Tarix: 05/12/12 “Microsoft” sosial şəbəkəsini hamı üçün açıq etdi

“Microsoft” şirkətinin “Socl” sosial şəbəkəsində artıq hər kəs qeydiyyatdan keçə bilər. Dekabrın 4-dən etibarən “Facebook” və ya “Windows Live”-də hesabı olan istənilən şəxs bu layihəyə qoşula bilər.
Tarix: 05/12/12 “Yahoo!” tok-şou formatında videokonfranslar keçirəcək

“Yahoo!” internet şirkəti smartfonlar və planşet kompüterləri üçün daha rəqabətə davamlı məhsul yaratmaq üçün baş direktor Marissa Mayerin təşəbbüsü çərçivəsində daha bir startap satın alıb. Şirkət bu gün “OnTheAir” startapını satın aldığını elan edib.
Tarix: 05/12/12 “ASAN”-da rüsumlar internetlə ödəniləcək

“ASAN” xidmət mərkəzlərinin fəaliyyəti barədə məlumat əldə etmək çox asan formada həyata keçiriləcək. Mərkəzlərdə daim internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşlar bütün növ elektron xidmətlərdən yararlana biləcəklər.
Tarix: 05/12/12 “Facebook” mobil messencerini istifadəyə verəcək

“Facebook” sosial şəbəkəsinin yeni həlli “SMS” mesajların ömrünü daha da qısaldacaq. İstifadəçilər hələ ki yalnız “Android” platforması üçün əlçatan olan yeni “Facebook Messenger app” messenceri vasitəsilə bir-biri ilə əlaqə saxlaya, kontaktları sinxronlaşdıra bilərlər.
Tarix: 05/12/12 Virtual məkanda domen adlarının zəbt edilməsi problem olaraq qalmaqdadır

Domen adlarının ilkin təyinatı internet mühitində ünvanlaşdırma atributu, əmtəə nişanlarının, şirkət və digər qurumların adlarının daşıyıcısı olmasına baxmayaraq, bu gün qeyri-sağlam, ədalətsiz rəqabət vasitəsinə çevrilib. Virtual məkanda domen adlarının zəbt edilməsi problem olaraq qalmaqdadır. İnternetin kütləviliyinin artması ilə ünvanlarla əlaqədar alver və sui-istifadələrin sayı çoxalıb.
Tarix: 05/12/12 “Google” şirkəti yeni məhsullar təqdim edəcək

Dünyanın ən böyük internet korporasiyası “Google” bəyan edib ki, istehsalçıların illik konfransı “Google I/O” 2013-cü il mayın 15-dən 17-dək San-Fransisko şəhərində keçiriləcək. İlin əvvəlindən iştirakçıların tədbirdə qeydiyyatına və biletlərin satışına start veriləcək.
Tarix: 05/12/12 DQMK-nın internet saytının ilkin variantı BMT İP-nin dəstəyi ilə hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov BMT-nin Azərbaycan Respublikasında yeni təyin edilmiş rezident əlaqələndiricisi cənab Antonius Broeklə görüşüb.
Tarix: 05/12/12 Təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə qoşulması üçün “3G” şəbəkəsindən istifadə olunacaq

Hazırda təhsil şəbəkəsinə təxminən 1500 məktəb qoşulub. İlin sonunadək daha 200 tədris müəssisəsi “AzEduNet”-ə çıxış əldə edəcək. Bu barədə məlumatı Təhsil Nazirliyinin Təhsilin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov verib.
Tarix: 05/12/12 İctimai “Wi-Fi” 8 dəfə sürətləndiriləcək

Sürətli “Wi-Fi” şəbəkələrinə eyni zamanda çoxlu istifadəçi qoşulduqda onun zəif işləməsi məlumdur. Lakin vəziyyət tezliklə dəyişə bilər. Mütəxəssislərin hazırladığı proqram verilənlərin ötürülməsi sürətini 8 dəfə artıra bilər. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qeyri-adi proqram “WiFox” adlandırılıb.
Tarix: 05/12/12 İnternetdə nə qədər sayt fəaliyyət göstərir?

“Netcraft” veb-monitorinq şirkətinin dekabr ayına olan məlumatına əsasən, internetdə 633706564 sayt və bloq fəaliyyət göstərib. Bu göstərici ötən ayla müqayisədə 8 milyon çoxdur.
Tarix: 04/12/12 “İnternetin atası” “ICANN”-ın səlahiyyətlərinin “BMT”-yə verilməsinə qarşı çıxış edib

Əfsanəvi kompüter mühəndisi və “TCP/IP” şəbəkə protokolunun yaradıcısı Vinton Sörf “Google”-un bloqunda bildirib ki, o, “BMT-nin internet tənzimləyici vəzifəsinə iddia etməsi ideyasından məmnun deyil”.
Tarix: 04/12/12 İnternet vasitəsilə qumar oyunları məsələsi İstanbulda müzakirə olunub

Türkiyənin İstanbul şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı, Almaniya Federativ Respublikası Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apelyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumu keçirilib.
Tarix: 04/12/12 Yerli bankın müştəriləri Amerikanın internet mağazalarından alış-veriş edə bilərlər

Artıq “Bank Respublika”-nın Visa kart sahibləri Amerikanın internet mağazalarından alış-veriş (Azərbaycana çatdırılma ilə) edə biləcək və digər üstünlüklərdən faydalanacaqlar. Belə ki, Visa şirkəti MyUS.com portalının ödənişlər üzrə rəsmi tərəfdaşı olub.
Tarix: 04/12/12 “İnternet Explorer” brauzeri mövqeyini gücləndirir

“Net Applications” şirkəti fərdi kompüter (FK) və mobil qurğular üçün brauzer bazarı üzrə noyabr ayına olan statistikanı elan edib.
Tarix: 04/12/12 Roma Papası XVI Benedikt də sosiallaşıb

Roma Papası XVI Benedikt “Twitter” sosial şəbəkəsində hesab açıb. Pontifikin niki ("@pontifex_it") tvitlərin göndəriləcəyi dildən asılı olaraq altından xətt çəkmə hissəsindən sonra dəyişəcək. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Papanın tvitlərinin ərəb dili daxil olmaqla hələ ki 7 dildə dərc edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248