha çox planşet istifadəçiləri istifadə edəcək

“Mobil bankinq” xidmətlərinə, eləcə də, planşetlərə istifadəçilərin marağının artması kontekstində 2017-ci ilədək bank tranzaksiya xidmətlərinin istifadəçi bazasının təxminən 200 minədək artması proqnozlaşdırılır.
Tarix: 27/03/13 Planetin hər yeddinci sakini “YouTube”-a daxil olur

“YouTube” videohostinqi rekord qırmağa davam edir: xidmətin aylıq auditoriyası hazırda 1 milyard unikal istifadəçiyə bərabərdir. Beləliklə, hazırda “YouTube”-da yerləşdirilmiş çarxlara planetin təxminən hər yeddinci sakini və ya Ümumdünya şəbəkəsinə çıxış imkanına malik hər ikinci insan baxır.
Tarix: 27/03/13 Regionlarda genişzolaqlı internet xidmətlərində çıxış imkanı artırılıb

Regionlarda genişzolaqlı internet xidmətlərində çıxış imkanlığı bir qədər də artıb. “Aztelekom” İB-nin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə (121%) artaraq 114 mini keçib. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9% təşkil edir. 2012-ci ilin əvvəlində bu göstərici 10,9% olub.
Tarix: 27/03/13 Mobil trafikin həcmi son iki il ərzində üç dəfə artıb

“Net Applications” şirkətinin məlumatına əsasən, son iki il ərzində mobil trafikin həcmi ənənəvi fərdi kompüter göstəricilərinə yaxınlaşaraq təxminən üç dəfə artıb. “Net Applications” analitik şirkətinin hesablamasına görə, cari ilin fevralında mobil trafikin payı 13,2% olub ki, bu, mütləq rekord göstərici sayılır.
Tarix: 27/03/13 TQDK-nın sınaq imtahanlarına yazılış mart ayının sonlarında aparılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz Bayramından sonrakı ilk iş günlərində) aparılacaq.
Tarix: 19/03/13 2013-cü ildə qlobal “LTE” trafik 207% artacaq

“ABI Research” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin sonuna mobil trafikin ümumi həcmi 13412 petabayt olub ki, bu da ötən ilin göstəricisindən 69% çoxdur. Bu halda trafikin 46%-ni “3G” texnologiya ötürülən məlumatlar təşkil edib.
Tarix: 19/03/13 “Twitter” sosial şəbəkəsinin banisi Nyu-Yorkun meri olmaq istəyir

“Twitter” sosial şəbəkəsinin banisi Cek Dorsi Nyu-Yorkun meri postuna namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə 36 yaşlı amerikalı proqramçı və iş adamı müxbirlə söhbət zamanı “SBC” telekanalına bildirib.
Tarix: 19/03/13 Peşə liseylərinin şagirdləri “Şagird-Məzun sistemi” vasitəsilə imtahan qiymətləri ilə tanış ola bilərlər

Peşə liseylərinin şagirdləri imtahan qiymətləri və yekun qiymətləndirmənin nəticələri ilə “Şagird-Məzun sistemi”ndəki öz səhifələrinə daxil olmaqla tanış ola bilərlər.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248