bölmədə 5632 material var

Tarix: 23/08/11 “Twitter”də fotoqalereya yaratmaq mümkündür

Növbəti qlobal yeniləmədən sonra məşhur “Twitter” mikrobloq xidməti yeni funksiya istifadəyə verib. Belə ki, şəbəkə istifadəçiləri fotoqalereya yarada bilərlər. Xidmət bu resursa yüklənmiş bütün şəkillərinizi bir yerdə saxlamaq və onları şəxsi arzulara uyğun olaraq qaydaya salmaq imkanı verir.

Tarix: 23/08/11 Azərbaycan vətəndaşları “Maps Google” servisinə daxil olunan dəyişiklikləri redaktə edə bilirlər

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin rəisi Rafiq Hüseynli mətbuata verdiyi

Tarix: 23/08/11 “Google” anonim bloqqerlərin adlarını bildirməkdən imtina etdiyi üçün cərimələnib

Braziliya məhkəməsi “Google” şirkətini hakimiyyətə “Blogger” platformasındakı onlayn gündəliklərə malik olan 3 bloqqerin adını bildirməkdən imtina etdiyi üçün cərimələyib.

Tarix: 23/08/11 “Facebook” sosial şəbəkəsi təhlükəsiz iş üçün dərslik təqdim edib

“Facebook” sosial şəbəkəsi təhlükəsizlik üzrə yeni dərslik təqdim edib. “Facebook” nümayəndələrinin sözlərinə görə, yeni dərslik ilk növbədə gənc istifadəçilər, onların valideynləri və təhsil nümayəndələri üçün nəzərdə tutulub. Dərslikdə “Facebook”da hesab təhlükəsizliyinin təmin edilməsi,

Tarix: 23/08/11 Qazaxda internet istifadəçilərinin sayı artır

Qazax Rayon Telekommunikasiya Qovşağından bildirilib ki, rayonda internetdən istifadə edənlərin sayı günbəgün artır. Belə ki, hazırda rayonda 342 nəfər sürətli internetdən istifadə edir. İnternet istifadəçilərinin 201 nəfəri Az.telekom.netdən, 141-i isə data+dan istifadə edir.

Tarix: 22/08/11 Amerika universitetlərində “WiMAX” əlaqə olacaq

Kolorado Universitetinin (ABŞ) tələbə və müəllimləri simsiz “WiMAX” şəbəkə vasitəsilə internetə çıxış imkanı əldə ediblər. Mövcud “WiMAX” (İEEE 802.16e) mobil şəbəkələri verilənlərin nəzəri ötürülmə sürətini 40 Mbit/s-ə qədər təmin edir. Verilənlərin stasionar kompyuterə ötürülməsi zamanı sürət 75 Mbit/s-ə çatır.

Tarix: 22/08/11 Ən məşhur saytların 14,7%-i “WordPress” əsasında işləyir

“WordPress” şirkəti bloqlar üçün öz eyniadlı mühərrikinin məşhurluğu statistikası ilə bağlı yeni hesabat dərc edib. Hesabat məlumatlarına əsasən, bugünkü gündə dünyadakı ən məşhur veb-saytların 14,7%-i “WordPress” əsasında işləyir. Bir il əvvəl bu göstərici 8,5% təşkil edib.

Tarix: 22/08/11 “Skype” qrup zəngləri xidmətini alır

Məşhur “VoİP” xidməti “Skype” mobil telefonlarda qrup ünsiyyəti üçün “GroupMe” startapını alması haqqında razılaşdığını elan edib. Sazişin maliyyə şərtləri açıqlanmayıb,- “TechCrunch” bildirib. “GroupMe” startapı keçən il sahibkarlar “Cared Heçt” və “Stiv Martoççi” tərəfindən yaradılıb.

Tarix: 22/08/11 Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb

AzNET seqmentində real fişinq-insidentlərin sayı iyunun 20-dən başlayaraq 59,9 faiz azalıb.

Tarix: 22/08/11 “Google+” sosial şəbəkəsindəki məşhur şəxslərin hesabı orijinaldır

“Google+” sosial şəbəkəsi yoxlanmış hesablar (verification badges) xidmətini istifadəyə verib. Sosial şəbəkədə profilə malik olan məşhurlar və ictimai insanlar yoxlanmış hesabları əldə edə bilərlər. Hər hansı hesabın yoxlanılmasından sonra, o, xüsusi nişanla işarələnir.

Tarix: 22/08/11 “Facebook” və “Twitter” iyul ayında trafikə görə ABŞ-da rekord qırıb

“ComScore” şirkətinin yeni hesabatına əsasən, “Facebook” sosial şəbəkəsi və “Twitter” mikrobloqlar xidməti cari ilin iyul ayında trafikə görə ABŞ-da rekord qırıb.

Tarix: 22/08/11 Alman rəsmi saytlarına “Facebook” ilə dostluq etməyi qadağan ediblər

Qurumun qərarına əsasən, Almaniyanın bütün dövlət institutları “Facebook Like” düyməsini öz saytlarından silməli və dünyanın ən böyük sosial şəbəkəsində öz rəsmi bloqlarını bağlamalıdırlar. İdarənin bəyanatında bildirilib ki, indiki vəziyyət həm alman, həm də Avropa qanunvericiliyinə ziddir.

Tarix: 20/08/11 “YouTube”la “Google” – ikisi bir arada

“YouTube” nümayəndələri bildiriblər ki, artıq videoçarxlara “Google+” sosial şəbəkəsində dostlarla birlikdə baxmaq olar. “YouTube”-da bütün videoçarxların alt hissəsində "Share" düyməsi ("bölüşmək") yerləşdirilib. Ona sıxmaqla "Watch with your friends: Start a Google+ Hangout" bağlantısını görmək olar.

Tarix: 19/08/11 Çin mikrobloqu populyarlıq göstəricisinə görə “Twitter”ə çatıb

Çinin “Weibo” mikrobloqlar xidmətində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu ötüb. Qeyd edək ki, “Twitter” şəbəkəsi Çin Xalq Respublikasında (ÇXR) qadağan edilib. Onun analoqu olan “Weibo” isə sürətlə populyarlaşır. Hələ aprel ayında onun auditoriyası 140 milyon abunəçidən ibarət idi.

Tarix: 18/08/11 Elektron ticarətlə məşğul olan saytların reytinqi

“ComScore” şirkəti veb-ticarətlə və internet vasitəsilə mal və ya xidmətlərin satışı ilə məşğul olan aparıcı onlayn resurslarına daxil olmaların sayını qiymətləndirib.

 İyun ayında elan edilmiş statistikaya əsasən “Amazon” saytları 282 milyondan çox ziyarətçi və ya təxminən 15 yaşdan yuxarı internet istifadəçilərin 20,4%-ni cəlb edə bilib. Başqa sözlə, bu veb-mağazaya








23 Noyabr 2024

22 11 2024