bölmədə 5632 material var

Tarix: 31/01/14 Kanada aviasərnişinləri ödənişsiz “Wi-Fi” üzərindən izləyib

Kanada Kommunikasiya Təhlükəsizlik Mərkəzi (CSEC) ölkənin əsas aeroportlarından birində ödənişsiz “Wi-Fi” üzərindən aviasərnişinləri izləyib. Bu haqda Edvard Snouden tərəfindən verilmiş məxfi sənədə istinadən “CBC News” yazıb. Aeroportun adı açıqlanmayıb.

Tarix: 31/01/14 Sevinc Fətəliyeva: “Azərbaycanda internet azaddır”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında "İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" adlı hesabatın müzakirəsi keçirilib.
 

Tarix: 31/01/14 Dünyada istifadəçilərin 15 faizi mobil ödənişləri smartfon və ya planşetdən edir

Mobil sahədə ixtisaslaşan “MEF” beynəlxalq təşkilatı mobil ödənişlərdə qlobal istehlak yenilikləri haqqında ilk tədqiqatını təqdim edib.

Tarix: 31/01/14 Naxçıvan Muxtar Respublikasında məktəb kompüterlərinin 83,6 faizi internetə qoşulub

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata  keçirilir.
 

Tarix: 31/01/14 YAP Gənclər Birliyi internet aksiyasına start verib

ABŞ-ın Los-Anceles Şəhər Şurası qondarma “Dağlıq Qarabağ Respublikası”nı “tanıyıb”. Bununla əlaqədar olaraq YAP Gənclər Birliyi internet vasitəsilə etiraz aksiyasına start verib.

Tarix: 31/01/14 “AzScienceNet”-in fəaliyyətinin səmərəliyinin artırılması istiqamətində tədqiqatlar davam etdiriləcək

2014-cü ildə “AzScienceNet” elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliyinin artırılması, kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi məsələləri ilə bağlı tədqiqat işləri aparılacaq.

Tarix: 31/01/14 İmtahanları uğurla başa vuran tələbələrin diplomlarının gecikdirilməsi birdəfəlik həll ediləcək

Ali təhsillə bağlı diplomların gecikdirilməsi problemi 2014-cü ildə birdəfəlik həll olunacaq.

Tarix: 31/01/14 Hakerlər “Yahoo!” poçt servisinə müdaxilə edib

ABŞ-ın “Yahoo!” şirkətinin nümayəndələri istifadəçiləri haker hücumu nəticəsində servisin poçt ünvanlarının parollarının oğurlanması barədə xəbərdar edib.

Tarix: 31/01/14 “Facebook” istifadəçilərə maraqlı xəbərlər təqdim edəcək

“Facebook” sosial şəbəkəsi “Paper” mobil tətbiqini elan edib. Proqram “Facebook” postlarının oxunması üçün nəzərdə tutulub; o, sosial şəbəkədən istifadəçiyə maraqlı ola bilən yazıları toplayır və onlardan xəbər lenti yaradır.
 

Tarix: 30/01/14 İnternet istifadəçilərinin 29%-i internetə anonim daxil olur

“GlobalWebIndex” şirkətinin araşdırmasına əsasən, hazırda internet istifadəçilərinin 29% və ya 415 milyonu internetə anonim daxil olmağa üstünlük verirlər

Tarix: 30/01/14 “MilliÖn” ödəniş terminallarında plastik kartların qəbulu təşkil edilib

“MilliKart Group” prosessinq mərkəzinin, “Komtek” şirkətinin və “Unibank”ın üçtərəfli əməkdaşlığı nəticəsində “MilliÖn” ödəniş terminallarında plastik kartların qəbulu təşkil edilib.

Tarix: 30/01/14 2014-cü ildə mobil və elektron ödənişlər artacaq

Ekspert hesablamalarına əsasən, 2014-cü ildə mobil və elektron ödənişlər artacaq və bu artım müvafiq olaraq 58.5% və 18.1% təşkil edəcək.

Tarix: 30/01/14 “Facebook” şirkətinin mənfəəti artıb

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” son rüb üzrə hesab verib: resursun səhifələrində mobil reklam satışlarının artması nəticəsində gözləntilərdən yuxarı nəticə göstərib.

Tarix: 30/01/14 Orta internet sürəti artıb

“Akamai” şirkətinin 2013-cü ilin üçüncü rübünə hesabatına əsasən, orta internet sürəti 29% artaraq 3,6 Mbit/s olub. Analitiklər tərəfindən araşdırılmış 122 ölkədə artım müşahidə olunub. Bir ildə internetin sürəti yalnız 18 regionda azalıb.

Tarix: 29/01/14 Yardıma ehtiyacı olanlar üçün onlayn ödəmənin qəbulu asanlaşdırılıb

“GoldenPay” şirkəti yardıma ehtiyacı olanlar üçün onlayn ödəmənin qəbulunu asanlaşdırıb.








23 Noyabr 2024

22 11 2024