bölmədə 5632 material var

Tarix: 21/05/14 Yaponiyada “4K” formatlı ilk kanal açılır

Cənubi Koreyadan sonra Yaponiyada "Ultra HD” formatlı (4K) ilk televiziya kanalı açılır.

Tarix: 21/05/14 “Twitter”in Azərbaycan seqmentində bank-maliyyə sistemi araşdırılıb

“Twitter” sosial şəbəkəsinin Azərbaycan seqmentinin araşdırılması, habelə gündəlik trendlərin, aktiv istifadəçilərin və sair məlumatların müəyyənləşdirilməsi ilə məşğul olan yeganə Azərbaycan resursu -  “www.aztwi.com” saytı qapalı statistikası əsasında ölkəmizin bank-maliyyə sisteminə həsr olunmuş kiçik araşdırmanı təqdim edib.

Tarix: 21/05/14 “Connect” kabel televiziyasının yayımında fasilələr olacaq

Azərbaycanın aparıcı kabel televiziyası operatoru “Connect” şirkəti baş stansiyasını yeni ünvana köçürməyə hazırlaşır.

Tarix: 21/05/14 “Facebook” ABŞ-dan kənarda videoreklam sistemini işə salır

“Facebook” ABŞ-dan kənarda videoreklam sistemini işə salır. Şirkətin bəyanatına əsasən, bu təşəbbüs istifadəçilərin xəbər lentində avtomatik gördükləri 15 saniyəlik çarxların auditoriyasını artırır.

Tarix: 20/05/14 “PayPal” servisi “Bitcoin”i əlavə etməyə hazırlaşır

Bu ay “eBay” saytında “virtual valyuta” bölməsini  əlavə edib və bununla “Bitcoin” kimi resursların istifadəçilərinə rəqəmli valyuta alış-verişlə məşğul  olmaq imkanı təqdim edib.

Tarix: 20/05/14 2014-cü ilin sonunda LTE abunəçilərinin sayı 335 milyonadək artacaq

“4G/LTE” texnologiyası dünya telekommunikasiya bazarı üzrə sürətlə populyarlaşır. “Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2013-cü ilin sonunda bu rabitə standartı ilə işləyən abunəçilərin sayı 200 milyonu ötüb və cari ilin nəticəsinə görə, bu göstərici 335 milyon istifadəçiyədək artacaq.

Tarix: 20/05/14 “TASİM” Mərkəzi Asiyada təqdim olunacaq

Gələn ayın 2-dən 3-dək Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada telekommunikasiya bağlantısı üzrə yüksəksəviyyəli regional dəyirmi masa”  keçiriləcək.
 

Tarix: 20/05/14 “Google” şirkəti “Divide” startapını alır

“Google” şirkəti, mobil qurğuların idarəedilməsi üçün həllərin hazırlanması  sahəsində ixtisaslaşan “Divide” startapını alır.

Tarix: 19/05/14 “Facebook” “Snapchat” stilində videomessencer yaradır

“The Financial Times” nəşri yazır ki, “Facebook” sosial şəbəkəsi “Snapchat” proqramı stilində videomessencer yaradır. Yeni tətbiqin “Slingshot” adlandırıldığı iddia edilir. Məlumata görə, proqram üzərində artıq bir neçə aydır ki iş aparılır.

Tarix: 19/05/14 “YouTube” “Twitch” videooyun translyasiya xidmətini satın alacaq

“Variety” jurnalı yazıb ki, internet nəhəngi “Google” şirkətinə məxsus “YouTube” videohostinqi “Twitch” videooyun translyasiya xidmətinin satın alınmasına 1 milyard dollar xərcləyəcək.

Tarix: 16/05/14 “Google Play” onlayn mağazasında “PayPal” ilə ödəniş etmək mümkün olacaq

“Google Play” internet mağazasında “PayPal” ödəmə sistemini dəstəkləyib. Yeni ödəniş üsulu 12 ölkədə (Avstriya, Belçika, Kanada, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Hollandiya, İspaniya, ABŞ və Böyük Britaniya) fəaliyyətə başlayıb.

Tarix: 16/05/14 “Asan İmza” mobil elektron imzanın tarifləri endirildi

2014-cü ilin may ayından “Asan İmza” mobil elektron imza xidməti üçün tariflərin endirilməsi ilə bağlı yeni kampaniya başlanılıb.

Tarix: 16/05/14 Vergilər Nazirliyi internet mühitində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir

Elektron ticarət həyata keçirməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər vergi ödəyiciləri hesab olunurlar və belə fəaliyyətlə məşğul olanlar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınırlar.

Tarix: 16/05/14 “Facebook”da nəşrlərin sonra dərc edilməsi funksiyası işə salınıb

“Facebook” sosial şəbəkəsi “iOS” tətbiqinin istifadəçilərinə internet qoşulma olmadıqda belə status yazmağa və redaktə etməyə, daha sonra onları dərc etməyə imkan yaradıb.

Tarix: 16/05/14 “Google” 6 il sonra sürücüsüz avtomobillərin kütləvi istehsalını planlaşdırır

“Google”un sürücüsüz hərəkət edən avtomobilləri artıq 1 milyondan çox km məsafə qət edib və hazırda ABŞ şirkəti onları kütləvi bazara çıxarmağı planlaşdırır. Bu haqda “Google” şirkətində bu istiqamət üzrə direktor Kris Armson deyib.








23 Noyabr 2024

22 11 2024