bölmədə 5632 material var

Tarix: 30/04/14 Sosial şəbəkələr işə qəbulda kömək edir

“Facebook” və ya “VKontakte” kimi sosial şəbəkələrdə profillər insan resursları üzrə menecerə namizədin əmək məhsuldarlığının hansı səviyyədə olmasını və onun bu və ya digər vəzifəyə uyğun gəlməsini bilməyə imkan verir. Psixoloqların sözlərinə görə, insanların sosial şəbəkələrdə aktivliyi nəticəsində onun iki xüsusiyyəti – vicdanla yanaşma və ekstraversiya daha aydın şəkildə özünü büruzə verir. 

Tarix: 30/04/14 Daha bir bank müştərilərinə kreditlərin onlayn ödənişi xidmətini təqdim edib

“Bank Standard” "AzeriCard" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında onlayn kredit ödəmələrin həyata keçirilməsi imkanı yaradılıb.

Tarix: 30/04/14 Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23 minə yaxınlaşıb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmaqda davam edir.
 

Tarix: 30/04/14 Azərbaycanda sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin proqram təminatının hazırlanması üzrə tender elan edilib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin proqram təminatının hazırlanması üzrə açıq tender elan edib.

Tarix: 30/04/14 “Webby Awards 2014” mükafatının qaliblərinin adları açıqlanıb

Ən yaxşı veb-layihələri seçən “Webby Awards 2014” 18-ci illik beynəlxalq internet mükafatının qaliblərinin adları elan edilib. Bu barədə tədbirin rəsmi saytında deyilir.     

Tarix: 30/04/14 Böyük Britaniyada “.london” zonasında ünvanların satışına başlanılıb

Artıq dünəndən etibarən istənilən şəxs saytını “.london” zonasında qeydiyyatdan keçirə bilər. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük veriləcək.

Tarix: 29/04/14 Rusiyada genişzolaqlı internet istifadəçilərinin sayı 50%-i ötüb

“Telecom Daily” analitiklərinin məlumatlarına əsasən, cari ilin birinci rübünün nəticəsinə əsasən, Rusiya internet istifadəçilərinin 50,4%-i genişzolaqlı internet çıxışına malikdirlər. Rusiyada ilk dəfə genişzolaqlı internetin nüfuzetmə səviyyəsi 50%-i ötüb.

Tarix: 29/04/14 “Skype”da qrup videozəngləri üçün ödəniş ləğv edilir

“Skype” proqramının tərtibatçılar komandası bəyan edib ki, qrup videozəngləri funksiyası ödənişsiz olacaq. İlk öncə proqramın “Windows”, “Linux” əməliyyat sistemləri və “Xbox One” konsolu üçün versiyalarında ödəniş ləğv ediləcək, daha sonra “Skype”ın mobil versiyalarında da videozənglər ödənişsiz olacaq.

Tarix: 29/04/14 ABŞ hakimiyyəti istifadəçiləri “Internet Explorer” brauzerindən imtinaya səsləyir

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi istifadəçiləri “Internet Explorer” brauzerindən imtinaya səsləyib. Bu haqda xəbər nazirliyin rəsmi saytında dərc edilib.

Tarix: 28/04/14 “Internet Explorer” brauzerində boşluq aşkar olunub

"Microsoft” korporasiyası ötən bazar günü “Internet Explorer” brauzerinin proqramında “sıfır dərəcəli boşluq” aşkar edildikdən sonra yaxın saatlarda səhvi düzəldəcəyini bəyan edib. 

Tarix: 26/04/14 İnternetdə 1 dəqiqədə nə baş verir?

Biznes-analitikada ixtisaslaşan “Domo” şirkəti “İnformasiya heç vaxt yatmır” adlı infoqrafika tərtib edərək internetdə informasiya axını üzrə statistikanı açıqlayıb.

Tarix: 25/04/14 Yerli internet ödəmə portalında daha bir bankın kredit ödənişlərini aparmaq mümkün oldu

“Hesab.az” internet ödəmə portalına “Bank Standard”ın kredit ödənişləri əlavə olunub.

Tarix: 25/04/14 3.6 milyon dollara domen satılıb

“China Daily” internet nəşri yazıb ki, Çinin “Xiomi” şirkəti iki hərfli “Mi.com” domeninə 3,6 milyon dollar xərcləyib.
 

Tarix: 25/04/14 “Google”, “Microsoft” və “Facebook” şirkətləri niyə birləşdi?

“Linux Foundation” koordinasiyası ilə böyük İT korporasiyaları (Microsoft, IBM, Google, Facebook, Cisco Systems, Dell, Fujitsu, Intel, NetApp, VMWare, Amazon və Rackspace Hosting) açıq kodlu proqramlarda boşluğun aradan qaldırılması ilə əlaqədar öz səylərini birləşdirəcəklər.

Tarix: 25/04/14 Ödənişsiz istifadə edilə bilən azərbaycandilli proqram təminatları yaradılacaq

Ödənişsiz istifadə edilə bilən azərbaycandilli proqram təminatlarının hazırlanması və geniş istifadəsi təmin olunacaq.








23 Noyabr 2024

22 11 2024