bölmədə 5632 material var

Tarix: 15/06/13 "Google" yeniliklər təqdim etməyə davam edir

"Google" şirkətinin mühəndisləri "Project Loon" layihəsi (aerostatlar vasitəsilə internetə çıxış imkanının yaradılması) çərçivəsində Yeni Zelandiyada ilk sınaqlara başlayıblar.

Tarix: 15/06/13 “Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsində istifadəçilərin sayı sürətlə artır

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsi fəaliyyətini genişləndirməkdə davam edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda səhifə istifadəçilərin sayı artıq 50 mini ötüb.

Tarix: 14/06/13 İkiaylıq abunə haqqını ödə, “SAZZ USB” modemini pulsuz əldə et!

“SAZZ İnternet” xüsusi kampaniya keçirir. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyanın şərtlərinə görə, 15-17 iyun tarixlərində 2 aylıq abunə haqqını ödəməklə USB modemi pulsuz əldə etmək mümkündür.

Tarix: 14/06/13 “Yahoo!” daha bir satınalma həyata keçirib

“Yahoo!” şirkəti “i”-qurğular üçün “KitCam” və “PhotoForge2” foto tətbiqləri istehsalçısı “GhostBirds Software”-ni (GBS) satın alıb. Sazişin detalları açıqlanmır. İnternet-şirkət “Flickr” foto xidmətini təkmilləşdirmək istəyini səbəb kimi göstərib.

Tarix: 14/06/13 RİTN-də Azərbaycan həqiqətlərinin virtual təbliği ilə bağlı təkliflər hazırlanır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycan həqiqətlərinin virtual təbliği və ölkə ilə əlaqədar informasiyaların yayılması ilə bağlı təkliflər hazırlanır.

Tarix: 14/06/13 “Yahoo!” yenilik edəcək

“Yahoo!” internet şirkəti uzun müddət istifadə edilməyən istifadəçi hesablarını yeni istifadəçilərə təklif edəcək. Bu barədə şirkətdəki mənbəyə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

Tarix: 14/06/13 Stajçılar “Google” şirkətində nə qədər əməkhaqqı alırlar?

Stajçılar əmək bazarında çox hallarda aşağı əməkhaqqı alırlar. Əksər hallarda ciddi işlər onlara həvalə edilmir. Lakin “Google” şirkətində tamamilə başqa vəziyyətdir.

Tarix: 13/06/13 “WhatsApp” istifadəçiləri gün ərzində 27 milyard mesaj göndəriblər

Populyar “WhatsApp” mobil messencerinin tərtibatçıları yeni rekorda imza atıldığını elan ediblər. Belə ki, ötən gün ərzində istifadəçilər sözügedən proqram vasitəsilə 27 milyard mesaj ötürüblər.

Tarix: 13/06/13 MKİ-nin sabiq əməkdaşı Edvard Snouden Honkonqda qalmaq niyyətindədir

ABŞ-ın xüsusi xidmət orqanlarının tam məxfi elektron izləmə proqramını ifşa etmiş Edvard Snouden Honkonqda qalmaq niyyətindədir.

Tarix: 13/06/13 “Facebook” İsveçdə data mərkəzini açıb

“Facebook” şirkəti ABŞ-dan kənarda ilk data mərkəzini istifadəyə verib. Yeni data mərkəz İsveçdə yerləşir və 28 min kv metr ərazi tutur. “Facebook”un əməliyyat direktoru Tom Furlonq deyib ki, İsveçin Lulea şəhərində yerləşən data mərkəz əsasən şirkətin Avropa istifadəçilərinə xidmət üçün nəzərdə tutulub.

Tarix: 12/06/13 “Mozilla”: “Bizi izləməyi dayandırın!”

“Mozilla” şirkəti internet istifadəçilərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənməsi ilə əlaqədar olaraq səngiməyən qalmaqalların qarşısını almaq üçün təşəbbüs irəli sürüb.

Tarix: 12/06/13 Yerli provayder yeni kampaniya keçirir

“SuperOnline” internet provayderi yeni kampaniyaya start verib. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində internet provayderin abunəçiləri 1 ay internet xidmətindən ödənişsiz istifadə etmək imkanı əldə edirlər.

Tarix: 12/06/13 "Mobil operatorların tarif siyasətində dəyişiklərin edilməsi və qiymətlərin aşağı salınması aidiyyəti qurumların diqqət mərkəzindədir"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Facebook" səhifəsində istifadəsilərin sualları cavablandırılıb.

Tarix: 12/06/13 2013-cü ilin sonunadək 6.3 milyon “Wi-Fi” giriş nöqtəsi quraşdırılacaq

“ABI Research” analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə rabitə operatorları dünyada ümumilikdə 4,9 milyon “Wi-Fi” giriş nöqtələri yerləşdiriblər.

Tarix: 12/06/13 "VKontakte" sosial şəbəkəsində 10 minlərlə istifadəçinin kompüteri virusa yoluxub

"VKontakte" sosial şəbəkəsinin 10 minlərlə istifadəçisinin kompüteri “Trojan.RpcTonzil” zərərli proqramına yoluxub. Kibercinayətkarlar onun köməkliyi ilə hesablara giriş əldə ediblər və fərdi informasiyanı ələ keçirə bilərlər. Troyan hələ üç ay əvvəl aşkar edilib, lakin antivirus proqramlarının əksəriyyəti onu tapmır.








23 Noyabr 2024

22 11 2024